BAŞ SƏHİFƏ | Layihələr | Başa çatmış | YAİİDP: İctimai Maarifləndirmə və Yayım Proqramı

YAİİDP: İctimai Maarifləndirmə və Yayım Proqramı

Şrift ölçüsü: Decrease font Enlarge font

DONOR: ABŞ BİA, Dünyanı Öyrənmək 

ƏRAZİ: Quba, Naxçıvan, Şəki, Masallı, Şamaxı, Əli Bayramlı, Gəncə, Mingəçevir, Lənkəran və Tərtər

LAYİHƏ MÜDDƏTİ: iyul, 2003 oktyabr, 2004

NƏTİCƏ VƏ NAİLİYYƏTLƏR:

İctimai Görüşlərdə ümumilikdə 140 beynəlxalq və yerli ekspert, beynəlxalq və yerli QHT-lərin nümayəndələri iştirak etmiş və YAİİDP-nın iştirak prosesi və icra statusuna dair rəylərini bölüşmüşlər. Bundan əlavə, İctimai Görüşlərdə ölkənin 16 regionundan olan vətəndaş cəmiyyəti üzvləri iştirak etmişlər. Görüşlər zamanı vətəndaş cəmiyyətinin geniş seksiyalarını təmsil etmək üçün aşağıdakı amillər nəzərdən keçirilmişdir: 

  • Şəhər və kənd, dağlıq və aran ərazilər;
  • Müxtəlif peşəkar qruplar;
  • Müxtəlif sosial qruplar;
  • Müxtəlif yaş qrupları;
  • Qadınların iştirakhəvəsləndirilməsi.

İctimai Görüşlər zamanı 537 təklif əldə olunmuşdur. Bu təkliflərin sektorlar üzrə bölgüsü aşağıdakı kimidir:

  1. Təhsil - 101 təklif;
  2. Səhiyyə - 56 təklif;
  3. İqtisadi İnkişaf və investisiya mühiti - 69 təklif;
  4. Ekologiya və Turizm - 52 təklif;
  5. Kənd Təsərrüfatı - 51 təklif;
  6. Bələdiyyə - 76 təklif;
  7. Qaçqın və MK-lər - 53 təklif;
  8. Hüquqi İslahatlar - 8 təklif;
  9. Sosial Müdafiə - 45 təklif;
  10. Enerji siyasəti- 26 təklif