Tovuz rayonunun Dondarquşçu icmasında “Tovuz rayonu icmalarının koordinasiya iclası” keçirildi
26 may 2010-cu il tarixdə BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və Tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən “İcma Mikrolayihələrinin Idarə Edilməsi” layihəsi
26 may 2010-cu il tarixdə BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və Tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən “İcma Mikrolayihələrinin Idarə Edilməsi” layihəsi çərçivəsində Tovuz rayonunun Dondarquşçu icmasında Tovuz rayonu icmalarının koordinasiya iclası keçirildi.
İclasda “Ümid” HSDM-nin təlimçisi Ş.Qənbərov, sahə işçisi R.Ələsgərova, Tovuz rayonunun Dondarquşçu, Düz Cırdaxan, Düz Qırıqlı və Cilovdarlı icmalarının liderləri, Bələdiyyə sədrləri,İcra Nümayəndələri və icma üzvləri iştirak etdilər.
Ş.Qənbərov iştirakçıları salamladıqdan sonra koordinasiya iclasının məqsədini açıqladı, “İcma Mikrolayihələrinin Idarə Edilməsi” layihəsi haqqında, layihə çərçivəsində indiyə kimi görülmüş işlər barəsində məlumat verdi. İQ və Bələdiyyə sədrlərinin görülmüş işlər haqqında qısa hesabatı dinlənildi. İclasın ikinci yarısında isə aşağıdakı mövzularda qrup işləri aparıldı:
a) “İcma Mikrolayihələrinin Idarə Edilməsi” layihəsi icmalara nə verdi?
b) İcma töhfəsi
Qrup işlərinin təqdimatı maraqlı müzakirələrlə keçdi.



