Icma üzvünün təsərrüfat ehtiyacları azalmışdır
Enerji Avtobusu ilə bağlı təşkil edilmiş tədbir zamanı Goranboy rayonunun Nadirkənd icma üzvü Heydərova Aləmzar kəndin qaz və işıq sisteminin zəif olmasından gileyləndi.
Enerji Avtobusu ilə bağlı təşkil edilmiş tədbir zamanı Goranboy rayonunun Nadirkənd icma üzvü Heydərova Aləmzar kəndin qaz və işıq sisteminin zəif olmasından gileyləndi. Aləmzarın fikrincə, Enerji Avtobusunda nümayiş zamanı edilən tövsiyyələr effektiv idi.
O, sərgidə nümayiş etdirilən odun kəpəyi qızıdırıcısına maraq göstərərək onu necə almağın mümkünlüyü haqda məsləhət istədi. Odun kəpəyi qızdırıcısının quraşdırılmasına dair bəzi məsləhətlər əldə etdikdən sonra Aləmzar bu qurğunun quraşdırılması üçün əlindən gələni edəcəyini dedi. Bundan başqa, o, hər il mövsümdən asılı olmayaraq odun almaq üçün 1 200 000 AzM xərclədiyini bildirdi.
Sərgidən sonra iki ay keçdi. Goranboy rayonunun Nadirkənd icmasına səfər zamanı sahə işçiləri Heydərova Aləmzarla görüşdülər.
Aləmzar həvəslə odun kəpəyi qızdırıcısını quraşdırdığını və hal-hazırda ondan istifadə etdiyini bildirdi. Bu qızdırıcı vasitəsilə həm xörək, həm də çörək bişirdiyini də qeyd etdi. Bu müddət ərzində bir maşın odun kəpəyi üçün 80 000 AzM xərcləməklə ailə büdcəsinə qənaət etmişdi.



