BAŞ SƏHİFƏ | Tədbirlər və Yeniliklər | Eynallı icmasında “Kaptaj üsulu ilə suqovşağının quraşdırılması və təzyiqli boru ilə su xəttinin çəkilməsi” mikrolayihəsinin açılış mərasimi

Eynallı icmasında “Kaptaj üsulu ilə suqovşağının quraşdırılması və təzyiqli boru ilə su xəttinin çəkilməsi” mikrolayihəsinin açılış mərasimi

Şrift ölçüsü: Decrease font Enlarge font
image

“İcma Mikrolayihələrinin Idarə Edilməsi” layihəsi çərçivəsində uğurla başa çatdırılmış daha bir mikrolayihə

06 may 2010-cu il tarixində Ağstafa  rayon “İcma Mikrolayihələrinin Idarə Edilməsi” layihəsi çərçivəsində uğurla başa çatdırılmış daha bir mikrolayihənin ictimaiyyətə təqdim olunma mərasimi keçirildi. Belə ki, Eynallı icmasında “Kaptaj üsulu ilə suqovşağının quraşdırılması və təzyiqli boru ilə su xəttinin çəkilməsi” mikrolayihəsinin icrası başa çatdırıldı. BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və Tərəfdaşlarının maliyyə dəstəyi ilə “İcma Mikrolayihələrinin Idarə Edilməsi” layihəsi çərçivəsində həyata keçirilən mikrolayihənin nəticəsində 1800 metr uzunluğunda su xətti çəkilmişdir. 
Açılış mərasimində “Ümid” HSDM-nin İMİ layihə koordinatoru, Ağstafa rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin baş məsləhətçisi,  Eynallı kənd bələdiyyə sədri, İcra nümayəndəsi, İcma qrup lideri, icma qrup üzvləri və icma fəalları iştirak etmişlər.
Bu layihənin nəticəsində 190 hektar münbit torpaq sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılmışdır. Bu isə gələcəkdə icmada kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir. Layihədən birbaşa 1429 nəfər faydalanacaqdır.
Layihənin icrası ümümi 25 773.20  AZN xərclənmişdir. Bu vəsaitin 15 550.60 AZN donor, 2 721,00 AzN icma tərəfindən, 7 501,60 AZN bələdiyyə tərəfindən əmtəə şəklində ödənilmişdir.