BAŞ SƏHİFƏ | Tədbirlər və Yeniliklər | Süd toplama məntəqəsi artıq istifadəyə verildi

Süd toplama məntəqəsi artıq istifadəyə verildi

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Goranboy rayonu Veyisli  icmasında “Süd Toplama Məntəqəsinin Qurulması” mikrolayihəsinin açılış tədbirinə aid
məlumat

19 may, 2011-ci il tarixdə Goranboy rayonu Veyisli icmasında “Süd Toplama Məntəqəsinin Qurulması” mikrolayihəsinin açılış mərasimi keçirildi. “Süd Toplama Məntəqəsinin Qurulması” mikrolayihəsi USAİD, BP və onun tərəfdaşlarının  maliyyə  dəstəyi ilə “Süd və Süd Məhsulları İstehsalçılarına İcma Əsaslı Dəstək” layihəsi çərçivəsində həyata keçirilmişdir. Həyata keçirilmiş layihə nəticəsində müasir standartlara cavab verən qurğu və avadanlıqlarla təchiz olunmuş STM-i qurulmuş, ətraf mühitə dəyə biləcək mənfi təsirlərin azaldılması üçün TSTS(tullantı sularının təmizlənməsi sistemi) yaradılmış, mühafizə çəpəri çəkilmiş və yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir.
Açılış mərasimində 70 nəfərdən çox icma üzvləri (həmçinin 20 nəfərə qədər qadın) və qonaqlar iştirak etmişdir. 
 Tədbirdə Veyisli İcma Lideri Ürfət Həsənov qonaqları salamlayaraq, İcma üzvlərini layihənin açılışı münasibəti ilə təbrik etdi, icma adından USAİD, BP və onun tərəfdaşları, RİH, Ümid SİD və layihənin həyata keçirilməsində dəstək vermiş bütün qurum və şəxslərə oz minnətdarlığını bildirdi. 
Açılışda Ümid SİD-in İcraçı Direktoru İsrail İsgəndərov, USAİD-nin Layihə rəhbəri Mariam Ubilava, Goranboy RİH-nin nümayəndəsi Gündüz Məmmədov, USAİD-nin Azərbaycanda Rəqabətlilik və Ticarət layihəsinin konsultantı cənab Con Bonnier, Veyisli bələdiyyəsinin sədri Sadiq İmaməliyev, İcra nümayəndəsi Cahangir Cahangirov və icma üzvləri çıxış etdilər. 
Çıxış edən RİH-nin nümayəndəsi, Veyisli kənd bələdiyyə sədri, kənd İcra nümayəndəsi qurulan STM-nin Veyisli və qonşu icmalar üçün boyük əhəmiyyəti olduğunu, yeni iş yerlərinin yarandığını, süd istehsalçılarının istehsal etdikləri südü əlavə vaxt və xərc sərf etmədən müntəzəm olaraq sataraq, daha çox gəlir əldə edəcəklərini, xüsusilə qadınların əməyinin yüngülləşəcəyini qeyd etdilər. 
“Süd və Süd Məhsulları İstehsalçılarına İcma Əsaslı Dəstək” layihəsi çərçivəsində təşkil olunan təlimlər və verilən məsləhətlər süd istehsalçılarının bu sahədə bacarıqlarını artırmış, DM-i ilə əlaqələr yaratmış və gələcək imkanları daha da genişləndirmişdir. Layihədən birbaşa 2009 nəfər faydalanmışdır. 
 Layihənin icrası üçün cəmi 22 441,10 AZN xərclənmişdir. Bu vəsaitin 22 028,00 AZN donor, 413,10 AZN isə icma tərəfindən ödənilmişdir.