Sarov icmasında “İcma Xidmət Mərkəzinin tikilməsi” mikrolayihəsinin açılışı
Goranboy rayon Sarov icmasında “İcma Xidmət Mərkəzinin tikilməsi” mikrolayihəsinin ictimaiyyətə təqdim olunması
11 iyun 2010-cu il tarixdə Goranboy rayon Sarov icmasında “İcma Xidmət Mərkəzinin tikilməsi” mikrolayihəsinin ictimaiyyətə təqdim olunması mərasimi keçirildi. Bu mikrolayihə BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və Tərəfdaşlarının maliyyə dəstəyi ilə “İcma Mikrolayihələrinin İdarə Edilməsi” layihəsi çərçivəsində həyata keçirilmişdir.
Tədbirdə BP-nin İƏÜMŞ-ləri, “Ümid” HSDM-nin müdriyyət və layihə heyəti, rayon İH-nin müavini, İcra nümayəndəsi, İcma lideri, bələdiyyə sədri və icma fəalları iştirak etmişlər.
Tədbiridə çıxış edənlər uğurla icra olunmuş layihə nəticəsində İcma Qrupunun vaxtlı-vaxtında iclaslarının təşkil edilməsinin, icma üzvləri, hökumət və qeyri hökumət təşkilatlarının nümayəndələri ilə normal şəraitdə görüşlərin təşkilinin, İcma Qrupu İcma Fondunun müntəzəm yığıncaqlarının, İcma üzvləri və İQ arasında müntəzəm görüşlərin artıq mümkün olacağını xüsusilə vurğuladılar.
Həmçinin, layihədən faydalananlar da öz növbələrində mikrolayihənin icrasında göstərilən köməyə görə donor təşkilatla və “Ümid” HSDM-ya xüsusi minnətdarlıqlarını bidirdilər.
“İcma Xidmət Mərkəzinin tikilməsi” layihəsindən birbaşa 898 nəfər faydalanacaq.
Layihənin icrası üçün cəmi 28 804.76 AzN xərclənmişdir. Bu vəsaitin 20 157.19 AzN donor, 804.30AzN icma tərəfindən və 843.27 AzN bələdiyyə tərəfindən əmtəə şəklində ödənilmişdir.



