“İcma Mikrolayihələrinin İdarə Edilməsi” layihəsi çərçivəsində keçirilən mərasimlər
“İcmadaxili yolların təmiri” mikrolayihəsinin açılışı və “Stadionun tikilməsi” mikrolayihəsinin icrası ilə əlaqədar razılaşma müqaviləsinin imzalanması
14 İyul 2010-cu il tarixində Ağstafa rayonu Böyük Kəsik icmasında "İcmadaxili Yolların Təmiri" mikrolayihəsinin ictimaiyyətə təqdim olunması mərasimi keçirildi. BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və Tərəfdaşlarının maliyyə dəstəyi ilə “İcma Mikrolayihələrinin Idarə Edilməsi” layihəsi çərçivəsində uğurla icra olunmuş layihə nəticəsində 5.36 km icmadaxili yol təmir olunmuş və bu yolda 12 ədəd A/sement borudan su keçidi quraşdırılmışdır.
Açılış mərasimində “Ümid” HSDM-nin əməkdaşları, BP-nin nümayəndəsi, Böyük Kəsik kənd bələdiyyə sədri, icma qrup lideri, icma qrup üzvləri və icma fəalları iştirak etmişlər.
Tədbiri açan Böyük Kəsik icma qrup lideri BP şirkəti və tərəfdaşlarına, “Ümid” HSDM-nə, mikro-layihənin təchizatçı təşkilatı “Perlit” MMC-yə öz dərin minnətdarlığını bildirərək bütün icma üzvlərinin yeni-yeni layihələr həyata

keçirilməsini dəstəklədiyini vurğuladı.
Layihənin icrası üçün cəmi 20 271,82 AZN xərclənmişdir. Bu vəsaitin 15 200,11 AZN donor, 1 026,59AZN icma
tərəfindən, o cümlədən 1 026,59 AZN nağd və 4 045,12 AZN bələdiyyə tərəfindən əmtəə şəklində ödənilmişdir.
Bu layihədən birbaşa 100 nəfər faydalanacaqdır.
Bundan başqa həmin tarixdə BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və Tərəfdaşlarının maliyyə dəstəyi ilə “Ümid” HSDM, “Bilik” və “Maarifçi Gənclər” təskilatı tərəfindən icra olunan “İcma Mikrolayihələrinin İdarə Edilməsi” layihəsi çərçivəsində Kürdəmir rayonu Aran icmasında “Stadionun tikilməsi” mikrolayihəsinin icrası ilə əlaqədar razılaşma müqaviləsinin imzalanması mərasimi keçirilmişdir.
İcrası nəzərdə tutulan mikrolayihənin ümumi dəyəri 46 157,40 AZN təşkil edir. Icra olunacaq mikrolayihədən 1758 nəfər faydalanacaqdır.



