BAŞ SƏHİFƏ | Layihələr | Başa çatmış | Psixoloji bərpa, təlim və icmanın geniş iştirakı ilə erkən yaşlı məcburi köçkün uşaqlarına qayğı və inkişaf (Uşaqlara Dəstək Proqramı)

Psixoloji bərpa, təlim və icmanın geniş iştirakı ilə erkən yaşlı məcburi köçkün uşaqlarına qayğı və inkişaf (Uşaqlara Dəstək Proqramı)

Şrift ölçüsü: Decrease font Enlarge font
DONOR: BMT-nin Uşaq Fondu

LAYİHƏ ƏRAZİSİ:
 Ağdam, Ağcabədi, Biləsuvar, Bərdə, İmişli, Mingəçevir, Saatlı, Sabirabad, Tərtər, Füzuli, Xanlar, Şəki, Goranboy

MÜDDƏT: aprel' 2004 - dekabr' 2004

NƏTİCƏ VƏ NAİLİYYƏTLƏR:

  • Tərbiyəçilərin və valideynlərin iştirakı ilə Erkən yaşlı Uşaqlara Qayğı və İnkişaf proqramına cəlb edilmiş Uşaq İnkişaf Mərkəzlərinin ehtiyacları müəyyənləşdirilmişdir;

  • Erkən yaşlı Uşaqlara Qayğı və İnkişaf ( EUQİ) proqramının birinci mərhələsində bacarıqları artırılmış 8 Uşaq İnkişaf Mərkəzlərinə (UİM) təlimlər verilmişdir;

  • Erkən yaşlı Uşaqlara Qayğı və İnkişaf ( EUQİ) proqramına yeni cəlb olunmuş 10 Uşaq İnkişaf Mərkəzlərinin (UİM) işçi heyətinin bacarıqları artırılmiş, UİM-də Valideyn-Tərbiyəçi Birlikləri (VTB) və fondlar yaradılmışdır;

  • EUQİ proqramına yenicə cəlb edilmiş 10 UİM-də uşaqlara dəstək məsələləri və icmanın dəstəyi gücləndiriləcəkdir;

  • 10 UİM-də daha yaxşı valideyn təşəbbüskarlığı formalaşdırılmış, VTB və fondlar yaradılmışdır;

  • EUQİ proqramı çərçivəsində bacarıqları artırılmış UİM metodik vasitələrlə və oxu materialları ilə təmin edilmişlər;

  • İcmanın dəstəyi vasitəsilə UİM-də kiçik təmir işləri aparılmışdır.