BAŞ SƏHİFƏ | Tədbirlər və Yeniliklər | Nəbiağalı icmasında Uşaqların Beynəlxalq Müdafiə Günü sevincinə daha bir sevinc qatıldı...

Nəbiağalı icmasında Uşaqların Beynəlxalq Müdafiə Günü sevincinə daha bir sevinc qatıldı...

Şrift ölçüsü: Decrease font Enlarge font
image

“İnzibati binanın uşaq baxçasına yenidənqurulması” mikrolayihəsinin açılış mərasimi

01 iyun 2010-cu il tarixində “Ümid-98” HSDM, “Bilik” Maarifçilik Cəmiyyəti Gəncə Regional  təşkilatı və Azərbaycan Maarifçi Gənclər təşkilatı Samux rayonu Nəbiağalı kəndində “İnzibati binanın uşaq baxçasına yenidənqurulması” mikrolayihəsinin ictimaiyyətə təqdim olunması mərasimi bu icmanın körpələrinə və onların valideynlərinə hədiyyə etdilər. Bu mikrolayihə BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkəti və tərəfdaşlarının maliyyə dəstəyi ilə “İcma Mikrolayihələrinin Idarə Edilməsi” layihəsi çərçivəsində həyata keçirilmişdir. 
Açılış mərasimində Samux rayon İcra Hakimiyyətinin başçısı, Rayon Təhsil Şöbəsinin müdiri, BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkətinin İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsləri və mətbuat xidməti şöbəsinin əməkdaşları, həmçinin media mənsubları, AMGT nümayəndələri, icma qrup lideri, icma qrup üzvləri və Samux rayon  ictimaiyyəti iştirak etmişlər.
Uğurla icra olunmuş layihənin nəticəsində sahəsi 242.57m2, faydalı həcmi 857.27 m3 olan bina uşaq baxçasına yenidənqurulmuşdur. 
Layihənin icrası üçün cəmi 25174.76 AZN xərclənmişdir. Bu vəsaitin 14 993.81 AZN donor, 1350.00 AZN icma tərəfindən nəğd, 8260.95 AZN əmtəə və 570.00 AZN bələdiyyə tərəfindən əmtəə şəklində ödənilmişdir.
Açılış mərasimində çıxış edənlərin hər biri layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkəti və tərəfdaşları,  “Ümid-98” HSDM, “Bilik” Maarifçilik Cəmiyyəti Gəncə Regional  təşkilatı  və Azərbaycan Maarifçi Gənclər təşkilatına öz dərin minnətdarlılarını bildirdilər. 
Son olaraq isə qırmızı lent kəsildi və layihə ilə bağlı media mənsublarına müsahibələr verildi.