BAŞ SƏHİFƏ | Layihələr | Başa çatmış | ABŞ BİA-nın Icma Inkişafı Proqramı

ABŞ BİA-nın Icma Inkişafı Proqramı

Şrift ölçüsü: Decrease font Enlarge font
DONOR: CHF 

MÜDDƏT:
 Dekabr' 2005- Aprel' 2009

ƏRAZİ:
 Quba, Xaçmaz, Qusar, Dəvəçi 

NƏTİCƏ VƏ NAİLİYYƏTLƏR:
 

• Qadınların və Gənclərin ictimai proseslərə cəlbi artmırılmışdır;
• Yerli bələdiyyə və hökümət nümayəndələrinin prosesə cəlbi artırılmışdır;
• Əhaliyə şəffaf seçki bacarqları aşılanmışdır;
• Parlament deputatları ilə əməkdaşlıq çərçivəsində müvafiq rayon deputat və köməkçiləri ilə əhalinin görüşləri və əlaqələri möhkəmləndirilmişdir. Bu əlaqələr nəticəsində əhalinin bir sıra yerli sosial problemləri öz müsbət həllini tapmışdır;
• Bələdiyyə sədrləri və mühasiblərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə «Bələdiyyə büdcəsinin hazırlanması və ictimaiyyətə açıqlanması» mövzusunda təlimlərə cəlb edilmiş və yerlərdə əhali üçün ictimai dinləmələr təşkil edilmişdir;
• 31 icma səfərbər edilmişdir;
• 156 infrastruktur və maarifləndirmə layihələri həyata keçirilmişdir;
• 2 973 vətəndaş təlimləndirilmiş;
• Icma komponentləri üzrə (dəyirmi masa və yığıncaqlar) 24 544 vətəndaş maarifləndirilmişdir;
• Layihələrin icrasından 240 357 nəfər bəhrələnmişdir;
• Icmaların öz problemlərinin həll olunmasında özlərinin maddi və mənəvi mütəşəkkiliyini təmin edilmişdir;
• Müxtəlif tipli layihələrin həyata keçirilməsi əhalinin sosial-iqtisadi və məişət şəraitini yaxşılaşdırmışdır;
• İdarəetmə sahəsində yerlərdə potensial kadrlar yetişdirmiş və bir çox hallarda bu kadrlar bələdiyyə və digər qurumlarda fəaliyyətə cəlb edilmişdir.