BAŞ SƏHİFƏ | Tədbirlər və Yeniliklər | Gənclərin İqtisadi Bacarıqlarının Artırılması Layihəsi

Gənclərin İqtisadi Bacarıqlarının Artırılması Layihəsi

Şrift ölçüsü: Decrease font Enlarge font
 
 Gənclərin İqtisadi Bacarıqlarının Artırılması Layihəsi 
 
BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və tərafdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin İqtisadi Bacarıqlarının Artırılması” layihəsinin icrasına 2010-cu ilin noyabr ayından başlanılmışdır. Layihənin məqsədi gənclərin sosial fəallığı və iqtisadi bacarıqlarının artırılmasından ibarətdir. Layihə çərçivəsində İcma sahibkarları və gənclərinin bacarıq və gəlirlərini artırmaq; Dayanıqlı və bazar tələblərinə cavab verən vasitələrlə sosial problemlərin həllinə dəstək vermək- vəzifələrinin icrası nəzərdə    tutulmuşdur: Layihə üzrə Bakı şəhər Qaradağ rayonu üzrə 3 İcma və qərb bölgəsi üzrə 30 İcma (Goranboy 9 İcma, Samux 4 İcma, Şəmkir 6 İcma, Tovuz 5 İcma və Ağstafa rayonunun 6 İcması) hədəf icma olaraq müəyyənləşdirilmiş və əməkdaşlığa başlanılmışdır. Ümumilikdə birinci yarım il ərzində Usta Yanında Şagird Hazırlığı kurslarında iştirak etmək üçün 27 peşə sahəsi üzrə 260 nəfər ərizə ilə müraciət etmişdir. Müraciət etmiş gənclər və valideynlərilə 306  fərdi  görüş keçirilmişdir. UYŞH kursları üzrə Seçim Komissiyasının 7 iclası keçirilmişdir. Seçim Komissiyasının qərarına görə kurslara 20 peşə sahəsi üzrə 84 nəfər gənc  (bunlardan 11 nəfəri gənc usta kimi təkmlilləşdirmə) kursuna  cəlb olunmuşdur.  UYŞH kurslarının təşkili üçün 18 peşə sahəsi üzrə 83 xidmət sahəsi araşdırılmışdır. Araşdırmaların nəticəsi olaraq 33 sahə ilə Xidmət Müqaviləsi bağlamış və kurslara 40 usta/müəllim cəlb olunmuşdur.Kursa cəlb olunmuş gənclərdən 55 nəfəri kursu müvəffəqiyyətlə bitirmiş və onlara sertifikat təqdim olunmuşdur. Kursu bitirmiş 55 nəfər gəncdən 32 nəfəri iş tapmışdır. Kurslara cəlb olunmuş gənclərə “Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit“ (SƏTƏM) mövzusunda  6 təlim keçirilmişdir. Təlmlərdə 40 nəfər (24 qadın, 16 kişi) iştirak etmişdir. Yeni biznesə başlamaq istəyən gənclərə və gənc ustalara (sahibkarlara) “Biznes planın hazırlanması” mövzusunda 6 təlim keçirilmişdir. Təlimlərdə 34 nəfər (19 qadın, 15 kişi) iştirak etmişdir. Kursları bitirib biznes fəaliyyətinə başlayan gənclərə və gənc ustalara “Biznes planın hazırlanması”,  “Marketinq və Fiziki şəxs olaraq Vergi Ödəyicisi kimi qeydiyyatdan keçmə” (VÖEN) haqqında 33 məsləhət verilmişdir. Məsləhətlər ofisdə, həmçinin sahibkarların obyektlərində fərdi şəkildə verilmişdir. Məsləhətlərin nəticəsində dörd nəfər Fiziki şəxs olaraq Vergi Ödəyicisi kimi qeydiyyatdan keçmişdir (VÖEN almaq üçün). Bakı şəhər Qaradağ rayon Sahil, Ümid və Səngəçal icmalarında yaşayan gənclərin ehtiyaclarını nəzərə alaraq, 03 iyun 2011 tarixində Sahil ofisində “Karyera Planlaşdırılması (CV-nin hazırlanmsı və İş müsahibəsi)“ mövzusunda təlim keçirilmişdir. Təlimdə 20 nəfər (7 qadın, 13 kişi ) iştirak etmişdir. Təlimdə müasir tələblərə cavab verən CV-nin hazırlanması üçün zəruri biliklər verilmiş, CV nümunəsi təqdim olunmuş, müsahibədə uğur qazanmaq üçün tövsiyyələr verilmişdir. Məktəblərdə yuxarı sinif şagirdləri və digər gənclər üçün “Sağlam həyat tərzi və zərərli vərdişlər“ mövzusunda 6 təlim keçirilmişdir. Təlimlər mühazirə formasında keçilmiş, məqsəd yuxarı  sinif (9-11 sinif) şagirdləri və gənclərin sağlam həyat tərzi, zərərli vərdişlər, onların profilaktikası, aradan qaldırılması yolları haqqında bilgilərinin artırılması olmuşdur. Təlimin mövzusu və materialı yeniyetmə və gənclərin böyük marağına səbəb olmuşdur. Təlimdə cəmi 82 nəfər (47 qız, 35 oğlan) iştirak etmişdir. UYŞH kursunu bitirib yeni biznesə başlamaq istəyən gənclərlə və gənc sahibkarlarla (ustalarla) Möhkəm Başlanğıclı İqtisadi Layihə çərçivəsində 6 nəfərə 2427 AZN dəyərində qrant verilmişdir. MBİL ümumi dəyəri 6871 AZN, sahibkarların öz töhvələri isə 4444 AZN təşkil etmişdir.
1 iyun 2011-ci il tarixində UYŞH kurslarında iştirak edən gənc ustalar və şagirdlər “1 iyun Beynəlxalq Uşaq müdafiəsi günü” münasibəti ilə Gəncə SOS uşaq Kəndi ana və uşaqlarına humanitar (təmənnasız) bərbər xidmətləri aksiyası həyata keçirmişdir.