Ana səhifə  |  Haqqımızda  |  Əlaqə

 

  

>Azəri  >English

Humanitar və Sosial  Dayaq  Mərkəzi

     
Biznes fəaliyyətinə başlayan gənclərin iştirakı ilə seminar təşkil olundu
Kürdəmir şəhəri, 29 Aprel 2008-ci il

29 aprel 2008-ci il tarixdə Kürdəmir rayonunda Möhkəm Başlanğıclı İqtisadi Layihələr (MBİL) üzrə biznes fəaliyyətinə başlayan gənclərin iştirakı ilə seminar keçirilmişdir. Seminarın məqsədi gənclər arasında təcrübə mübadiləsinin təşkili olmuşdur.



Seminarda İctimai Sərmayə Proqramı və Gələcək İcmalar Proqramı çərçivəsində təşkil olunan Usta Yanında Şagird Hazırlığı kurslarının MBİL qrantları ilə mükafatlandırılan ən müvəffəqiyyətli məzunları qazandqıları uğurları, rastlaşdıqlar çətinliklər və onların həlli yollarını birgə müzakirə etmişlər.

İctimai Sərmayə Proqramı və Gələcək İcmalar Proqramı BP Eksploreyşn (Xəzər Dənizi) Ltd. Şirkəti və Tərəfdaşlarının və Uşaqların Xilası təşkilatının dəstəyi ilə Yevlax, Goranboy, Gəncə, Samux, Xanlar, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Kürdəmir , Ağdaş, Hacıqabul və Qaradağ rayonlarında həyata keçirilmişdir.

Tədbirdə BP Şirkəti və Uşaqların Xilası Təşkilatının nümayəndələri, UYŞH kurslarına cəlb olunan ustalar, icma liderləri və valideynlər iştirak etmişlər.

 

     

Haqqımızda Ana səhifə  |  Əlaqə

"Ümid"Humanitar və Sosial Dayaq Mərkəzi ? Bakı/Azərbaycan ? Tel.: (994 12) 4345315; Faks: (994 12) 4349698; umid@azerin.com, umid.office@azerin.com