 |
Ulduz icmalar seçildi
Gəncə şəhəri, 13 mart 2008-ci il
13 mart 2008 ci il «Ümid» HSDM-nin Gəncə ofisində görüş keçirilmişdir.
Görüş BP və Tərəfdaşlarının maliyyə dəstəyi ilə «Uşaqların Xilası Təşkilatı,
«Ümid» HSDM, «Bilik» Maarifçilik Cəmiyyəti Gəncə Regional Təşkilatı və «Gənc
maarifçilər» Cəmiyyəti ilə birgə həyata keçirilən İcma Sərmayə Proqramı—III
layihəsi çərçivəsində reallaşmışdır.

Görüşün keçirilməsində məqsəd
layihə üzrə ilkin mərhələdə hədəf ərazisində Ulduz icmaların seçilməsi idi.
Bu məqsədlə BP-nin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsləri, Uşaqların
Xilası təşkilatının İSP-III proqramının rəhbəri və koordinatoru, «Ümid»
HSDM-nin proqram Direktoru, AGMT təkilatının proqram koordinatoru, Bilik
Maarifçilik Cəmiyyətinin koordinator assistenti, Goranboy rayonu Eyvazlılar
icmasının lideri və Tovuz rayonu Xatınlı bələdiyyəsinin sədrinin daxil
olduğu Seçim Komissiyası yaradılmışdır.
Komissiya üzvləri Umid HSDM,
Uşaqların Xilası, Maarifçi Gənclər və Bilik təşkilatlarının birgə yaratdığı
Texnik Dəstək Komandası tərəfindən aparılmış sorguların nəticəsini
dinləyərək hədəf icmalarını ayrı- ayrılıqda xüsusi blankda
qiymətləndirdilər. Qiymətləndirmənin nəticələri müzakirə olundu və aşagıdakı
icmalar İSP- III də Ulduz İcma kimi seçildilər:
- Ağstafa rayonu Zəlimxan
icması
- Tovuz rayonu Dondar
Quşçu icması
- Şəmkir rayonu Dəllər
Cəyir icması
- Samux rayonu Əli
Bayramlı icması
- Goranboy rayonu Sarov
icması
|
|