BAŞ SƏHİFƏ | Layihələr | Başa çatmış | Təsirə məruz qalmış yatağın köçürülməsi

Təsirə məruz qalmış yatağın köçürülməsi

Şrift ölçüsü: Decrease font Enlarge font
DONOR: BP Eksploreyşn (Xəzər Dənizi) Ltd. Şirkəti və Tərəfdaşları

MÜDDƏT: Oktyabr, 2008 - May, 2009 

ƏRAZİSİ: Qaradağ rayonu  

NƏTİCƏ VƏ NAİLİYYƏTLƏR: 

• Qobu Müəssisəsinin 7 saylı təsərrüfat briqadasının «Yeddi Ağıl» qış yatağından «Köhnə Ağıl» qış yatağına köçürülməsi başa çatdırılmışdır;
• "Yeddi Ağıl" qış yatağı Qobu müəssisəsinin, «Ümid» HSDM-nin, BP şirkətinin nümayəndələrinin iştirakı ilə sökülərək ləğv edilmişdir;
• "Köhnə ağıl" («Ürək təpəsi») qış yatağında yerləşən 7 ədəd tövlə əsaslı təmir olunmuşdur;
• 1 ədəd təsərrüfat təyinatlı dam, 1 ədəd ümumi mətbəx bərpa edilmişdir;
• 3 çoban evi əsaslı təmir və bərpa edilmiş, hər bir evə içməli su çəni quraşdırılmış, ailələr mətbəx, hamam və ayaqyolu ilə təmin edilmişdir;
• Qoyunlar üçün dezinfeksiya qurğusu bərpa edilmişdir;
• Tövlələrarası qoyun ağılları təmir edilmişdir;
• Heyvanların su təminatı üçün su nohuru bərpa edilmişdir;
• Təsirə məruz qalmış çobanların 4 övladı peşə bacarıqlarına yiyələnmək məqsədilə «Usta yanında şagird hazırlığı» metodu ilə peşə kurslarına cəlb olunmuşdur;
• Yataqdakı icbari təhsil yaşında olan iki uşağa Təhsil Nazirliyi ilə razılaşdırılmış şəkildə fərdi dərslərin keçilməsi təmin edilmişdir.