Təhsil və təlim - bizim sərmayə məqsədimizdir
Usta yanında şagird hazırlığı üsulu ilə peşə bacarıqları nəsildən-nəslə ötürülür.
Bu, yeni bir fikir olmasa da, biz bunu daim lazımınca qiymətləndirməliyik. Tərəfdaşımız olan Ümid HSDM-nə Zığ ətrafı ərazidə göstərdiyi cəhd sayəsində biz gəncləri öz seçdikləri sahələr üzrə yerli ustalarla əlaqələndirərək onların öyrənmək həvəsini fəal şəkildə dəstəkləyirik.
Gənc qız və oğlanlar ənənəvi peşələri, o cümlədən qaynaq işi, qadın bərbəri, dərzilik və avtomobil təmiri, habelə mobil telefon təmiri və plastik pəncərələrin quraşdırılması kimi məşhur yeni peşə sahələrini öyrənməyə nəzərəçarpacaq maraq göstərirlər.
2006-cı ilə qədər 100-dən çox şagird Şah Dəniz layihəsinin əhatə etdiyi ərazidə ustalarla əlaqələndiriləcəklər. Altı aylıq yarımgünlük təlimin məqsədi onları yalnız maraqlandıqları peşə ilə tanış etmək deyil, həm də onlara bu peşənin əhəmiyyəti, müştəri xidmətləri və pulun dəyəri barədə məlumat verməkdir. Ustalar icma ilə daha sıx əlaqədə olmaq imkanına malik olmaqla yanaşı, Azəri millətinin inkişafına kiçik də olsa, töhfə verdiklərini bilməkdən məmnunluq duyurlar.
Maraqlanan gənclərlə keçiriləcək növbəti seminarların əsas hədəfi layihə çərçivəsində 2005-ci ildə cəlb ediləcək yeni peşə və ərazilərin araşdırılmağa başlandığı vaxtın dəqiqləşdirilməsidir.



