Tovuz rayon Aşağı Mülkülü icmasında «İcmadaxili Yolların Təmiri» mikrolayihəsinin açılış tədbiri keçirilmişdir
13 aprel 2010-cu il,Tovuz rayonu Aşağı Mülkülü icması
13 aprel 2010-cu il tarixdə Tovuz rayonunun Aşağı Mülkülü icmasında «İcmadaxili yolların təmiri» mikrolayihəsinin ictimaiyyətə təqdim olunması mərasimi keçirilmişdir.
«İcmadaxili yolların təmiri» mikrolayihəsi BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkəti və tərəfdaşlarının maliyyə dəstəyi ilə «İcma Mikrolayihələrinin Idarə Edilməsi» layihəsi çərçivəsində həyata keçirilmişdir.
Uğurla icra olunmuş layihənin nəticəsində 3200 metr yol ballast və qırmadaşla təmir olunmuşdur. Açılış mərasimində Ümid» HSDM-nin sahə işçisi R.Ələsgərova, A.Tağıyev, Aşağı Mülkülü kənd bələdiyyə sədri H.Məsimov, icra nümayəndəsi N.Vəliyev, icma qrup lideri A.Rüstəmov, icma qrup üzvləri və icma fəalları iştirak etmişlər..
Tədbiri açan Aşağı Mülkülü İQ lideri A.Rüstəmov icmaya ayrılan diqqətə görə, donor təşkilatlara, «Ümid» HSDM-nə, layihəni icra edən «Perlit» MMC-nə öz dərin minnətdarlığını ifadə etmiş və icmanın bundan sonra da layihələr həyata keçirmək niyyətində olduğunu bildirmişdir.
Çıxış edən «Ümid» HSDM-nin əməkdaşları icma üzvlərini layihənin açlışı münasibətilə təbrik etmiş və gələcək işlərində yeni nailiyyətlər arzu etmişlər.
«İcmadaxili yolların təmiri» mikrolayihəsinin uğurla başa çatması nəticəsində birbaşa 2260 icma sakininin yolla bağlı problemləri aradan qaldırılmış, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti normalaşmışdır.
Layihənin icrası üçün 21 758 AZN xərclənmişdir. Bu vəsaitin 15 579.20 AZN donor, 3 180 AZN icma tərəfindən 1060 AZN nağd 2120 AZN əmtəə və 2 998.80 AZN bələdiyyə tərəfindən əmtəə şəklində ödənilmişdir.



