BAŞ SƏHİFƏ | Tədbirlər və Yeniliklər | İcma Mikrolayihələrinin İdarə Edilməsi layihəsi çərivəsində açılış mərasimləri keçirilmişdir

İcma Mikrolayihələrinin İdarə Edilməsi layihəsi çərivəsində açılış mərasimləri keçirilmişdir

Şrift ölçüsü: Decrease font Enlarge font
image

BP və tərəfdaşlarının maliyyə dəstəyilə «Ümid» HSDM, «Bilik» Maarifçilik Cəmiyyəti Gəncə Regional Təşkilatı və Azərbaycan Maarifçi Gənclər Təşkilatının birgə həyata keçirdiyi İcma Mikrolayihələrinin İdarə Edilməsi layihəsi çərivəsində 13-15 aprel 2010-cu il tarixlərində Aşağı Mülkülü (Tovuz), Çobanabdallı (Samux), Zəlimxan (Ağstafa) icmalarında «İcmadaxili yolların təmiri» və «Uşaq bağçasının təmiri və uşaq avadanlığı təchizatı» icma mikrolayihələrnin açılış mərasimləri keçirilmişdir.

Açılış mərasimlərində BP-nin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsləri və mətbuat xidməti şöbəsinin əməkdaşları, «Ümid» HSDM, AMGT rəhbərliyi və proqram üzrə işçi heyəti, Samux rayon İcra Hakimiyyətinin başçısı, Samux Rayon Təhsil Şöbəsinin müdiri, yerli bələdiyyə və İcra nümayəndələri, layihələr üzrə vendorlar və icma üzvləri iştirak etmişlər.

Tədbirləri açıq elan edən icma liderləri qonaqları salamlamış, donor təşkilatlarla əməkdaşlıq nəticəsində icma inkişafı prosesində icmanın əldə etdiyi uğurlu bacarıq və təcrübələrdən, həmçinin icra olunmuş layihələr nəticəsində əhalinin rahatlığını təmin etmiş sosial infrastruktur imkanlarından bəhs etmişlər. Qeyd edilmişdir ki, yol layihəsinin həyata keçirilməsi icma əhalisinin və nəqliyyat vasitələrinin hərəkət imkanlarını yaxşılaşdırmış, ətraf mühitin çirklənməsi azalmış, ərazidə yeni biznes strukturlarının inkişafı üçün əlverişli infrastruktur imkanları yaradılmışdır. «Uşaq bağçasının təmiri və uşaq avadanlığı təchizatı» layihəsinin icrası isə Çobanabdallı icmasında uşaqların daha rahat şəraitdə tərbiyə olunmasına və icmadakı müəllimlərin işlə təmin olunmasına kömək edəcəkdir.

Tədbirlərdə iştirak edən BP nümayəndələri və İcraçı təşkilatların rəhbərliyi yerli icmaları prosesdə səmərəli əməkdaşlıq və layihələri uğurla başa çatdırmaları münasibətilə təbrik etmiş, növbəti icma fəaliyyətlərində müvəffəqiyyətlər arzu etmişlər. Açılış mərasimlərinin sonunda Qırmızı Lentlər kəsilmişdir.

Uğurla icra olunmuş layihələrin nəticəsində ümumi uzunluğu 5900 metr olan kənddaxili yollar ballast və qırmadaşla təmir edilmiş, sahəsi 448.9m2, faydalı həcmi 1301.81 m3 olan uşaq bağçasının 3 korpusu təmir olunmuşdur.

Ümumən, 2795 nəfər əhali rahat yollardan istifadə, 7013 nəfər uşaq bağçasının təmiri nəticəsində birbaşa (16 uşaq və 6 işçi heyət) və dolayı faydalanmaq imkanı qazanmışdır.

Layihələrin icrası üçün ümumi 64 881.78 AZN xərclənmişdir. Bu vəsaitin 47 621.04 AZN donor, 13 220.47 AZN icma tərəfindən və 4 040.27 AZN bələdiyyə tərəfindən əmtəə şəklində ödənilmişdir.