BAŞ SƏHİFƏ | Tədbirlər | Qurbanzadə icmasında “Yeni Məktəbin tikilməsi” mikrolayihəsinin icrası ilə əlaqədar razılaşma müqaviləsi imzalandı

Qurbanzadə icmasında “Yeni Məktəbin tikilməsi” mikrolayihəsinin icrası ilə əlaqədar razılaşma müqaviləsi imzalandı

Şrift ölçüsü: Decrease font Enlarge font
image

22 iyun 2010-cu il tarixdə Goranboy rayonu Qurbanzadə icmasında razılaşma müqaviləsinin imzalandı

BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və Tərəfdaşlarının maliyyə  dəstəyi ilə “Ümid” HSDM, “Bilik” və “Maarifçi Gənclər” təskilatı tərəfindən icra olunan “İcma Mikrolayihələrinin Idarə Edilməsi” layihəsi çərçivəsində 22 iyun 2010-cu il tarixdə Goranboy rayonu Qurbanzadə icmasında “Yeni Məktəbin tikilməsi” mikrolayihəsinin icrası ilə əlaqədar razılaşma müqaviləsinin imzalanması mərasimi keçirilmişdir.
Tədbirdə “Ümid” HSDM-nin layihə əməkdaşları, BP-nin CLO-ları, “Hicranoğlu” MMC-nin sədri, Goranboy rayon Təhsil Şöbəsinin və Memarlıq və Tikinti şöbəsinin müdiriləri, Faxralı-Qurbanzadə bələdiyyəsinin sədri, Fəxralı İN, İQ-nin lideri və icma fəalları iştirak etmişlər.
Müqavilənin imzalanmasından sonra tərəflər inşaat ərazisinə gəldilər.
Qurbanzadə icmasında icrası nəzərdə tutulan mikrolayihənin ümumi dəyəri 109 233.17 AZN təşkil edir. Bu məbləğın 70 600.41 AZN donor, 3 000.00 AZN icma, 2 000.00 AZN yerli bələdiyyə tərəfindən nağd və 890.00 AZN əmtəə şəklində, 32 742.76 AZN Təhsil şöbəsi tərəfindən əmtəə şəklində ödəniləcək.
Layihə çərçivəsində tikiləcək məktəbdən birbaşa 105 nəfər faydalanacaqdır.