Ağgöl icmasında keçirilən açılış tədbiri
30 Sentyabr 2010-cu il tarixdə Ağstafa rayon Ağgöl icmasında “İçməli Su Xəttinin Çəkilməsi” mikrolayihəsinin ictimaiyyətə təqdim olunması mərasimi keçirildi. Mikrolayihə BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və Tərəfdaşlarının maliyyə dəstəyi ilə “İcma Mikrolayihələrinin Idarə Edilməsi” layihəsi çərçivəsində həyata keçirilmişdir. Uğurla icra olunmuş layihə nəticəsində Ağgöl kəndində 4945m uzunluğunda içməli su xətti çəkilmiş, 20 sayda bulaq, su təzyiq nasosu və çənaltı dayaqlar tikilərək onların üzərinə 1 ədəd 27 tonluq çən quraşdırılmışdır.
Açılış mərasimində BP və “Ümid” HSDM-nin nümayəndələri, Ağgöl kənd bələdiyyəsinin sədri, icma qrup lideri, İcra nümayəndəsi, icma qrup üzvləri və fəalları da daxil olmaqla 30 nəfər iştirak etmişdir.
Tədbirdə çıxış edənlər layihənin icma üçün çox böyük faydası olduğunu bildirdi və icmaya göstərilən köməyə görə BP şirkətinə, “Ümid” HSDM-nə, mikrolayihənin icraçısı “Bərəkətli Torpaq” MMC-yə dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirin yekununda açılış rəmzi olan qırmızı lent kəsildi və tədbir iştirakçıları bulaqlara baxış keçirdilər.
Layihənin icrası üçün cəmi 22 579.32 AZN sərf olunmuşdur. Bu vəsaitin 16 135.14 AZN donor, 1 499.18 AZN icma və 4945.00 AzN bələdiyyə tərəfindən ödənilmişdir.
Layihədən birbaşa 534 nəfər faydalanacaqdır.



