Ana səhifə  |  Haqqımızda  |  Əlaqə

 

  

>Azəri  >English

Humanitar və Sosial  Dayaq  Mərkəzi

     

Ümid HSDM Milli QHT-lərin bacarıqlarını artırmaqda davam edir
Bakı Biznes Mərkəzi, Bakı, Azərbaycan, 25 aprel 2006-cı il

“Ümid” Humanitar və Sosial Dayaq Mərkəzi USAİD-nin (ABŞ BİA) maliyyə və World Learning (Dünyanı Öyrənmək) Təşkilatının texniki dəstəyi ilə “Milli QHT-lərin Bacarıqlarının artırılması” layihəsinin icrasına başlamışdır.

25 aprel 2006-cı il tarixdə layihə çərçivəsində Bakı Biznes Mərkəzində "Menecment və Nəzarət Vərdişləri" mövzusunda ilk təlim keçirilmişdir. Təlimdə İMC (Beynəlxalq Tibb Korpusu) ilə əməkdaşlıq edən 7 QHT-nı təmsil edən 14 nümayəndə iştirak etmişdir.



Layihənin məqsədi Beynəlxalq Tibb Korpusunun əməkdaşlıq etdiyi Milli Qeyri Hökumət Təşkilatlarının təşkilati bacarıqlarının artırılmasıdır. Bu məqsədlə “Ümid” HSDM təşkilat nümayəndələrinə 3 modul üzrə təlimlər verəcək:

  • Təşkilati İdarəetmə (3 gün)

  • Layihə təkliflərinin və hesabatların hazırlanması (3 gün)

  • Maliyyə menecmenti (3 gün)

Təlimlərdən sonra Millli QHT-lər üçün məsləhət saatları təşkil ediləcək. Belə ki, Umid HSDM-nin ekspertləri təşkilatlara hər mövzu üzrə məsləhətlər verəcək və hər bir təşkilat İnformasiya Strategiyası, İşçi heyət, Təchizat və Maliyyə İdarəetməsi üzrə təlimatlarla təmin ediləcəklər.

2-4 may 2006-cı il tarixdə “Layihə təkliflərinin və hesabatların hazırlanması” mövzusunda təlim Abşeron mehmanxanasında keçiriləcək.
 

     

Haqqımızda Ana səhifə  |  Əlaqə

"Ümid"Humanitar və Sosial Dayaq Mərkəzi ? Bakı/Azərbaycan ? Tel.: (994 12) 4345315; Faks: (994 12) 4349698; umid@azerin.com, umid.office@azerin.com