Ana səhifə  |  Haqqımızda  |  Əlaqə

 

  

>Azəri  >English

Humanitar və Sosial  Dayaq  Mərkəzi

     
Təşkilati Qiymətləndirmə Aləti mövzusunda ilk təlim keçirildi
Gəncə şəhəri, 30 Aprel, 2008-ci il

30 aprel 2008 ci il tarixdə Gəncə şəhərində İctimai Sərmayə Proqramı-III çərçivəsində Təşkilati Qiymətləndirmə Alətinin tətbiqi mövzusunda ilk təlim keçirilmişdir.

İctimai Sərmayə Proqramı-III  BP və Tərəfdaşlarının maliyyə dəstəyi ilə «Uşaqların Xilası Təşkilatı, «Ümid» HSDM, «Bilik» Maarifçilik Cəmiyyəti Gəncə Regional Təşkilatı və Maarifçi Gənclər Təşkilatı tərəfindən həyata keçirilir.

Təlimin keçirilməsində məqsəd Ulduz İcma qrupunun liderləri və üzvlərinin öz qurumlarını inkişaf etdirməsi üçün müstəqil işləmək təşəbbüslərini, bacarıqlarını dəstəkləmək və istiqamətləndirmək üzrə ilkin vəziyyəti müəyyənləşdirmək olmuşdur.

Təlimin əsas iştirakçıları Zəlimxan (Ağstafa rayonu), Dondar Quşçu (Tovuz rayonu), Dəllər Cəyir (Şəmkir rayonu), Sarov (Goranboy rayon) İcma Fəaliyyət Qruplarının liderləri, Bələdiyyə sədrləri, Fond rəhbərləri və kənd İcra nümayəndələri olmuşdur.

Təlimdə həmçinin BP–nin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsləri, Uşaqların Xilası, Maarifçi Gənclər Təşkilatı və Bilik təşkilatının nümayəndələri iştirak etmişlər.
 

     

Haqqımızda Ana səhifə  |  Əlaqə

"Ümid"Humanitar və Sosial Dayaq Mərkəzi ? Bakı/Azərbaycan ? Tel.: (994 12) 4345315; Faks: (994 12) 4349698; umid@azerin.com, umid.office@azerin.com