Bizim haqqımızda
"Ümid" HSDM əhalinin aztəminatlı təbəqələrinə onların əsas ehtiyaclarının ödənilməsində, sosial problemlərinin həllində, təhsil şəraitinin yaxşılaşdırılmasında, icmaların inkişafında, əhali üçün iqtisadi imkanların yaradılmasında və s. yardım edən müstəqil milli qeyri-hökumət təşkilatıdır.
"Ümid" HSDM 1997-ci ildə yaradılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına 1998-ci ildə alınmışdır .
Təşkilatın məqsədlərinə - yaxşı təlim keçmiş, təcrübəli kadrlar vasitəsilə icmaların özünü idarə edən, təşkilatlandıran və təşəbbüs göstərən səviyyəyə qədər inkişaf etdirilməsi, onların iqtisadi imkanlarının genişləndirilməsi və icmaların məlumatlılığının artırılması daxildir.
"Ümid" Bakı şəhərində yerləşən Baş Ofisi, Bakı, Sumqayıt, Kürdəmir və Gəncə şəhərlərində yerləşən sahə ofisləri vasitəsilə aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:
• İcma İnkişafı;
• Təhsil;
• İqtisadi İmkanların Genişləndirilməsi;
• İcma Maarifləndirilməsi;
• Humanitar Yardımların Paylanması.
"Ümid" HSDM-nin işçi heyəti öz bacarıqlarını artırmaq üçün "Bacarıqların Artırılması", "Texniki Təhlükəsizlik", "Etika və Konfliktlərin İdarə olunması" mövzusunda beynəlxalq təlimlərdə, konfranslarda və forumlarda iştirak etmişdir.
"Ümid" HSDM daxili İdarəetmə və Mühasibatlıq Qaydalarına malikdir. Onların hər ikisinin nizamnamələri hazırlanmış və müvafiq orqan tərəfindən təsdiq edilmişdir. Bu nizamnamələr təchizat və hesabat vermə prosedurları üzrə iki mərhələli xərclərə nəzarət sistemini özündə əks etdirir.
"Ümid" HSDM-nin fəaliyyəti donorların təklifi ilə Audit Kompaniyaları və "Ümid" HSDM tərəfindən dəvət olunmuş müstəqil audit tərəfindən yoxlanılmışdır. İşin şəffaflığını və effektivliyini təmin etmək üçün Ümid HSDM-nin layihələri donorlar tərəfindən qiymətləndirilmişdir. Ümid-in fəaliyyəti hər il audit olunur və təsdiq edilmişdir ki, Ümid ölkə daxili və Beynəlxalq Qanunlara uyğun şəkildə fəaliyyət göstərir.
Regional və Beynəlxalq Əlaqələr:
"Ümid" HSDM müxtəlif yerli, regional və Beynəlxalq QHT Şəbəkəsinin və QHT Birliyinin üzvüdür.
"Ümid-98" HSDM:
• MDB Konfransının Fövqəladə işlər üzrə İşçi Qrupunu
• Qaçqın və MK-lərlə işləyən QHT-lərin Qafqaz Şəbəkəsini• QHT Forumun• Miqrasiya Məsələləri üzrə işləyən Azərbaycan QHT Forumun• Mədən Sənayesində Şəffaflıq üzrə MQHT-in koalisiyanın üzvüdür.
"Ümid-98" HSDM həmçinin müxtəlif regional layihələrdə iştirak edir. Ümid "Qafqazda Sülh və Stabillik" layihəsi (DQŞ və Avropa İttifaqı Humanitar İdarəsinin dəstəyi ilə) çərçivəsində Gürcüstan BMT Assosiasiyası ilə əməkdşlıq şəraitində İcma İnkişafı və İcma Şəbəkəsi layihəsini həyata keçirmişdir.
Əsas Dəyərlər:
• Hörmət - biz iştirakçıların, donorların, partnyorların və işçi heyətin alicənablığını qəbul edirik
• Düzgünlük - biz ÜMİD-in məqsədinə uyğun şəkildə fəaliyyət göstərir, davranışlarımızda və dediklərimizdə vicdanlı və şəffaf olmağa çalışır, kollektiv və fərdi işlərimiz üçün cavabdehliyi qəbul edirik
• Öhdəlik - biz geniş icmaya xidmət etmək üçün birgə effektiv işləyirik
• Üstünlük - biz böyük təsir əldə etmək üçün daima öyrənmənin və fəaliyyətin ən yüksək səviyyələrini nəzərə alaraq özümüzə tənqidi yanaşırıq



