BAŞ SƏHİFƏ | Uğur hekayələri | İnsanlara mühit verin, onlar xariqələr yaradacaq

İnsanlara mühit verin, onlar xariqələr yaradacaq

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Ümid HSDM-nin BP şirkətinin maliyyə dəstəyi və Zığ ərazisindəki İnam icmasının prioriteti əsasında həyata keçirdiyi “Stadionun Bərpası” layihəsi 63 saylı məktəbin melanxolik şagirdlərindən birinin – Fuad Şərifovun çoxdan bəri ayrıldığı qaynar yeniyetməlik həyatına qayıtmasına kömək etdi.

Ümid HSDM-nin BP şirkətinin maliyyə dəstəyi və Zığ ərazisindəki İnam icmasının prioriteti əsasında həyata keçirdiyi “Stadionun Bərpası” layihəsi 63 saylı məktəbin melanxolik şagirdlərindən birinin – Fuad Şərifovun çoxdan bəri ayrıldığı qaynar yeniyetməlik həyatına qayıtmasına kömək etdi. O, məktəbli dostlarını rəğbətləndirib meydançaya gətirərək stadion ərazisində aparılan təmir – bərpa işləri zamanı ustalara və Ümidin əməkdaşlarına yaxından yardım edirdi. Onun bu cür təşəbbüskarlıq göstərməsi müəllimlərinin, valideynlərinin və yaxın dostlarının açıq - aşkar təəccübünə səbəb olmuşdu. Belə bir təşəbbüskar gəncin məhz Fuad olduğunu görmək hamını  sevindirirdi.

İcmada ilkin sorğular zamanı uşaqlardan biri suallarımızı könülsüz cavablandıraraq stadionda aparılan işlərə və hər şeyin normal olacağına şübhəsini aydın şəkildə biruzə verirdi”; - Ümid HSDM-nin səfərbərçisi Gülanə Quliyevanın Fuad haqqında ilk təəsüratı belə idi. O, Fuadın laqeydliyindən və bəzən hətta aqressivliyindən çox narahat idi.

Əslində Fuadın böyüdükcə belə fərqli olması həm valideynlərini həm də sinif rəhbərini artıq çoxdan qayğılandırmışdı. Gənc Tamaşıçılar Teatrının aktyoru olan atası Ağaxan Şərifov oğlunun ətrafda baş verən hadisələrə biganəliyini onun son zamanlar inamsız olması və təkliyi sevməsi ilə əlaqləndirirdi. “Fuadın öz dünyası var. Uşaqlıqda çox qaynar və çılğın təbiəti olan Fuad bir neçə ildir ki, özünə qapılıb, adamlarla ünsiyyətdən qaçır”. Atası normal cəmiyyətə qaytarmaq üçün işlədiyi teatrda qoyulan tamaşalara onu da cəlb etməyə çalışırdı. 28 yanvar, 2004-cü il tarixdə bizim sakit qəhrəmanımızın yaratdığı milli qəhrəmanın oğlu obrazı “Mən Qartalam” tamaşasının yadda qalan ifalarından biri olmuşdu.

”Fuad düzgünlüyü çox sevir. İbtidai siniflərdə dərslərində həmişə əla nəticələr göstərsə də, sonralar onda hər  şeyə qarşı qəribə bir etinasızlıq yarandı. Bu, onun dərslərinə də mənfi təsirini göstərdi”, - deyə sinif rəhbəri Şahnaz Əsədova Fuadda baş verən dəyişikliyi səciyyələndirərək fikrinə davam edir,- “amma bir neçə aydır ki, Fuadı tanımaq olmur. O, hazırda məktəbdəki hər bir işdə yaxından iştirak edir. Stadionun bərpası isə onu qanadlandırıb. Fuad, indi nəinki yoldaşları ilə ünsiyyətə meyl edir, hətta onları təmir bərpa işlərinə dəstək verməyə və növbəti basketbol yarışlarına hazırlaşmağa da rəğbətləndirir”.

Bütün bu prosesə motivasiya verən əsas amil isə Fuada öz aləmində çox məsul bir işin yerinə yetirilməsi üçün edilən təklif oldu. İcma görüşlərinin birində gözlənilmədən Ümid HSDM-nin səfərbərçisinin ona dostları ilə birgə stadionda icra edilməkdə olan layihəyə dəstək göstərmənin mümkünlüyü barədə sualı Fuada özünü layihənin reallaşmasında mühüm sima olduğunu başa düşməyə və çoxdan bəri hiss etmədiyi etimadın qarşılığı kimi tapşırılan işə qarşı məsuliyyətin  yaranmasına səbəb oldu. 7b sinfinin bu şagirdinin ilk addımı stadiona gətirilən tikinti materiallarına nəzarət etməklə başladı. Sonradan o, dostlarını başına toplayaraq ərazidə torpağın yayılmasından əvvəl oradakı çınqılların yığılmasını təşkil etdi. İndi Fuad layihənin icrasına kömək etməklə yanaşı dostları ilə birlikdə onun qorunmasını və həvəskar icma üzvləri tərəfindən uyğun şəkildə istifadəsini təmin etməyə təşəbbüs göstərir. Dostları ilə birgə layihə çərçivəsində bərpa edilmiş basketbol meydançasında xüsusi oyun nümayiş etdirən Fuad özünü məşhur basketbolçu Maykl Cordana bənzədir. Son vaxtlar onun bir arzusu da yaranıb – bir gün kiçik nümunəsini düzəltdiyi suda batmayan gəmidə öz yaxınları ilə birlikdə dünya səyahətinə çıxmaq. 

Bəli, Ümid HSDM-nin Zığ ərazisində reallaşdırdığı layihənin əsas məqsədi məhz elə budur- icmaların bacarıqlarının özünü təşkilatlandıran və özünü idarə edən icma səviyyəsinə qədər inkişaf etdirmək. Buna nail olmaq üçün isə Zığ İcma İnkişafı Təşəbbüsü Layihəsinin direktoru cənab İsrail İskəndərovun dediyi kimi yalnız insanlara mühit vermək lazımdır.