BAŞ SƏHİFƏ | Tədbirlər | Daha bir səmərəli görüş

Daha bir səmərəli görüş

Şrift ölçüsü: Decrease font Enlarge font
image

30 iyun 2010-cu il tarixində “Ümid-98” HSDM-nin baş ofisində USAİD

Baş ofisinin Qafqaz üzrə Ölkə Koordinatorunun müavini cənab Ket Simsons və proqram Koordinatorunun müavini xanım Hezer Uard ilə Ümid HSDM komandasının görüşü oldu. Görüşdə ilk öncə “Ümid-98” HSDM, onun  fəaliyyəti, məqsədləri, həyata keçirdiyi layihələr və əldə etdiyi nailiyyətlər haqqında qısa məlumat verildi. Daha sonra Ümid HSDM-in İcraçı Direktoru İ.İsgəndərov həyata keçirilməkdə olan “Süd və Süd Məhsulları İstehsalçılarına İcma Əsaslı Dəstək” layihəsi üzrə təqdimatında qonaqlara layihənin əsas məqsəd və vəzifələri, bu günə kimi görülən işlər və əldə edilən nailiyyətlər, iş prosesində qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verdi. 
Həmçinin, görüşün sonunda bu əməkdaşlığın nəinki “Süd və Süd Məhsulları İstehsalçılarına İcma Əsaslı Dəstək” layihəsinin uğurlu icrası, bütövlükdə "Ümid" HSDM-nin həyata keçirdiyi digər layihələr üçün də əhəmiyyətli olacağı vurğulanmışdır.