BAŞ SƏHİFƏ | Tədbirlər və Yeniliklər | «Ümid» HSDM-nin İllik Konfransı keçirilmişdir

«Ümid» HSDM-nin İllik Konfransı keçirilmişdir

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Bakı şəhəri,10 aprel 2010-cu il

10 aprel 2010-cu il tarixdə «Ümid» HSDM üzvləri üçün İllik Hesabat Konfransı keçirmişdir.

Konfransın gündəliyində 2009-cu il üzrə yekun təsərrüfat-maliyyə hesabatı və «Ümid» HSDM Nizamnaməsinə edilmiş dəyişikliklər öz əksini tapmışdır. Konfransı giriş sözü ilə «Ümid» HSDM İdarə Heyətinin sədri İsrail İskəndərov açmış və gündəlikdə duran məsələləri iştirakçılara təqdim etmişdir.

Gündəlik təsdiq edildikdən sonra İ.İskəndərov 2009-cu il təşkilatın ümumi fəaliyyətini əks etdirən hesabat xarakterli təqdimat etmişdir. Sonra «Ümid» HSDM baş mühasibi Ramiz Əliyev 2009-cu il üzrə yekun maliyyə hesabatını üzvlərin diqqətinə çatdırmışdır.

Hər iki təqdimatdan sonra auditoriya illik fəaliyyətə öz fikirlərini bildirmiş və yekdilliklə 2009-cu Təsərrüfat-Maliyyə ili qənaətbəxş hesab edilmişdir.
      
Konfransın ikinci hissəsində «Ümid» HSDM-nin Nizamnaməsində nəzərdə tutulan əlavə və dəyişikliklər müzakirə edilmək üçün üzvlərin ixtiyarına verilmişdir.

Məhsuldar keçən müzakirələr nəticəsində Nizamnaməyə edilmiş dəyişikliklər qəbul edilmişdir.

Konfransda BMTQAK, ATİ, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Beynəlxalq Mətbuat Mərkəzi əməkdaşları qonaq qismində iştirak etmişlər.