BAŞ SƏHİFƏ | Tədbirlər və Yeniliklər | Ağstafa rayonu Böyük Kəsik icmasında «İcmadaxili Yolların Təmiri» və Ağgöl icmasında «içməli su xəttinin çəkilməsi» mikrolayihələrinin razılaşma müqavilələri imzalanmışdır

Ağstafa rayonu Böyük Kəsik icmasında «İcmadaxili Yolların Təmiri» və Ağgöl icmasında «içməli su xəttinin çəkilməsi» mikrolayihələrinin razılaşma müqavilələri imzalanmışdır

Şrift ölçüsü: Decrease font Enlarge font
image

16 mart 2010-cu il, Ağstafa rayonu Böyük Kəsik və Ağgöl icmaları

BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və tərəfdaşlarının maliyyə dəstəyi ilə «Ümid» HSDM, «Bilik» və «Maarifçi Gənclər» təskilatları tərəfindən icra olunan «İcma Mikrolayihələrinin Idarə Edilməsi» layihəsi çərçivəsində 16 mart 2010-cu il tarixdə Ağstafa rayonu Böyük Kəsik icmasında «İcmadaxili Yolların Təmiri» və Ağgöl icmasında «İçməli su xəttinin çəkilməsi» mikrolayihələrinin icrası ilə əlaqədar razılaşma müqaviləsinin imzalanması mərasimi keçirilmişdir.

Böyük Kəsik icmasında keçirilən tədbirdə «Ümid» HSDM-nin sahə işçisi R.Aslanov, M.Məmmədov, «Perlit» MMC-nin sədri M.Ömrümov, kənd bələdiyyəsinin sədri R.Əhmədov, İQ-nin lideri S. Nağıyev və icma fəalları iştirak etmişlər.

Böyük Kəsik icmasında icrası nəzərdə tutulan mikrolayihənin ümumi dəyəri 20 271.82 AZN təşkil edir. Bu məbləğın 15 200.11 AZN donor və 1026.59,00 AZN icma tərəfindən nağd, 4 045.12 AZN yerli bələdiyyə tərəfindən əmtəə şəklində ödəniləcəkdir. Layihə çərçivəsində təmir olunacaq 5360m icmadaxili yoldan birbaşa 964 nəfər, dolayı yolla isə 278 nəfər faydalanacaqdır.

Ağgöl icmasında keçirilən tədbirdə «Ümid» HSDM-nin sahə işçisi R.Aslanov, M.Məmmədov, «Bərəkətli Torpaq» MMC-nin sədri Ə.Hacıyev, kənd bələdiyyəsinin sədri Z.Süleymanov, İQ-nin lideri Ə.Osmanov , icra nümayəndəsi Ə.Mansurov və icma fəalları iştirak etmişlər.

Ağgöl icmasında icrası nəzərdə tutulan mikrolayihənin ümumi dəyəri 22 183.69 AZN təşkil edir. Bu məbləğın 15 739.51 AZN donor və 1 122.18 AZN icma tərəfindən nağd, 377.00 AZN əmtəə, 4 945.00 AZN yerli bələdiyyə tərəfindən şəklində ödəniləcəkdir. Layihə çərçivəsində 4945m uzunluğunda çəkiləcək içməli su xəttindən birbaşa 534 nəfər, dolayı yolla isə 95 nəfər faydalanacaqdır.