Azərbaycanın Şimal regionundakı icmaların sosial-iqtisadi inkişafına dəstək
DONOR: AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
MÜDDƏT: İyun, 2009 - Sentyabr, 2009
ƏRAZİ: Qusar və Xaçmaz
ƏLDƏ EDİLMİŞ NƏTİCƏLƏR:
• 4 icma UİİP hazırlanması istiqamətində təlimlərə cəlb edilmişdir;
• 4 İcma Əlaqələndiricisinin Təlimçilik Bacarıqları inkişaf etdirilmişdir;
• 4 İcma Qrupu özünün UİİP-nı hazırlamaq üçün məsləhət və mentorluq xidmətləri ilə təmin olunmuşdur;
• UİİP hazırlanması prosesində bələdiyyə, yerli hökumət orqanları və nazirliklərin regional ofis nümayəndələri ilə əməkdaşlıq yaradımışdır. Bu əlaqələr nəticəsində əhalinin bir sıra yerli problemlərinin həllinə diqqət artırılmışdır;
• 4 icmanın bazar və sosial-iqtisadi ehtiyacları müəyyənləşdirilmiş, GZİT analizi aparılmış, icmaların UİİP hazırlamaq üzrə bacarıqları artırılmışdır;
• 4 icma üzrə 19 sosial-iqtisadi ehtiyac müəyyənləşdirilərək layihələndirilmiş və hazırlanmış UİİP-na daxil edilmişdir;
• İcma fəallarınının biznes bacarıqları artırılmış, onlar donor asılılığından çıxış və uzunmüddətli inkişaf planı barəsində aydın təsəvvürə malik olmuşlar;
• İcmalar/İƏT hökumət təşkilatları ilə əlaqələndirilmişlər;
• 4 icmanın UİİP hazırlanaraq dövlət proqramlarına inteqrasiya olunmaq üçün İqtisadi İnkişaf Nazirliyinin Quba-Xaçmaz Regional Bölməsinə təqdim edilmişdir.



