Möhkəm Başlanğıclı İqtisadi Layihələr üzrə müqavilələrin imzalanması prosesi uğurla davam edir
Daha 4 gənclə Möhkəm Başlanğıclı İqtisadi Layihələr üzrə müqavilələr imzalanmışdır
03 iyun 2010-cu ildə Usta Yanında Şagird Hazırlığı metodu ilə peşə bacarıqlarına yiyələnmiş daha 4 gənclə Möhkəm Başlanğıclı İqtisadi Layihələr üzrə müqavilələr imzalanmışdır. MBİL qrantları vasitəsilə bu məzunların iş yeri əldə etmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dəstək verilmişdir.
Bu gənclər 2009-cu ildə mobil telefon təmiri, Windows sistemi, kompyuter modernizasiyası və şəbəkənin qurulması və qadın bərbəri peşələri üzrə təşkil olunmuş kurslara cəlb olunmuşlar.
UYŞH kursları Möhkəm Başlanğıclı İqtisadi Layihələr BP və tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən «Bakı Dəhlizi boyunca Gənclərin Məşğulluq və İqtisadi İmkanlarının Genişləndirilməsi Təşəbbüsü» layihəsi çərçivəsində Bakı şəhəri, Qaradağ rayonunun Sahil, Ümid və Səngəçal qəsəbələrində təşkil edilmişdir.



