Uğurlu imkan
Cəbrayıl rayon 5 saylı orta məktəbin 10-cu sinif şagirdi Quliyev Əhməd haqqında
Həmyaşıdlarım müxtəlif idman dərnəklərinə gedirlər. Mən isə maddi çətinliklər üzündən idman dərnəklərinə gedib idmanla məşğul ola bilmirdim. Yalnız dərslərdən sonra öz dostlarımla həyətdə oynayırdım. Axı, məınim heç idman paltarım da yox idi...
Məktəbimizdə idman geyimlərinin paylanılması zamanı basketbol oyununa böyük maraq göstərdiyim üçün mənə də idman geyimi bağışlananda, elə bil bütün dünyanı mənə vermişdilər.
İndi bütün gün ərzində idman paltarımı əynimdən çıxarmıram. Hiss edirəm ki, idman bacarıqlarım dostlarımla müqayisədə daha da artmışdır. Bu hədiyyə mənim üçün lk növbədə mənəvi bir dəstəkdir.
Düşünürəm ki, mənim vəziyyətimdə olan və maddi çətinlik üzündən hətta ən kiçik arzusunun gerçəkləşməsi belə çətin olan bir yeniyetmədən başqa heç kəs məni başa düşə bilməz. Sizə dərin təşəkkürümü bildirəm!



