Icmalar Istedad Sorağında - İstedadlar İnkişaf Yolunda…
“…Mövcud olanlar dəyişirsə, dəyişənlər – kamilləşirsə, kamilləşənlər isə sonsuza qədər öz imkanlarını öyrənməyə cəhd edirsə, demək, həyat öz axarı ilə rəvan gedir” (Henri L. Berqson (1859-1941) Fransız Filosofu)
Etimad icması “Zığ İcma İnkişafı Təşəbbüsü” (ZİİT) layihəsinin hədəf ərazsinidə ilk icması idi. Məhz bu icmada ilk dəfə Ümid HSDM-nin əməkdaşları BP-Şah Dənizin maliyyə dəstəyi ilə həyata keçirilən layihə barədə məlumat verəsi və staf üzvlərini sonralar çox narahat edən inamsızlıq buzu ilə qarşılaşası olmuşdular. Məhz bu icmanın müvəffəqiyyəti və təşəbbüskarlığı ən yaxşı təcrübənin öyrənilməsi məqsədilə keçirilən icmalararası inteqrasiya görüşlərinin əsas mövzusu olmuşdur.
Axı Etimad icmasını bu qədər təşəbbüskar edən, onu icma tədbirlərində aktiv fəaliyyətə ruhlandıran obyekt hansıdır – Ümid HSDM-nin ilk görüşləri zamanı nümayiş etdirdiyi etimad və səmimiyyətmi, proses zamanı icmalarda apardığı təbliğatmı, yoxsa icmalara texniki dəstək məqsədilə keçilən təlimlərmi? Bütün sadalanan faktorların icmanın inkişaf prosesində əhəmiyyətli rolu danılmazdır, ancaq sonuncunun icma üzvlərinə göstərdiyi birbaşa və dolayı təsir məhz icmanın zəruri bacarıqlarını artırmış və beləliklə də, icmanın hərtərəfli inkişafına şərait yaratmışdır.
Etimad icmasının lideri Əflatun Verdiyev ZİİT layihəsinin ərazidə müvəffəqiyyətlə bacarıqlarını artırmağa kömək göstərdiyi gənclərin bariz nümunəsidir. Əvvəllər Laçın r-nun Minkənd kənd sakini olan bu gəncin sonrakı inkişafı məhz ZİİT layihəsinin hədəf ərazisnə təsadüf etdi. İcma Fəaliyyət Qrupunun üzvü kimi icması tərəfindən seçilməsi, həm seçiciləri və həm də Ümid HSDM tərəfindən dəstəklənməsi Əflatuna sonrakı inkişafı üçün yeni imkanlar yaratdı.
Mərkəzin çoxillik təcrübəsində özünü doğrultmuş icma inkişafı məqsədli təlimlər silsiləsi təsirsiz qalmadı. Daxili imkanlarını, savadını, məntiqini və layihənin hazırlanması və idrəedilməsi yönündə əldə etdiyi bacarıqlarını kompleks şəkildə inkişaf etdirən Əflatun icmasının həyata keçirdiyi infrastrukturun inkişafı layihələrilə yanaşı təşəbbüslərin dəstəklənməsi layihələrinin də fəal inisiatorudur. Əflatun Verdiyev ZİİT layihəsinin hədəf ərazisində Ümid HSDM texniki dəstəyi ilə tamamilə icma tərəfindən həyata keçirilən ilk layihənin müəllifi oldu. Ümidin öhdəliklərinin hissə-hissə icmaya ötürülməsi ideyasının təcrübədə özünü doğrultması məhz bu layihə ilə sübut edildi.
Dəyirmi masa müzakirələri zamanı icmaların istedadlı və xüsusi qabiliyyətli üzvlərinin araşdırılması ilə bağlı səfərbərçilərin danışıqlarından sonra Əflatun, Etimad icmasında və demək olar ki, bütün layihə ərazisində araşdırmalar apardı, icmalardakı istedadlı adamların bacarıqlarını, qabiliyyətlərini öyrənməyə və onları ZİİT layihəsinə yönəltməyə çalışdı, bacarıqlı icma üzvlərinin maraqlarını, ehtiyaclarını aydınlaşdıraraq onlarla bağlı layihə təklifi hazırlayıb Ümid HSDM-yə təqdim etdi. Donorun razılığından sonra icrasına tam müstəqil şəkildə başlanan layihə - ZİİT layihəsi çərçivəsində həyata keçirilən “İcmalar İstedad Sorağında” kampaniyasının bir tədbiri kimi Azərbaycan Gəncləri Gününə həsr edilmişdi. Həmin gün 2 fevral, 2005-ci il tarixdə Əflatun Verdiyev Z.Tağıyev adına Toxuculuq Kombinatının ətraf ərazisində əhəmiyyətli bir proqram həyata keçirdi və 280 nəfər iştirakçısı olan bu tədbir aşağıda adları sadalanan gənclərin xüsusi qabiliyyətləri barədə hər hansı bir sözlə ifadə ediləcəyindən daha çox danışdı. Faktiki olaraq, proqram icma üzvləri üçün yeni bir kəşf etdi – icmaları öz təkrarsız imkanları ilə tanış etdi.
Beləliklə,
-
Kamil Həsənbəyov (“Uğur icması) Bakı 1 saylı Peşə Litseyinin şagirdidir. İncəsənətə bşyük marağı var. O bədii qiraətlə maraqlanır. Hər iki valideyinini itirmiş Kamilin Bakı şəhərində heç bir yaxını yoxdur. O, litseyin yataqxanasında yaşayır. İlk dəfədir ki, böyük səhnədə çıxış edir.
-
Arzuman Abdullayev (“Uğur”icması) 1989-cu ildə Laçın rayonunda anadan olmuşdur. 9 yaşında Laçın rayon musiqi məktəbinin muğam şöbəsinə daxil olur. İlk dəfə 2000-ci ildə “Qönçə-2000” musiqi festivalının qalibi olur. 2001-ci ildə M/K rayonları arasında keçirilən festivalda və Qazaxıstanda keçirilən Türkdilli Xalqların Beynəlxalq İncəsənət Festivalında I yeri tutur. 2003-cü ildə Fransada çıxış edərək hədiyyələrlə qayıdır. O indiyə qədər 20 “ Diplom” və” Fəxri fərman”a layiq görülmüşdür. Hal-hazırda Bül-Bül adına musiqi məktəbində təhsil alır. 2003-cü ildə Azərbaycan Respublikası Gənclər İdman və Turizm Nazirliyinin Nəşr Studiyasının hazırladığı “Azərbaycan Gəncləri Azərbaycanın Gələcəyi” adlı kitabda Arzuman haqda da bəhs edilmişdir.
-
Rəşid Qarayev (“Uğur” icması) “İstedadlar axtarırıq” Respublika baxış müsabiqəsinin qalibi, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş “Ata Ocağı Azərbaycan” devizi ilə keçirilən xalq, bəstəkar mahnıları, muğam, vokal ifaçıları müsabiqəsinin qalibi, Azərbayçan Respublikası Gənclər İdman və Turizm Nazirliyinin dəstəyi ilə “Kainat “gənclik mərkəzinin keçirdiyi muğam festivalının iştirakçısı, “Azərbayçan Naminə” hərəkatın təsis etdiyi “Qarabağ ağrım mənim qürurum mənim” festivalının qalibidir.
-
Könül Nadirova (“Etimad”icması) Z.Tağıyev adına klubda Muğam kursunda bacarığını artırır.
-
Elçin Qasımov (“Etimad”icması) ən azyaşlı iştirakçı müqəddəs muğam sənətinin pöhrəsidir.
-
Mübariz İsmayılov (“Etimad”icması) Azərbaycan İncəsənət Universitetinin məzunu, Klubun muğam kursunun müəllimidir. “Muğam” kursunda neçə-neçə gənc bacarıqlarını artırır və yeni bilgilərə yiyələnirlər. Mübariz İsmayılov “Qarabağ Bülbülləri”muğam festivalının qalibidir.
-
Elməddin Vahabov (“Birlik” icması) – bu istedadlı gənc öz sözünü meyxana ilə deyir.
-
Arzu və Zaur Məmmədovlar Şuşa şəhərindən məcburi köckündürlər. “Qarabağ Bulbulləri” dərnəyində bacarıqlarını artırırlar.
-
”Natiq” ritm qrupu” Z.Tağıyev adına Toxuculuq Kombinatının Mədəniyyət klubunda fəaliyyət göstərir. Tədbirdə nümayiş etdirdiyi “Azərbaycan” kompozisiyası tamaşaçıların rəğbətinə səbəb olmuşdur.
Bəli, Əflatun Verdiyev ZİİT layihəsi ilə birgə özünün inkişafı ilə yanaşı hədəf ərazisindəki istedadlı gəncləri də geniş tamaşaçı kütləsinə təqdim etdi. Ümid HSDM-nin verdiyi təlimlərdə iştirak etməklə bu gənc ziyalı, icmanın səfərbər olunması, komanda ilə iş və liderlik, ehtiyacların müəyyənləşdirilməsi, layihə təklifinin yazılışı, maliyyənin istifadəsi və sənədləşmə işlərinin düzgün aparılması, fond və onun istifadəsi, həmçinin təmsilçilik barədə zəruri bacarıqlar qazandı.
Reallaşdırılan İcmalara Dəstək Tədbirləri həm Əflatunun və onun icmasının, həm də digər icmaların davamlı inkişafına stimul yaratdı. Bu inkişaf icma tərəfindən bütövlükdə həyata keçirilən ilk tədbirin malik olduğu təsir olaraq İFQ liderlərinin sonralar da çıx faydalanacaqları aşağıdakı faktorlara söykəndiyinə görə həyati əhəmiyyətlidir:
-
sərbəst şəkildə problemi müəyyənləşdirmək,
-
layihə həyata keçirmək bacarığı,
-
özünə inam yaranması,
-
ictimai tədbirlərin təşkili təcrübəsi,
-
icma üzvlərini bir yerə yığmaq bacarığı,
-
icma liderinin prosesi idarəetmək bacarıqlarına yiyələnməsi,
-
İcma liderlərinin hökumətlə işləmək bacarıqları.
İcmaların qazandığı bacarıq və vərdişlər və aparılan inteqrasiya tədbirləri bütün Zığ Yolu 3,4 ərazisindəki bütün icmaların bir küll halında inkişafına zəmin yaradacaqdır.



