BAŞ SƏHİFƏ | Tədbirlər və Yeniliklər | Tovuz rayonu Düz Qırıqlı icmasında UYŞH kurslarını bitirən şagirdlərə setrifikatlar təqdim olundu

Tovuz rayonu Düz Qırıqlı icmasında UYŞH kurslarını bitirən şagirdlərə setrifikatlar təqdim olundu

Şrift ölçüsü: Decrease font Enlarge font
image

29 iyul 2010-cu il tarixdə Düz Qırıqlı icmasında UYŞH kurslarını bitirən şagirdlərə setrifikatların təqdimatı tədbiri keçirildi.

BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və Tərəfdaşlarının maliyyə  dəstəyi ilə “Ümid” HSDM, “Bilik” və “Maarifçi Gənclər” təşkilatı tərəfindən icra olunan “İcma Mikrolayihələrinin İdarə Edilməsi” layihəsi çərçivəsində 29 iyul 2010-cu il tarixdə Tovuz rayonu Düz Qırıqlı icmasında UYŞH kurslarını bitirən şagirdlərə setrifikatların təqdimatı tədbiri keçirildi. Tədbirdə “Ümid” HSDM-nin nümayəndələri, Düz Qırıqlı kənd orta məktəbin direktor müavini, UYŞH kurslarını bitirən şagirdlər və onların valideyinləri iştirak edirdilər.
Tovuz rayon Düz Qırıqlı icmasından UYŞH kurslarına cəlb olunan 14 şagird “Diş texniki”, “Mobil telefon təmiri”, “Kompüter bacarıqlarının artırılması”, “Qadın bərbəri”,  “Kişi bərbəri“, “Avto-hərəkət hissələrinin təmiri” peşələri üzrə təlim keçmişlər.
Tədbirin sonunda Kursu bitirən şagirdlər və onların valideyinləri Donor təşkilata və “Ümid” təşkilatına dərin minnətdarlıqlarını bildirdilər.