BAŞ SƏHİFƏ | Uğur hekayələri | Bir damla su həyatdır...

Bir damla su həyatdır...

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Həyatın əsası sudur. Su olmadan həyatın olması mümkün deyil.

Həyatın əsası sudur. Su olmadan həyatın olması mümkün deyil.

Ucar rayonunun Alpı kəndindən Qülabənd kəndinə gəlin köçmüş Hacıyeva Səfahətlə tanışlığımız təsadüfən oldu. Su təmizləyici qurğunun növbəti monitirinqindən qayıdarkən su qabları ilə dolu maşının bir həyətin yanında dayandığını gördük. Gənc bir qadın su ilə dolu qabı maşından alıb yerə qoymuşdu.Qadının yanında dayanan 6-7 yaşlı qızcığaz gücü çatmasa da qabı dartır, sanki götürüb aparmaq istəyirdi. Biz onlara yaxınlaşdıq, tanış olduq, hazırda istifadə etdikləri su haqqında fikrini bilmək istədik bu xanımın...

“Ailəmiz 4 nəfərdən ibarətdir. Bu vaxta qədər istifadə etdiyimiz su arx suyu olub. Bu sudan istifadə etməyi mənə bacım məsləhət gördü.O, bu kəndə gəlin köçüb. Bir gün bacımgilə getmişdim. Çay gətirdi, çayın rəngi və dadı mənə olduqca xoş gəldi .Soruşdum ki, hansı çaydan dəmləmisən? güldu:” çaydan yox, sudan, təzə qurğunun suyundan”-dedi. O vaxtdan mən də bu sudan istifadə edirəm.Çayımız pürrəngi, yeməyimiz dadlı olub. Amma hər dəfə süfrəyə əyləşəndə ürəyimdən bir arzu keçir “Kaş atam-anam da belə dadlı çay içəydi”. Urəyimdən keçən bu arzunu MMC-nin rəhbəri Samirə də demişəm. O, isə cavabında “Alpı kəndində sorğu aparırıq. Əgər müştərilərimizin sayı münasib həddə çatsa, Alpıya da su satacağıq”. Mən isə öz növbəmdə atamgilə kiçik qabda bu sudan pay göndərmişəm. Heç olmazsa dadsınlar...”

Səfahətdən ayrılb yola düzəldik. Bu vaxt küçədə əlində boş su qabı tutmuş bir uşağa rast gəldik. Sən demə kənd camaatı artıq su maşınının səsini tanıyır və əllərində boş su qabları ilə küçəyə çıxıb suyun yolunu gözləyirlər.