BAŞ SƏHİFƏ | Tədbirlər və Yeniliklər | Şəmkir rayonunun Dəllər Cəyir icmasında «Şəmkir rayonu icmalarının koordinasiya iclası»- keçirilmişdir

Şəmkir rayonunun Dəllər Cəyir icmasında «Şəmkir rayonu icmalarının koordinasiya iclası»- keçirilmişdir

Şrift ölçüsü: Decrease font Enlarge font
image

01 aprel 2010-cu il, Şəmkir rayonunun Dəllər Cəyir

01 aprel 2010-cu il tarixdə BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və Tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən «İcma Mikrolayihələrinin Idarə Edilməsi» layihəsi çərçivəsində Şəmkir rayonunun Dəllər Cəyir icmasında «Şəmkir rayonu icmalarının koordinasiya iclası» keçirilmişdir.

İclasda «Ümid» HSDM-nin təlimçisi Ş.Qənbərov, sahə işçisi R.Ələsgərova və inzibati işçi V.İmanov, Bilik Maarifçilik Cəmiyyəti Gəncə Regional təşkilatının sahə işçisi Ə.Quliyev, Şəmkir rayonunun Dəllər Cəyir, Talış, Keçili, Qapanlı,Qılıncbəyli icmalarının liderləri, bələdiyyə sədrləri,İcra Nümayəndələri və icma üzvləri iştirak etmişlər.

Ş.Qənbərov iştirakçıları salamladıqdan sonra koordinasiya iclasının məqsədini açıqlamış, «İcma Mikrolayihələrinin Idarə Edilməsi» layihəsi haqqında, layihə çərçivəsində indiyə kimi görülmüş işlər barəsində məlumat vermişdir. İQ və Bələdiyyə sədrlərinin görülmüş işlər haqqında qısa hesabatı dinlənilişdir.


İclasın ikinci yarısında

a) «İcma Mikrolayihələrinin Idarə Edilməsi» layihəsi icmalara nə verdi?

b) İcma töhfəsi mövzularında Qrup İşləri aparıldı və təqdimatı keçirildi.

İclasın sonunda Şəmkir rayonu icmaları üçün növbəti tədbirin – «İcmalara səfərlər və yaxşı təcrübənin ötürülməsi» tədbirinin vaxtı və yeri razılaşdırılmışdır.