Milli QHT-lərin Bacarıqlarının artırılması
DONOR: ABŞ BİA, Dünyanı Öyrənmək
MÜDDƏT: Aprel' 2006 - Iyul' 2006
ƏRAZİ: Bakı
NƏTİCƏ VƏ NAİLİYYƏTLƏR:
9 MQHT-nin 23 nümayəndəsi İdarəetmə və Nəzarət Bacarıqları, 18 nümayəndəsi Maliyyə İdarəetməsi, 20 nümayəndəsi Layihə Təklifi/Hesabatın Yazılması üzrə təlimlərdə iştirak etməklə nəzəri biliklərə yiyələnmişlər;
9 MQHT Ümidin Təşkilati idarəetmə, İE idarə edilməsi və Maddi-texniki dəstək üzrə direktiv və sorğu kitablarını əldə etmişlər;
9 MQHT-nın nümayəndələri öz təşkilatları daxilində bir ay ərzində yiyələndikləri bacarıqları tətbiq etmək imkanlarından yararlanmışlar;
Ümid HSDM-nin Maliyyə Meneceri, İE və İnkişaf Meneceri, Təchizat Meneceri və İnformasiya və İƏ Meneceri müvafiq istiqamətlərdə fəaliyyətlərin təşkili və inkişaf etdirilməsi üzrə öz məsləhətlərini vermişlər;
Təlimlərdən sonra təşkilatlarda Təşklilati Qiymətləndirmə Aləti tətbiq edilmişdir



