QHT-lərin İnstitusional və Təşkilati Bacarqılarının Artırılması (Həyat Universiteti modeli ilə)
DONOR: AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
MÜDDƏT: Avqust, 2008 - Dekabr, 2008
ƏRAZİ: Xanlar, Şəmkir, Tovuz və Ağstafa
NƏTİCƏ və nailiyyətLƏR:
• Hədəf regionlarda yerli QHT-lərin mövcud inkişaf səviyyəsini qiymətləndirmək məqsədilə 12 Yerli QHT-də sorğular keçirilmiş və bu təşkilatların bacarıqları Təşkilati Qiymətləndirmə Aləti (TQA) vasitəsilə qiymətləndirilmişdir;
• Sorğu keçirilmiş təşkilatların arasından 6 QHT seçilərək onların institusional və təşkilati bacarıqlarının artırılması məqsədilə 4 mövzuda - "Ehtiyacların müəyyənləşdirilməsi və maraqlı tərəflərin analizi", "Layihənin məqsədi, vəzifələri və problemlərin həlli yolları, strategiyanın təhlili", "Fəaliyyətin planlaşdırılması" və "Layihə təkliflərinin yazılması" təlimlər keçirilmişdir;
• Layihə təklifinin yazılması sahəsində 6 yerli QHT-nin praktiki bacarıqlarını gücləndirmək məqsədilə məsləhət saatları təşkil edilmişdir;
• Hədəf regionlarda fəaliyyət göstərən yerli QHT və İctimai birliklərin birbirilə inteqrasıyası və əməkdaşlığına şərait yaradılmışdır.



