BAŞ SƏHİFƏ | Tədbirlər və Yeniliklər | İcrası uğurla başa çatdırılmış daha iki mikrolayihə

İcrası uğurla başa çatdırılmış daha iki mikrolayihə

Şrift ölçüsü: Decrease font Enlarge font
image

29-30 iyun 2010-cu il tarixlərində başa çatmış iki layihənin ictimaiyyətə təqdim olunma mərasimi baş tutdu

29-30 iyun 2010-cu il tarixlərində başa çatmış iki layihənin ictimaiyyətə təqdim olunma mərasimi baş tutdu. Belə ki, 29 iyunda Şəmkir rayonunun Talış icmasında “Talış – Seyidlər kəndlərarası yolun təmiri” icma mikro-layihəsi, 30 iyunda isə Tovuz rayonunun Düz Cırdaxan icmasında “Uşaq bağçasında əlavə otaqların tikilməsi” icma mikro-layihəsinin açılış mərasimləri oldu. Hər iki mikrolayihə BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və Tərəfdaşlarının maliyyə dəstəyi ilə “İcma Mikro-layihələrinin idarəedilməsi” layihəsi çərçivəsində həyata keçirilmişdir.

Şəmkir rayonunun Talış icmasında “Talış – Seyidlər kəndlərarası yolun təmiri” icma mikro-layihəsinin icti0clip_image0_962438509.jpgmaiyyətə təqdim olunması mərasimində Şəmkir rayonu İcra Hakimiyyətinin nümayəndəsi, “Bilik” Maarifçilik Cəmiyyəti Gəncə Regional Təşkilatının sədri, sahə işçisi, Talış icmasının Ərazi İcra Nümayəndəsi, Talış Kənd Bələdiyyəsinin sədri, Talış İcma Qrupunun üzvləri və digər icma üzvləri iştirak etmişlər. Bütün mərasim iştirakçıları icra olunmuş layihə nəticəsində icma əhalisinin və nəqliyyat vasitələrinin hərəkət imkanlarının yaxşılaşdırıldığını, icmada ətraf mühitin çirklənməsinin azaldığını və icmalararası inteqrasiyanın gücləndiyini vurğulamışlar.

Düz Cırdaxan icmasında “Uşaq bağçasında əlavə otaqların tikilməsi” icma mikro-layihəsinin açılış mərasimində isə BP-nin ictimaiyyətlə əlaqələr üzrə məsul işçisi, “Bilik” Maarifçilik Cəmiyyəti Gəncə Regional Təşkilatının layihə koordinatoru, sahə işçisi, Düz Cırdaxan icmasının Ərazi İcra Nümayəndəsi, Düz Cırdaxan Kənd Bələdiyyəsinin sədri, Düz Cırdaxan İcma Qrupunun lideri və digərləri öz çıxışlarında qeyd etmişlər ki, icra olunmuş layihə nəticəsində bağçayaşlı uşaqlara qayğının səviyyəsi artacaq və icmada uşaqların məktəbəqədər təlim-tərbiyə işlərinin səviyyəsi yüksələcəkdir.

Çıxış edən icma üzvləri layihəni maliyyələşdirmiş BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və Tərəfdaşlarına, həmçinin layihənin həyata keçirilməsində icma qrupuna göstərdiyi texniki dəstəyə görə “Bilik” Maarifçilik Cəmiyyəti Gəncə Regional Təşkilatına və “Ümid-98” HSDM-ə öz minnətdarlıqlarını bildirdilər.