|
Ucar rayonu Qazyan icmasında
«İcmadaxili Yolların Təmiri» mikrolayihəsinin açılış mərasimi
keçirilmişdir
02 mart 2010-cu il
tarixdə Ucar rayon Qazyan icmasında «İcmadaxili Yolların təmiri»
mikrolayihəsinin ictimaiyyətə təqdim olunması mərasimi
keçirilmişdir. «İcmadaxili Yolların təmiri» mikrolayihəsi BP
Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və Tərəfdaşlarının maliyyə
dəstəyi ilə «İcma Mikrolayihələrinin İdarə Edilməsi» layihəsi
çərçivəsində həyata keçirilmişdir.

Uğurla icra olunmuş
layihənin nəticəsində 2700 metr yol ballast və qırmadaşla təmir
olunmuşdur.
Layihənin ümumi
büdcəsi 20 726.30 AzN təşkil edir.
Layihənin həyata keçirilməsi nəticəsində
5500 nəfər əhali faydalanmışdır.
|
|
Ağstafa rayonu Zəlimxan icmasında Ağstafa rayonu icmalarının koordinasiya iclası keçirilmişdir
10 mart 2010-cu il tarixdə BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və Tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən «İcma Mikrolayihələrinin Idarə Edilməsi» layihəsi çərçivəsində Ağstafa rayonunun Zəlimxan icmasında «Ağstafa rayonu icmalarının koordinasiya iclası» keçirilmişdir.
İclasda «Ümid» HSDM-nin layihə üzrə əməkdaşları, Ağstafa rayon İcra Hakimiyyəti nümayəndəsi və Ağstafa rayonundan olan 9 icmanın liderləri, bələdiyyə sədrləri iştirak etmişlər.

|
|