BAŞ SƏHİFƏ | Uğur hekayələri | Ailə irsindən gələn sənət

Ailə irsindən gələn sənət

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Hərbi xidmətini bitirdikdən sonra, Kamran iş axtarmaq üçün Bakıya gəldi və öz bacarıqlarına və şəxsi keyfiyyətlərinə daha çox uyğun gələn iş tapana qədər çox yerdə özünü sınadı.

Hərbi xidmətini bitirdikdən sonra, Kamran iş axtarmaq üçün Bakıya gəldi və öz bacarıqlarına və şəxsi keyfiyyətlərinə daha çox uyğun gələn iş tapana qədər çox yerdə özünü sınadı. O, Bakıda deyil, qalmaq istədiyi yerdə - öz ata yurdunda özünə uyğun iş tapdı.

Kamran tətil müddətində darıxdığı ailəsini və dostlarını görmək üçün həmin yerlərə getmişdi. Dostları ilə söhbətlərin birində, o, usta yanında şagird hazırlanması kursları haqqında eşitdi. O, Bakıda tapdığı işindən məmnun olmadığı üçün peşə təlimi kurslarına müraciət etməyi qərara aldı və heç bir tərəddüd etmədən bərbər peşəsi üzrə təlim almaq üçün müraciət etdi. Kamranın atası Qələndər uzun illər öz icmasının bərbəri işləmişdi, lakin onun oğlu bu sənətlə maraqlanmamışdı. Bununla belə, genetikanın bu qərarın verilməsində böyük rolu var idi, belə ki, «Ümid» HSDM-nin işçiləri ondan hansı sənətə yiyələnmək istədiyini soruşduqda Kamran «……yəqin ki, kişi bərbəri» deyə cavab vermişdi.

Kamranın peşə seçərkən cəsarətsiz qərarı onun kurslara davamiyyətinə təsir göstərmədi. O, kurslarda intizamlı olmuş və qısa müddət ərzində öz ustasının və salona gələn müştərilərin hörmət və ehtiramını qazanmışdı. Günlər keçdikcə, peşə təlimi ustası Kamranın istedadını üzə çıxarmış və onun bacarıqlarına valeh olduğunu bildirmişdi. Usta «Sənin bərbərlik bacarığın sənin nəslindən gəlir» deyə bildirmişdi. Bu sözlər Kamranı bu sənətin daha dərin sirlərinə yiyələnməyə həvəsləndirmişdi. Kurslar başa çatdıqdan sonra, Kamran biznes planın hazırlanması üzrə təlim almış və öz biznesinə başlamaq üçün biznes-plan yazmışdır.

«Ümid» HSDM-nin qiymətləndirməsinə görə, Kamranın biznes planı realdır. Buna görə də, Kamrana UX təşkilatı tərəfindən maliyyələşdirilən «İctimai Sərmayə Proqramı» çərçivəsində Möhkəm Başlanğıclı İqtisadi Layihələr üzrə ilkin maliyyə dəstəyi kimi 365 manat dəyərində qrant verilmişdir. Bu nailiyyətlər onun bu sənətə sevgisini daha da artırmışdır. «Bu, bir sirrdir, bu sənət mənim kənd mühitində yaşamağa qarşı münasibətimi dəyişdi, məni valideynlərimə, əziz dostlarıma, öz irsimə daha sıx bağladı, lakin ən əsası odur ki, mən fəxr elədiyim sənətə yiyələndim. Bunun üçün İSP və ustama təşəkkür edirəm»- bu sözləri Kamran dəfələrlə şərəf hissi ilə söyləmişdir.