BAŞ SƏHİFƏ | Tədbirlər və Yeniliklər | Ağstafa rayonu Qırlı icmasında «İcmadaxili Yolların Təmiri» mikrolayihəsinin icrası ilə əlaqədar razılaşma müqaviləsi imzalanmışdır

Ağstafa rayonu Qırlı icmasında «İcmadaxili Yolların Təmiri» mikrolayihəsinin icrası ilə əlaqədar razılaşma müqaviləsi imzalanmışdır

Şrift ölçüsü: Decrease font Enlarge font
image

18 mart 2010-cu il, Ağstafa rayonu Qırlı icması

BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və tərəfdaşlarının maliyyə dəstəyi ilə «Ümid» HSDM, «Bilik» və «Maarifçi Gənclər» təskilatı tərəfindən icra olunan «İcma Mikrolayihələrinin Idarə Edilməsi» layihəsi çərçivəsində 18 mart 2010-cu il tarixdə Ağstafa rayonu Qırlı icmasında «İcmadaxili Yolların Təmiri» mikrolayihəsinin icrası ilə əlaqədar razılaşma müqaviləsinin imzalanması mərasimi keçirilmişdir.

Tədbirdə «Ümid» HSDM-nin sahə işçisi R.Aslanov, İnzibati işçi V.İmanov, «Sərvət KTXM» MMC-nin nümayəndəsi S.Zeynalov, kənd bələdiyyəsinin sədri N.Məmmədov, İQ-nin lideri İ.Bayramov və icma fəalları iştirak etmişlər.

Qırlı icmasında icrası nəzərdə tutulan mikrolayihənin ümumi dəyəri 19 273.94 AZN təşkil edir. Bu məbləğın 14 391.24 AZN donor və 976.70 AZN icma tərəfindən nağd, 34.00AZN əmtəə, 3872.00 AZN yerli bələdiyyə tərəfindən əmtəə şəklində ödəniləcəkdir. Layihə çərçivəsində təmir olunacaq 5000m icmadaxili yoldan birbaşa 2097 nəfər, dolayı yolla isə 1076 nəfər faydalanacaqdır.