BAŞ SƏHİFƏ | Tədbirlər və Yeniliklər | “Ümid” HSDM növbəti yay seminarında

“Ümid” HSDM növbəti yay seminarında

Şrift ölçüsü: Decrease font Enlarge font
image

"Ümid" HSDM-də artıq ənənə halını alan yay seminarı bu il Şamaxı şəhərində keçirildi.

İyul ayının 02-03 tarixində keçirilən seminarın əsas mövzusu ““Ümid” HSDM-nin Strateji Planının hazırlanması” idi. Seminarı “Ümid”-in USAİD layihəsi üzrə partnyoru CAP-ın əməkdaşı Borovıx Aleksandr aparırdı.
Seminarda “Ümid” HSDM-nin işçi heyətindən ibarət 36 nəfərlə yanaşı qonaq qismində BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkətinin nümayəndəsi Həsənova Rəna və UNHCR-nin nümayəndəsi Abbasov Tural iştirak etmişlər. 
İki günlük seminarın birinci günündə “Ümid” HSDM-nin məqsədi, hədəfləri, xidmət qrupları, dəyərləri və iş prinsipləri müzakirə olundu. İkinci gün isə güclü və zəif tərəflər, imkanlar və təhlükələr barədə danışıldı. Qaynar müzakirələrlə yadda qalan seiminar "Ümid"-in fealiyyətinin, nailiyyətlərinin, həmçinin, yeni imkan və potensiallarının üzə çıxarılması istiqamətində çox faydalı oldu.