Ana səhifə  |  Haqqımızda  |  Əlaqə

 

  

>Azəri  >English

Humanitar və Sosial  Dayaq  Mərkəzi

     

 İnformasiya Bülleteni - 2005: IV buraxılış

 



 

BTC-nin keçdiyi icmalarda içməli su təchizatının yaxşılaşdırılması
 

Layihənin icrasına 2006-cı ilin noyabr ayından etibarən Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQB) Tərəfdaşlarının maliyyə dəstəyi ilə başlanılmışdır.

Layihə içməli su çatışmazlığından daha çox əziyyət çəkən BTC boru kəməri boyunca yerləşən İctimai Sərmayə Proqramının hədəf ərazisində yerləşən icmalarda həyata keçirilir.

Layihənin məqsədi mövcud yerli resurslardan istifadə etməklə BTC/CQB kəməri boyu yerləşən 6 icma (Kürdəmir- Sığırlı, Kərrar Kənd, Kərrar qəsəbəsi, Ucar – Bərgüşad, Qüləbənd və Ağdaş – Orta Ləki) üçün təşkilati cəhətdən inkişaf etmiş və idarə olunan suyun saflaşdırılması texnologiyalarının təmin edilməsi və suyun keyfiyyətinə və gəlirə effektiv, şəffaf idarəetməni təmin etmək üçün Məhdud Məsuliyyətli Cəmiyyətlər formasında hər bir qurğu üçün idarəetmə strukturlarının yaradılmasıdır.

Layihə çərçivəsində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur:

  • Maarifləndirmə;

  • İcmaların təşkilati bacarıqlarının artırılması;

  • Təhlükəsiz suya çıxışın yaxşılaşdırılması;

  • İqtisadi İmkanların Genişləndirilməsi.
     

 

Azərbaycanda İcma İnkişafı Fəaliyyəti

 

ABŞ BİA tərəfindən Azərbaycanda beşillik İcma İnkişafı Fəaliyyəti Proqramını həyata keçirmək üçün CHF təşkilatına qrant ayrılmışdır.

 

Ümid HSDM bu layihədə CHF-in yerli partnyoru kimi dekabr ayından “Azərbaycanda İcma İnkişafı Fəaliyyəti” layihəsinin icrasına başlamışdır.

 

Proqram Respublikanın 3 regionunda (şimal-şərq, şimal-qərb və cənub) icra olunacaq.

 

Ümid HSDM bu layihə çərçivəsində şimal-şərq (Quba, Xaçmaz, Qusar, Dəvəçi) regionunda icma inkişafı fəaliyyətlərini yerinə yetirəcək.

 

Respublikanın şimal bölgələrində icmaların səfərbər olunması, yerli iqtisadi inkişaf layihələrinin həyata keçirilməsinə dəstək məqsədilə Ümid proqram çərçivəsində aşağıdakı vəzifələrin icrasını nəzərdə tutur:

  • İcmaların  səfərbər edilməsi;

  • İcma İnkişaf Şuralarının yaradılması;

  • İcma layihələrinin həyata keçirilməsi

 

 

Sığınacaq axtaranlara/qaçqınlara qayğı və dəstək

Donor: Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşi üzrə Ali Komissarlığı (BMT QAK)


Layihənin məqsədi: “Usta yanında şagird hazırlanması” metodu ilə Azərbaycana pənah gətirmiş gənclərin peşə bacarıqlarının artırılması və onlara sənət öyrətmək və sığınacaq axtaran şəxslərin qeyri-ərzaq humanitar yardımlarla təmin olunması

Noyabr ayında Qadın və Gənclər Mərkəzində bərbər, kosmetoloq və dərzi xidmətləri göstərilməsi məqsədilə 3 günlük pulsuz xidmət kampaniyası keçirilmişdir. 3 nəfər bərbər, 4 nəfər kosmetoloq və 3 nəfər dəzri peşəsinə yiyələnən gəncl bu 3 gün ərzində 32 qadına müvafiq xidmətlər göstərmişlər.

Bu kampaniyanın keçirilməsi “Usta Yanında Şagird Hazırlığı” kurslarında peşə bacarıqlarına yiyələnmiş şagirdlərin ərazidə tanınmalarına, bu gənclərin müvafiq sahələr üzrə qazandıqları bilik və bacarıqların təcrübədən keçirilməsinə və ən əsası gənclərdə xeyirxahlıq ideyasının aşılanmasına yardımçı olmuşdur.

Layihə çərçivəsində peşə bacarıqlarına yiyələnmiş 13 nəfərə aşağıdakı mövzularda kiçik biznes təlimləri verilmişdir:

  • Kiçik biznesin əsasları;

  • Bizneslə məşğul olmaq nə deməkdir;

  • Biznesin məqsədlərinin və inkişafının araşdırılması;

  • Bazar araşdırılması.

 

BTC/CQBK-nin İctimai Sərmayə Proqramı

Donor: Uşaqların Xilası
Layihənin məqsədi: İcma Qruplarının (İQ) bacarıqlarının artırılması, icma layihələrinin idarə olunması, icmaların sosial-iqtisadi problemlərinin həllinə dəstək

BTC/CQBK-nin İctimai Sərmayə Proqramı (İSP) çərçivəsində “Uşaqların Xilası” və Ümid HSDM Davamlı İcma İnkişafına nail olmaq məqsədilə əməkdaşlığı davam etdirilər.

İcma qrupları və bələdiyyələrin texniki dəstək üzrə ehtiyaclarının araşdırılması məqsədilə “Uşaqların Xilası” Təşkilatı və “Ümid” HSDM-nin əməkdaşlarından ibarət Texniki Yardım Komandası yaradılmlışdır. Bu komanda Təşkilati Qiymətləndirmə Alətindən istifadə etməklə Bələdiyyələrdə və ən güclü İcma Qrupları hesab olunan 6 Ulduz İcma Qrupunda aparmışdır. Təşkilati Qiymətləndirmə Alətinin məqsədi hər bir icma əsaslı təşkilatın təlim və texniki yardıma olan ehtiyaclarını müəyyənləşdirmək və prioritetləşdirmək və İƏT-larda gender amilini araşdırmaqdır.

Seçilən 6 Ulduz İcma Qrupları və bələdiyyələr:

  • Yevlax rayonu Nemətabad icması və bələdiyyəsi

  • Goranboy rayonu Eyvazlılar icması və bələdiyyəsi

  • Samux rayonu Yuxarı Ağasıbəyli icması və bələdiyyəsi

  • Şəmkir rayonu Dəllər Daşbulaq icması və bələdiyyəsi

  • Tovuz rayonu Xatınlı icması və bələdiyyəsi

  • Ağstafa rayonu Saloğlu icması və bələdiyyəsi.


 

Ulduz İcma Qruplarına və Bələdiyyə üzvlərinə Layihənin İdarə olunması, Hesabatların hazırlanması, Maliyyə İdarəetməsi, Təşkilati İdarəetmə və Planlaşdırma, Şəbəkə və tərəfdaşlıq, Vəkillik, Maliyyə axtarışı və Təqdimat bacarıqları mövzularında təlimlər verilmişdir.

Qeyd olunanlarla yanaşı hədəf ərazidə Usta Yanında Şagird Hazırlığı metodu ilə peşə bacarıqlarına yiyələnmək arzusunda olan 148 yeniyetmə mərkəzə müraciət etmişdir. Seçim kriteriyalarına müvafiq olaraq onlardan yalnız 30 nəfəri (19 qız, 11 oğlan) 8 peşə üzrə (qadın bərbəri, dülgər, dərzi, avto çilingər, qaynaqçı, mühərrik təmiri, kişi bərbəri, toxuculuq) peşə bacarıqlarına yiyələnirlər.


 

İnkişaf üçün Təhsil

 

Donor: Birləşmiş Millətlər Təşkilatının Qaçqınların işi üzrə Ali Komissarlığı (BMT QAK)
 

Layihənin məqsədi: A) Məcburi köçkün məktəblərində təhsil şəraitinin yaxşılaşdırılması və valideyn təşəbbüskarlığının artırılması

A) Məcburi köçkün məktəblərində təhsil şəraitinin yaxşılaşdırılması və valideyn təşəbbüskarlığının artırılması

Sumqayıt şəhərində yerləşən 14 məcburi köçkün məktəbində fəal təlim metodlarını tətbiq etmək məqsədilə seminar təşkil edilmişdir. 16 ingilis dili müəllimin iştirak etdiyi seminarda müasir təlimlərin aparılma metodikası və strategiyası sahəsində məlumatlar verilmişdir.

Noyabr ayında Azrərbaycan Beynəlxalq Məktəbinin şagirdləri Füzuli 40 saylı və Laçın İmanlar məktəbinin qonağı olmuşlar.

Məcburi köçkün şagirdlərin və Beynəlxalq Məktəbin şagirdlərinin bir araya gəlməsində əsas məqsəd müasir təhsilin faydalı təcrübəsinin ötürülməsi, məktəblərarası əməkdaşlığın qurulması və müxtəlif millətləri təmsil edən uşaqlar arasında ünsiyyətin qurulmasına şərait yaradılması olmuşdur.
 


B) Məcburi köçkün gənclərin UYŞH metodu ilə peşə bacarıqlarının artırılması

Usta Yanında Şagird hazırlığı metodu ilə 37 məcburi köçkün gənc azrularına uyğun peşələrə yiyələnmişlər.

Peşə bacarıqları əldə etmiş 15 gəncə gələcəkdə öz bizneslərini qurmaqda kömək məqsədilə sahibkarlıq və biznes təlimləri verilmişdir. Təlimlərdə bazar araşdırmalarının aparılması, GZİT təhlili, biznes planın hazırlanması, uçotun aparılması, vergi ödəyicilərinin qeydiyyatı və vergi sahəsində ilkin məlumatlar verilmişdir.

Həmçinin, bu gənclərə kompüterdə işləmək bacarıqları əldə etmələri üçün kompüter kursları təşkil edilmişdir. Kurslarda gənclərə MS Windows, MS Word, MS Excel proqramları barədə ətraflı bilgilər verilımişdir.

Ümid HSDM əqli və və fiziki cəhətdən qüsurlu uşaqların təhsil aldığı internat məktəbində xeyriyyə kampaniyası keçirmişdir. 14 nəfər peşə bacarıqlarına yiyələnmiş gənc 2 gün davam edən bu kampaniyada əldə etdikləri bacarıqları böyük həvəslə nümayiş etdirmiş, orda təhsil alan yüzlərlə uşağın sevicinə səbəb olmuşlar.

Tədbir internat məktəbində təhsil alan uşaqların kukla tamaşası və əl işlərinin sərgisi ilə sona çatmışdır.
 



C) BMT QAK-ın Azərbaycanda Qaçqınlara və məcburi köçkünlərə yardım proqramlarına maddi– texniki dəstək

2005-ci ilin oktyabr ayında Beynəlxalq Lutheran World təşkilatı tərəfindən BMT QAK-a göndərilən humanitar yardımlar anbara qəbul edilmişdir. 2006-cı ilin paylama planı hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq şöbəsi tərəfindən təsdiq edilmişdir. Plana əsasən 2006-cı ildə 13 təşkilatın xətti ilə 17 şəhər və rayonda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə humanitar yardım paylanması nəzərdə tutulur.


 

Enerjidən Effektiv İstifadə və Alternativ Enerji Mənbələrinə Çıxışın Yaxşılaşdırılması üzrə Maarifləndirmə” –”Enerji Avtobusu"

Donor: BP, ATƏT, Beynəlxalq Maliyyə Korporasiyası, Avrasiya Fondu

Layihənin məqsədi: Əhalinin Enerji resurslarından effektiv istifadə üzrə maarifləndirilməsi


Layihə 4 istiqamətdə həyata keçirilir:

  • Maarifləndirmə tədbirləri - Oktyabr-dekabr ayları ərzində Samux və Şəmkir rayonlarında 19 maarifləndirmə tədbirləri həyata keçirilmişdir

  • Təlim—9-11-ci sinifləri əhatə edən 54 şagird enerji resurslarından effektiv və təhlükəsiz istifadə, enerji texnologiyaları və izolyasiya işləri üzrə təlimlərdə iştirak etmişlər.

  • Təlimat - 1 uşaq bağçası və 2 məktəbdə düzgün izolyasiya haqqında təlimatlar verilmişdir. Həmin müəssisələrdə otaqların qapı və pəncərələri izolyasiya edilmiş və yonqar sobası hədiyyə edilmişdir.

  • Məsləhət - 19 sahibkar Mikro SES, Bioqaz qurğusu, Günəş kollektoru, Yonqar sobasının quraşdırılması ilə bağlı məsləhətlə təmin olunmuşlar.


 

Zığ İcma İnkişafına Təşəbbüs


Donor: Şah Dəniz Şirkəti

Layihənin məqsədi: Bakı şəhəri, Xətai rayonu Zığ yolu, H.Z.Tağıyev adına Toxuculuq Kombinatının ətrafında yerləşən icmaları gücləndirəcək dayanıqlı və yaradıcı təşəbbüslərin dəstəklənməsi, gəlir yaratma imkanlarının yaradılması və sosial-iqtisadi imkanların yaxşılaşdırılması

İcma İnkişafı

İcma Fəaliyyət qruplarının icma işi ilə əlaqədar müxtəlif mövzularda bilik və bacarıqlarının artırılması və təcrübədə bu biliklərdən yararlana bilməsi məqsədilə nəzərdə tutulan təlim və məsləhətlərin verilməsi davam etdirilir. Bu təlimlər ekologiya, səhiyyə və sağlamlıq, layihələrin idarə olunması, layihələrin dayanıqlıq planlarının hazırlanması, ictimai maraqların müdafiəsi mövzularını əhatə etmişdir.

Icma Təşəbbüslərinə dəstək

Layihə çərçivəsində əldə olunmuş nailiyyətlər sırasında icma təşəbbüslərinin dəstəklənməsi istiqamətində həyata keçirilmiş tədbirlər öz yerini tutmuşdur. Belə ki, icma üzvlərinin bacarıqlarının artırılması üçün ingilis dili və kompüter kursları təşkil olunmuşdur. Artıq 36 nəfər icma üzvü kompüter kurslarını müvəffəqiyyətlə başa vurmuşdur. 12 nəfərin qatıldığı ingilis dili kurslarına danışıq bacarıqlarının yaxşılaşdırılması məqsədilə əlavə olaraq danışıq dərsləri də daxil edilmişdir.

“Dünya Azərbaycanlılarının həmrəylik günü” və “Yeni il” bayramı münasibətilə H.Z.Tağıyev adına Mədəniyyət Klubunda Yeni il şənliyi keçirillmişdir. Bu tədbirin keçirilməsində, icma üzvləri ilə yanaşı ərazidə fəaliyyət göstərən sahibkarlar və imkanlı şəxslər də yaxından iştirak etmişlər. 5-7 yaşarası 320 uşağın iştirakı ilə keçirilən tədbir “Qış nağılı” tamaşası ilə sona çatdı və uşaqlara yeni il hədiyyəsi təqdim edildi.

Bu şənliyin təşkil olunması icma üzvləri və ərazidəki sahibkarların birgə fəaliyyətinin bariz nümunəsi idi.

İnfrastrukturun inkişafı

Oktyabr-dekabr ayları ərzində 4 icma ilə aşağıdakı layihələr üzrə müqavilə imzalanmışdır.

Etimad—”4 saylı yataqxananın hamamının təmiri”
Ulduz—”Ulduz İcma Resurs Mərkəzinin qurulması”
Doğru Yol—”İdman meydançasının bərpası”
Toxucu—”2 ikimərtəbəli binanın foyelərinin təmiri və sakinlərin istirahəti üçün oturacaqların qoyulması”.

Usta yanında Şagird Hazırlığı

Dekabr ayının 28-də “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı ərəfəsində qadın bərbəri sahəsi kurslarında iştirak edən şagirdlərin iştirakı ilə SOS uşaq kəndində xeyriyyə kampaniyası keçirilmişdir. Kampaniya zamanı şagirdlər 25-ə yaxın azyaşlı qızlara və onların tərbiyəsi ilə məşğul olan analara bərbər xidməti göstərmişlər.

Hal-hazırda 23 nəfər qadın bərbəri, kosmetologiya, rəssamlıq və qadın dərzisi peşələri üzrə təlimlərdə öz bacarıqlarını artırır.

 

 

Ümid HSDM 8 yaşını qeyd etdi

28 dekabr 2005-ci ildə “Ümid” HSDM-nin 8 yaşı tamam oldu.
Yarandığı gündən “Ümid”HSDM əhalinin aztəminatlı təbəqələrinə onların əsas ehtiyaclarının ödənilməsində, sosial problemlərinin həllində, təhsil şəraitinin yaxşılaşdırılmasında, icmaların inkişafında, əhali üçün iqtisadi imkanların yaradılmasında yardım edir.

“Ümid” HSDM 1997-ci ildə öz fəaliyyətinə Sumqayıt şəhərində başlamışdısa, hal-hazırda “Ümid” Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərir.

“Ümid” HSDM əldə etdiyi nailiyyətlərə görə bütün əməkdaşlarına və partnyorlarına təşəkkür edir.

 


 

     

Haqqımızda Ana səhifə  |  Əlaqə

"Ümid"Humanitar və Sosial Dayaq Mərkəzi ? Bakı/Azərbaycan ? Tel.: (994 12) 4345315; Faks: (994 12) 4349698; umid@azerin.com, umid.office@azerin.com