Aztəminatlı qaçqın və sığınacaq axtaran şəxslərin peşə bacarıqlarının artırılması
DONOR: BMT QAK
ƏRAZİ: Bakı şəhəri
LAYİHƏ MÜDDƏTİ: aprel, 2003 - dekabr, 2009
NƏTİCƏ VƏ NAİLİYYƏTLƏR:
2009
24 nəfər qaçqın və sığınacaq axtaran şəxslər 10 ixtisas üzrə peşə bacarıqları əldə etmişdir;
Peşə bacarıqlarına yiyələnmiş gənclərə kiçik biznes təlimləri verilmiş, 5 nəfər biznes fəaliyyətinə başlamaq üçün qrant vəsaitilə təmin edilmişlər;
28 nəfər gəncə kompüter təlimləri verilmiş, 313 nəfər internet xidmətlərindən istifadə etmişdir;
2145 qaçqın və sığınacaq axtaran şəxsə humanitar yardımlar paylanmışdır.
2008
31 nəfər qaçqın və sığınacaq axtaran şəxslər 10 ixtisas üzrə peşə bacarıqları əldə etmişdir;
Peşə bacarıqlarına yiyələnmiş gənclərə kiçik biznes təlimləri verilmiş, 5 nəfər biznes fəaliyyətinə başlamaq üçün qrant vəsaitilə təmin edilmişlər;
287 gənc kompüter bacarıqları və internet bacarıqları əldə etmişdir;
2565 qaçqın və sığınacaq axtaran şəxsə humanitar yardımlar paylanmışdır.
2007
35 nəfər qaçqın və sığınacaq axtaran şəxslər 10 ixtisas üzrə peşə bacarıqları əldə etmişdir;
Peşə bacarqlarına yiyələnmiş gənclərə kiçik biznes təlimləri verilmiş, 4 nəfər biznes fəaliyyətinə başlamaq üçün qrant vəsaitilə təmin edilmişlər;
122 gənc kompüter bacarıqları, 272 gənc internet bacarıqları əldə etmişdir;
2388 qaçqın və sığınacaq axtaran şəxsə humanitar yardımlar paylanmışdır.
2006
30 nəfər qaçqın və sığınacaq axtaran şəxslər 11 ixtisas üzrə peşə bacarıqları əldə etmişdir;
Peşə bacarqlarına yiyələnmiş gənclərə kiçik biznes təlimləri verilmiş, 4 nəfər biznes fəaliyyətinə başlamaq üçünqrant vəsaitilə təmin edilmişlər;
60 gənc kompüter bacarıqları, 300 gənc internet bacarıqları əldə etmişdir;
9700 qaçqın və sığınacaq axtaran şəxsə humanitar yardımlar paylanmışdır. (3 mərhələdə).
2005
25 nəfər gənc peşə bacarıqalrı əldə etmişdir;
Peşə bacarıqları əldə etmiş 11 nəfər gənc sahibkarlıq və kiçik biznes fəaliyyətini qurmaq məqsədilə biznes təlimlərinə cəlb olunmuşlar;
16 nəfər gənc kompüter bacarıqlarına yiyələnmişlər;
1459 nəfər qaçqın və sığınacaq axtaran şəxsə qeyri-ərzaq yardımları və paylanmışdır.
2004
30 nəfər gənc peşə bacarıqları əldə etmişdir;
1027 qaçqın ailəsi humanitar yardımla təmin edilmişdir.
2003
Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların hədəf qrupa qarşı diqqəti artmış, mərkəzi və yerli hakimiyyət orqanları süni maneələri azaltmış və sığınacaq axtaranların təhsilə cəlb olunması sahəsində nəzərə çarpacaq nailiyyətlər əldə olunmuşdur;
13 nəfər (3 kişi və 10 qadın) 4 sahə üzrə usta yanında şagird hazırlığı kurslarını başa vurmuş və sertifikat almışlar;
Azərbaycanda biznes strukturlarının sığınacaq axtaranlara inamsızlığı artıq aradan qaldırılmış və onların kiçik xidmət təminatçıları və sahibkarlarla əlaqələri yaradılmışdır;
13 nəfər sığınacaq axtaran gəncin özünə qarşı inamı və bacarıqları artmış, Azərbaycan mühitində fəaliyyət göstərən sahibkar və ustalarla əlaqələri yaranmışdır;
7 nəfər (aşpazlıq və dərzi kurslarıın şagirdləri) peşə təliminə başlayandan 2 ay sonra öz ailəsinə gəlir gətirməyə başlamışlar, 3 nəfər peşə təlimi aldıqları sexlərdə, ikisi isə ayrı yerlərdə işlə təmin edilmişlər;
4 nəfər öz biznes bacarıqlarını artırmaq məqsədilə biznes və sahibkarlıq təlimlərinə cəlb olunmuşlar.



