Hədəf icmalarda Süd Toplama Məntəqələrinin qurulmasına başlanıldı
USAİD, BP və tərəfdaşlarının maliyyə dəstəyi ilə “Süd və Süd Məhsulları İstehsalçılarına İcma Əsaslı Dəstək” layihəsinin icrası uğurla davam etdirilir. 15 Mart 2011-ci il tarixində layihə çərçivəsində Yevlax rayonun Nemətabad, Samux rayonu Seyidlər və Goranboy rayonunun Veyisli icmalarında “Ümid” SİD və İcraçı təşkilat - “Kristal CM” MMC-nin nümayəndələri, kənd Bələdiyyə sədri, İcma Qrup Lideri tərəfindən icma üzvlərinin iştirakı ilə Süd toplama Məntəqəsinin qurulmasına dair razılaşma imzalanmışdır.
Razılaşma imzalandıqdan sonra “Kristal CM” MMC tərəfindən Yevlax rayonu Nemətabad və Goranboy rayonu Veyisli icmalarında STM-nin quraşdırılması işlərinə başlanılmışdır.
STM-nin quraşdırılması prosesində layihə çərçivəsində Süd Toplama Məntəqələri üçün hazırlanmış və USAİD tərəfindən təsdiqlənmiş “Ətraf Mühit üzrə Mənfi Təsirlərin Azaldılması və Monitorinq Planı”na, “Ümid” SİD-in “Mikro-layihələrin Təchizatı” üzrə təlimatına, BP-nin təhlükəsizlik qaydalarına və Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq qaydalarına ciddi əməl edilir.
Məntəqələrin qurulmasında icma üzvləri, bələdiyyə və təchizatçı təşkilatın nümayəndələri birgə əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Artıq Nemətabad icmasında fəaliyyətlər başa çatmaq üzrədir. Məntəqədə yaşıllaşdırma və son tamamla işləri həyata keçirilir.
Veyisli icmasında STM-nin qoruyucu çəpərinin və “Tullantı sularının təmizlənməsi sistemi”(TSTS)-nin tikilməsinə başlanılmışdır.
Hal-hazırda tikinti quraşdırma işləri davam etdirilir.



