BAŞ SƏHİFƏ | Tədbirlər və Yeniliklər | Tovuz rayonunun Cilovdarlı icmasında «İcma səfərləri. Yaxşı təcrübənin ötürülməsi» tədbiri keçirilmişdir

Tovuz rayonunun Cilovdarlı icmasında «İcma səfərləri. Yaxşı təcrübənin ötürülməsi» tədbiri keçirilmişdir

Şrift ölçüsü: Decrease font Enlarge font
image

17 mart 2010-cu il, Tovuz rayonu Cilovdarlı icması

17 mart 2010-cu il tarixdə BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən «İcma Mikrolayihələrinin Idarə Edilməsi» layihəsi çərçivəsində Tovuz rayonunun Cilovdarlı icmasında, Tovuz rayonu icmaları üçün «İcma səfərləri.Yaxşı təcrübənin ötürülməsi» tədbiri keçirilmişdir.

Tədbirdə «Ümid» HSDM-nin icma mütəxəssisi M. Fəyyazov, təlimçi Şahin Qənbərov, sahə işçisi Rəfiqə Ələsgərova, inzibati işçi Vasif İmanov, Bilik Maarifçilik Cəmiyyəti Gəncə Regional təşkilatının direktoru Camal Məmmədov və sahə işçisi Əhməd Quliyev, Tovuz rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin məsləhətçisi Ceyhun Həsənov, Tovuz rayonunun Cilovdarlı, Aşağı Mülkülü, Dondar Quşçu, Düz Qırıqlı və Düz Cırdaxan icmalarının liderləri, bələdiyyə sədrləri və icma üzvləri iştirak etmişlər.

Ş.Qənbərov iştirakçıları salamladıqdan sonra, tədbirin keçirilməsinin məqsədini açıqlamış, «İcma Mikrolayihələrinin Idarə Edilməsi» layihəsi haqqında, layihə çərçivəsində indiyə kimi görülmüş işlər barəsində məlumat vermişdir.                 

Yeni Səfərbər Olunmuş Cilovdarlı icmasının lideri Fəxrəddin Sadıqovun, icmada həyata keçirilmiş «Kənddaxili yolların bərpası « mikrolayihəsi haqqında geniş hesabatı dinlıənilmişdir.

Tədbirin ikinci yarısında iştirakşılar tərəfindən icmanın bərpa olunmuş yollarına baxış keçirilmiş, iştirakşıların mikrolayihə haqqında təəssüratları ətrafında müzakirələr aparılmışdır. Tədbirin sonunda Tovuz rayonu icmaları üçün növbəti tədbirin – «Koordinasiya iclası»- nın vaxtı və yeri razılaşdırılmışdır.