BAŞ SƏHİFƏ | Tədbirlər və Yeniliklər | Süd Toplama Məntəqələrinin sayı artmaqdadır

Süd Toplama Məntəqələrinin sayı artmaqdadır

Şrift ölçüsü: Decrease font Enlarge font
image

 
Samux rayonu Seyidlər icmasında STM istifadəyə verildi...
 
19.10.2011-ci il tarixdə Samux rayon Seyidlər icmasında “Süd Toplama Məntəqəsinin Qurulması” mikrolayihəsinin açılış mərasimi keçirildi. “Süd Toplama Məntəqəsinin Qurulması” mikrolayihəsi USAİD, BP və onun tərəfdaşlarının maliyyə  dəstəyi ilə “Süd və Süd Məhsulları İstehsalçılarına İcma Əsaslı Dəstək” layihəsi çərçivəsində həyata keçirilmişdir. Həyata keçirilmiş layihə nəticəsində müasir standartlara cavab verən qurğu və avadanlıqlarla təchiz olunmuş STM-i qurulmuş, ətraf mühitə dəyə biləcək mənfi təsirlərin azaldılması üçün TSTS (tullantı sularının təmizlənməsi sistemi) yaradılmış, mühafizə çəpəri çəkilmiş və yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir.
Tədbiri Seyidlər kənd icra nümayəndəsi Tacəddin Əsgərov açaraq, icma üzvlərini layihənin açılışı münasibətilə təbrik etdi, icma adından USAİD, BP və onun tərəfdaşları, RİH, Ümid SİD və layihənin həyata keçirilməsində dəstək vermiş bütün qurum və şəxslərə oz minnətdarlığını bildirdi. 
Açılışda Ümid SİD-in İcraçı Direktoru İsrail İsgəndərov, USAİD-nin əməkdaşı Aytən Qəhrəmanova, Samux RİH-nin nümayəndəsi Şakir Məmmədov, USAİD-nin Azərbaycanda Rəqabətlilik və Ticarət layihəsinin əməkdaşı Elnur Sofiyev və icma üzvləri çıxış edərək iştirakçıları təbrik etdilər.
Çıxış edən Seyidlər kənd bələdiyyəsi qurulan STM-nin Seyidlər və qonşu icmalar üçün boyük əhəmiyyət kəsb etdiyini, yeni iş yerlərinin yarandığını, süd istehsalçılarının istehsal etdikləri südü əlavə vaxt və vəsait sərf etmədən müntəzəm olaraq sataraq daha çox gəlir əldə edəcəklərini, xüsusilə qadınların əməyinin yüngülləşəcəyini qeyd etdi. 
“Süd və Süd Məhsulları İstehsalçılarına İcma Əsaslı Dəstək” layihəsi çərçivəsində təşkil olunan təlimlər və verilən məsləhətlər süd istehsalçılarının bu sahədə bacarıqlarını artırmış, Dəstək Mərkəzləri ilə keçirilmiş görüşlər əməkdaşlıq imkanlarını daha da genişləndirmişdir. Həyata keçirilən layihədən 1000 nəfərdən çox icma üzvünün birbaşa faydalanacağı gözlənilir. 
 Layihənin icrası üçün cəmi 22 806,50 AzN xərclənmişdir. Bu vəsaitin 22 393,40 AzN donor, 413,10 AzN icma tərəfindən ödənilmişdir.