Azərbaycanda Gələcək İcmalar Proqramının möhkəmləndirilməsi
DONOR: Uşaqların Xilası
MÜDDƏT: Noyabr, 2006 - Mart, 2008
ƏRAZİ: Hacıqabul- Kürdəmir
nƏTİCə VƏ NAİLİYYƏTLƏR:
• 55 gənc Usta Yanında Şagird Hazırlığı metodu ilə peşə bacarıqlarına yiyələnmişlər;
• 23 gənc Möhkəm Başlanğıclı İqtisadi Layihələr çərçivəsində biznes fəaliyyətinə başlaması üçün vəsaitlə təmin edilmişlər;
• 31 Usta Usta Yanında Şagird Hazırlığı metodu ilə təşkil edilmiş kurslara cəlb edilmişlər;
•306 sahibkar barədə məlumat bazası yaradılmışdır;
• Biznes İnkişaf Xidmətləri üzrə ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 24 sahibkarla sorğu keçirilmişdir;
• Sahibkarların bacarıqlarının artırılması məqsədilə Kredit və Kreditin İdarə Olunması, Biznes Planın Yazılması, Vergi və Uçotun aparılması mövzularında 16 təlim keçirilmişdir. 182 nəfər bu təlimlərdə iştirak etmişdir (44 qadın, 138 kişi);
• Sahibkarlar ehtiyaclarına uyğun olaraq 9 mövzuda 101 biznes məsləhətləri almışlar.



