BAŞ SƏHİFƏ | Layihələr | Cari | Qaçqın, Məcburi köçük və sığınacaq axtaranlara qayğı davam etdirilir

Qaçqın, Məcburi köçük və sığınacaq axtaranlara qayğı davam etdirilir

Şrift ölçüsü: Decrease font Enlarge font
Dağlıq Qarabağ müharibəsilə əlaqədar olaraq Azərbaycan Hökumətinin müraciəti əsasında 1992-ci ilin sonlarından BMT QAT ölkəmizdə fəaliyyət göstərməyə başlamışdır. Ümid SİD isə BMT QAK-la 1999-cu ildən əməkdaşlıq etməyə başlamış və qaçqın, məcburi köçkün və sığınacaq axtaranların həyat şəraitlərinin yaxşılaşdırılması, onların sosial problemlərinin həll edilməsi, təhsil və gəlir imkanlarının yaxşılaşdırılması, təhsil müəssisələrinin təmiri və bərpası (bağça, məktəb, kitabxana və s.) dövlət qurumları ilə əlaqələrinin qurulmasına dəstək kimi istiqamətlərdə onlarla fəaliyyəti müvəffəqiyyətlə  həyata keçirmişdir. Hal-hazırda isə BMT QAK-ın maliyyə dəstəyi ilə icra edilən layihələr əsasən aşağıdakı istiqamətlər üzrə həyata keçirilir: 
 
1. İcma inkişafı
2. iqtisadi imkanların genişləndirilməsi 
3. humanitar yardımların paylanılmasının kordinasiyası 


Gənclər üçün gəlir və iş imkanlarının yaradılması və aztəminatlı ailələrə maddi-texniki yardım göstərilməsi yolu ilə Azərbaycandakı məcburi köçkünlərə dəstək
 
DONOR: BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığı

MÜDDƏT: Yanvar, 2011 - Dekabr, 2011

ƏRAZİ: Sumqayıt və məcburi köçkünlərin sıx məskunlaşdıqları regionlar

GÖZLƏNİLƏN NƏTİCƏLƏR:

• 15 MK gənc öz seçdikləri peşələr üzrə təcrübəli ustaların yanında peşə təlimi alacaqlar. Bu, onlara öz bizneslərinə başlamaq və gəlir yaratmaq imkanı verəcək, bununla yanaşı onlarda özünə inam və şərəf hissi yaranacaq;
• 5 usta peşə təlimi kurslarına cəlb ediləcək və bununla onlar öz təlim bacarıqlarını artıracaq və öz bizneslərini inkişaf etdirəcəklər, həmçinin şagirdlər üçün peşə təlimləri verəcəklər;
• Peşə təlimi kurslarını başa vurmuş 10-12 gənc biznes və sahibkarlıq təlimləri alacaq və öz bizneslərini qurmaq imkanı əldə edəcəklər;
• Şagirdlər ən aztəminatlı MK-lərin uşaqları və kimsəsiz uşaqlar üçün keçirilən humanitar aksiyalarda iştiraka həvəsləndirəcəklər.
• Aztəminatlı məcburi köçkünlərə BMT QAK-ın xətti ilə humanitar yardımlar paylanacaq. 
 
 Azərbaycanda məskunlaşmış qaçqın və sığınacaq axtaranlar üçün maddi-texniki
təchizat və peşə təlimi 
 
MÜDDƏT: Yanvar, 2011 - Dekabr, 2011

ƏRAZİ: Bakı 

GÖZLƏNİLƏN NƏTİCƏLƏR:
• 20 gənc professional ustaların yanında 4 aylıq peşə təlimi kursları keçəcək və peşələrə yiyələnəcəklər;
• Kurs iştirakçıları iş tapmaq və öz ailələri üçün gəlir əldə etmək imkanı əldə edəcəklər;
• Peşə təlimi kurslarını başa vurmuş 10-12 gənc biznes və sahibkarlıq təlimləri alacaq və öz bizneslərini qurmaq imkanı əldə edəcəklər;
• İş axtaranlar və işə götürənləri əlaqələndirmək üçün məlumat bazası hazırlanacaqdır.