BAŞ SƏHİFƏ | Layihələr | Başa çatmış | İnkişaf üçün Təhsil, Məcburi köçkün gənclərin peşə bacarıqlarının artırılması, Azərbaycanda aztəminatlı məcburi köçkünlərə maddi texniki dəstək

İnkişaf üçün Təhsil, Məcburi köçkün gənclərin peşə bacarıqlarının artırılması, Azərbaycanda aztəminatlı məcburi köçkünlərə maddi texniki dəstək

Şrift ölçüsü: Decrease font Enlarge font

DONOR: BMT QAK

LAYIHƏNİN ƏRAZİSİ:
  Sumqayıt və məcburi köçkünlərin sıx məskunlaşdıqları regionlar
 

MÜDDƏT: Yanvar' 2004 - Dekabr' 2009

NƏTİCƏ VƏ NAİLİYYƏTLƏR:
 

2009

  • 24 gənc Usta Yanında Şagird Hazırlığı metodu ilə peşə bacarıqlarına yiyələnmişlər;

  • Peşə bacarıqları əldə etmiş 21 gənc məşğulluqla təmin olunmuşlar;

  • 47840 nəfərə qeyir-ərzaq humanitar yardımları paylanmışdır. Humanitar yardımların paylanmasına "Salam", "Həyat", "Dayaq", "Buta", "Kömək",  "Tərəqqi" və s. QHT cəlb olunmuşlar.

2008

  • 30 gənc Usta Yanında Şagird Hazırlığı metodu ilə peşə bacarıqlarına yiyələnmişlər;

  • Peşə bacarıqları əldə etmiş 5 gənc məşğulluğunun təmin olunması və biznes fəaliyyətinə başlaması üçün vəsaitlə təmin olunmuşlar;

  • 20 icma Sürətli Təsirli Layihələr üzrə təşkil olunan müsabiqədə iştirak etmişdir. 6 icmanın təqdim etdiyi layihə İcmalararası Qarşılıqlı Yardım Fondu tərəfindən maliyyələşdirilmiş və həyata keçirilmişdir. Layihə təklifləri icmanın əsas problemləri olan içməli su, elektrik və kanalizasiya xəttinin bərpası, məktəblərin təmiri və sosial – infrastruktur problemlərinə həsr olunmuşdur.

  • 50006 nəfərə qeyir-ərzaq humanitar yardımları paylanmışdır. Humanitar yardımların paylanmasına "Həyat", "Dayaq", "AİM", "AQİM", "Kömək", "Aran", "Avrasiya Press", "Tərəqqi" QHT-ləri cəlb olunmuşlar.
     

2007

  • Qubadlı rayonunun Dəmirçilər kənd, Kəlbəcər rayonu 117 saylı və Fizuli rayonu 9 saylı orta məktəblərində 6 sinif və 3 icma otağında təmir-bərpa işləri aparılmışdır;

  • Hər məktəbdə Müəllim-Valideyn Assosiasiyaları (MVA) yaradılmışdır;

  • 40 nəfər gənc 11 ixtisas üzrə gənc peşə bacarıqları əldə etmişdir;

  • 15 nəfər gənc kompüter bacarıqları əldə etmişdir;

  • 51123 nəfərə qeyir-ərzaq humanitar yardımları paylanmışdır.

2006

  • Qubadlı rayonunun Xələc, İşıqlı, Əlıquluuşağı və 6 saylı Cəbrayıl orta məktəblərində 11 sinif və 4 icma otağında təmir-bərpa işləri aparılmışdır;

  • Hər məktəbdə Müəllim-Valideyn Assosiasiyaları (MVA) yaradılmışdır;

  • 30 nəfər gənc 11 ixtisas üzrə gənc peşə bacarıqları əldə etmişdir;

  • 16 nəfər gənc kompüter bacarıqları əldə etmişdir;

  • 56000 nəfərə qeyir-ərzaq humanitar yardımları paylanmışdır.

2005

  • Laçın rayonu 21 saylı, Füzuli rayonu 54 saylı, Cəbrayıl rayonu 5 saylı və Şuşa rayonu 10 saylı orta məktəblərində 13 sinif otağı və 4 icma otağında təmir-bərpa işləri aparılmışdır;

  • Hər məktəbdə Müəllim-Valideyn Assosiasiyaları yaradılmışdır;

  • 171 icma görüşü keçirilmişdir (iştirakçıların sayı: 1838 nəfər);

  • 24 mövzuda 74 dəyirmi masa keçirilmişdir (iştirakçıların sayı: 949 nəfər);

  • 5 mövzuda 14 təlim keçirilmişdir (iştirakçıların sayı: 174 nəfər);

  • 37 məcburi köçkün gənc 12 ixtisas üzrə peçə bacarıqlarına yiəyələnmişlər;

  • 15 nəfər gənc kompüter bacarıqları əldə etmişdir;

  • 17400 nəfər humanitar yardımla təmin olunmuşlar.

2004

  • Laçın rayonu Minkənd kənd orta məktəbi, Cəbrayıl 4 saylı orta məktəbi, Laçın rayonu Səfiyan kən orta məktəbi, Laçın rayonu İmanlar kənr orta məktəbi və Füzuli rayon 40 saylı məktəbində  9 sinif otağı və 4 icma otağında təmir-tikinti işləri aparılmış və müvafiq avadanlıqlarla təmin olunmuşlar;

  • Hədəf məktəblərdə davamiyyət artmışdır;

  • İcmalarda 46 mövzuda 146 dəyirmi masa keçirilmişdir (İştirakçılarının sayı: 2503);

  • İcmalarda 10 mövzuda 30 təlim keçirilmişdir (İştirakçıların sayı: 353 nəfər);

  • 46 məcburi köçkün gənc seçdikləri peşə üzrə bacarıqlara yiyələnmişlər;

  • 15 məcburi köçkün gənc ilkin kompüter və sahibkarlıq/biznes təlimlərində iştirak etmişlər;

İl ərzində 38596 nəfər humanitar yardımla təmin olunmuşlar.

Bu layihə üzrə UYŞH (Usta Yanında Şagird Hazırlığı) kursları 2002-ci ildən başlanmışdır.  2002-ci ildən 2009-cu ilə kimi məzunların sayı haqqında məlumat aşağıda verilmişdir:

  • 2002-ci ildə UYŞH üzrə 45 nəfər kursu bitirmişdir
  • 2003- 47 nəfər
  • 2004-46 nəfər
  • 2005-37nəfər
  • 2006-30nəfər
  • 2007-40 nəfər
  • 2008-31 nəfər