BAŞ SƏHİFƏ | Fəaliyyətlər | Fəaliyyətlərin qısa təsviri

Fəaliyyətlərin qısa təsviri

Şrift ölçüsü: Decrease font Enlarge font
2008

«Ümid» HSDM Gənclərin İqtisadi İmkanlarının Genişləndirilməsinə dəstək verir
2008-ci ildə 206 nəfər gənc oğlan və qız Usta Yanında Şagird Hazırlığı (UYŞH) kurslarına cəlb edilmiş və bu kursları müvəffəqiyyətlə bitirərək peşələri üzrə sertifikat əldə etmişlər. Kursu bitirərək müxtəlif peşələrə yiyələnmiş məzunların 85 %-i özlərinə iş yerləri açmış və ya işə düzələrək bizneslərini qurmuşlar. Beləliklə də onlar özlərini və ailələrini maddi cəhətdən təmin etmək imkanıı qazanmışlar.
«Ümid» HSDM-nin həyata keçirdiyi proqram YUNESKO-nun Regional Savadlanma Konfransında Savadlanma və Sağlamlıq üzrə 2-ci paneldə təqdim edilmişdir
«Ümid» HSDM tərəfindən həyata keçirilən «İçməli su təchizatının yaxşılaşdırılması» proqramı 2008-ci ildə Bakı şəhərində keçirilən YUNESKO-nun Regional Savadlanma Konfransında Savadlanma və Sağlamlıq üzrə 2-ci paneldətəqdim edilmək üçün seçilmişdir.
«Sub-regional hədəflə Avropada Savadlanma Problemlərinin həlli: Əməkdaşlıqların Yaradılması və Yeni Yanaşmaların İnkişafı» adlı «Qlobal Savadlanmanın Dəstəklənməsi üzrə YUNESKO Sub-Regional Konfransı qlobal savadlanmanı dəstəkləyən Birləşmiş Millətlər Təşkilatının Savadlanma Dekadası (BMTSD) və YUNESKO-nun Savadlanma Təşəbbüsü (ST) çərçivəsində YUNESKO tərəfindən təşkil edilən altı regional və ya sub-regional konfransların bir hissəsini təşkil edirdi.

Hökumətlə effektiv əlaqələr qurulmuş və inkişaf etdirilmişdir
Ümid ölkənin Şimal-Şərq regionunda vətəndaşların səy və təşəbbüslərini dəstəkləmək, müvafiq instansiyalara çıxış üçün bacarıq və vərdişlərini inkişaf etdirmək məqsədilə icmalarda «Hökumətlə effektiv əlaqələrin qurulması» mövzusunda təlimlər keçirmişdir. Nəticədə əhalinin yerli problemlər üzrə müvafiq hökümət idarələrinə müraciətləri artırılmışdır.
Yerli bələdiyyələr üçün «Bələdiyyə büdcələrinin tərtibi» üzrə təlimlər, bunun ardınca isə hər bir icmada əhali qarşısında hesabat xarakterli Bələdiyyə Büdcə Dinləmələri təşkil edilmişdir.
Ümid əhalinin fəallığını və hökümət strukturları ilə əlaqələrini genişləndirmək məqsədilə Dəvəçi, Xaçmaz, Quba və Qusar rayonlarından Milli Məclisə seçilmiş deputat və köməkçiləri ilə icma seçicilərinin görüşlərini təşkil etmişdir. 
Ümumilikdə, təşkil olunan tədbirlərin nəticəsi olaraq, qısa müddət ərzində icmalardan parlament nümayəndələri və digər hökümət orqanlarına ünvanlanan müraciətlər müsbət nəticələnmiş və bununla da icmaların sosial problemlərinin bir qismi həll edilmişdir.

Şimal-şərq bölgələrində Ev turizminin inkişafı
Ümid Şimal-Şərq regionunda turizmin inkişafı məqsədilə ev turizmi mədəniyyətinin yaradılması üzrə fəaliyyətlərə start vermişdir. Quba və Qusar rayolarının təbii turizm imkanlarının əlverişli olması nəzərə alınaraq bu rayonlar üzrə seçilmiş 8 icmada ev turizmi sahəsinin yaradılması və inkişafı əsas hədəf olmuşdur. 
8 icmada «Ev turizmi xidmətləri» (kommunal şərait, xidmət mədəniyyəti, turistin məşğuliyyətini təmin edəcək maraqlı sahələr və görməli yerlər üzrə bələdçilik, xidmətlər üzrə qiymət kalkulyasiyası, turist cəlbi üzrə fəaliyyətlərin təşkili) mövzusunda təlimlər verilmişdir.
«Ümid» HSDM təlimlər vasitəsilə Azərbaycanın qərb bölgələrində fəaliyyət göstərən 6 Qeyri-hökumət təşkilatlarının təşkilati və institusional bacarıqlarını artırmışdır
Bu fəaliyyət Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən «QHT-lərin İnstitusional və təşkilati bacarıqlarının (Həyat Universiteti modeli ilə) artırılması» layihəsi çərçivəsində reallaşmışdır.
Layihənin icrası nəticəsində yerli QHT-lərin ümumi təşkilati bacarıqları müəyyənləşdirilmiş və layihə təkliflərinin yazılması üzrə təcrübi bacarıqlar artırılmışdır.
Ümid Azərbaycanda həyata keçirilən iki beynəlxalq proqramın auditinə cəlb olunmuş yeganə milli qeyri-hökumət təşkilatıdır
Ümid Aclıq Əleyhinə Hərəkat təşkilatlı tərəfindən Ağcabədi və Beyləqan rayonlarında həyata keçirilən «Ərzaq Təhlükəsizliyi» layihəsinin və BMT-nin Uşaq Fondu tərəfindən MK qəsəbələrində həyata keçirilən «Erkən Yaşlı Uşaqların İnkişafı» proqramının auditini həyata keçirmişdir.
 
Əhalinin təhlükəsiz suya çıxışı təmin olundu
Kürdəmir rayonun 5 icmasında su təmizləyici qurğular istifadəyə verilərək 10880 nəfər icma üzvünün təhlükəsiz suya çıxışı təmin olunmuşdur.
11 Su təmizləyici qurğular quraşdırılmış icmalarda yaşayan 116 aztəminatlı ailəyə MMC-lər tərəfindən 139.5 ton pulsuz su verilmişdir.

Regionların sosial-iqtisadi infrastrukturunun bərpa və inkişafına dəstək verilmişdir
«Ümid» HSDM-nin əhalinin sosial-iqtisadi infrastrukturunun bərpası və inkişafı istiqamətində icmalara göstərdiyi dəstək nəticəsində il ərzində 31 layihə həyata keçirilmişdir. Bunlardan 13-ü içməli su xətlərinin çəkilməsi, su arxlarının bərpası və yenisinin çəkiliməsi, elektrik xətlərinin bərpası və yol təmiri olmaqla sosial infrastruktur, 3-ü iqtisadi və 15-i maarifləndirmə layihələri olmuşdur.
 
Qaçqın və məcburi köçkün şagirdlərin psixo-sosial reabilitasiyası
Açıq Cəmiyyət İnstititu Yardım Fondunun donorluğu və «Buta» Uşaq Fondunun tərəfdaşlığı ilə 30 MK və 20 qaçqın icması daxil olmaqla 50-dən çox icma uşaqlar və gənclər üçün biznes prioritetləri və psixo-sosial reabilitasiya sahəsində ən mühüm istiqamətləri müəyyənləşdirilmişdir.
MK və qaçqın uşaq və gənclərinin psixo-sosial reabilitasiya və kiçik biznes müəssisələrinin yaradılması barəsində tövsiyə paketləri hazırlanmışdır.

Ümid bir ailənin normal həyat şəraitini bərpa etdi
Sənqəçal terminalının genişləndirilməsi ilə əlaqədar olaraq BP və tərəfdaşlarının maliyyə dəstəyilə həyata keçirilən layihə çərçivəsində «Yeddi ağıl» yatağında məskunlaşmış və təsirə məruz qalmış bir ailə yeni yatağa köçüülmüş və onların yeni yataqda normal şəraitdə yaşamaları üçün yeni bina inşa edilmişdir.
Ailədən 3 məktəbyaşlı uşaq orta məktəbə, 4 uşaq peşə bacarıqları əldə etmək məqsədilə Usta Yanında Şagird Hazırlığı metodu ilə təşkil olunmuş kurslara cəlb olunmuşdur.

2007

«Ümid» Humanitar və Sosial Dayaq Mərkəzi dünya üzrə təşkil edilən «Enerji Qlobusu Mükafatı – 2007» müsabiqəsinin Azərbaycan üzrə Milli qalibi elan edilmişdir
«Ümid» Humanitar və Sosial Dayaq Mərkəzi Avropa Parlamentinin keçirdiyi Dayanıqlıq üzrə Dünya Mükafatı-2007 («Enerji Qlobusu») müsabiqəsində iştirak etmiş və beynəlxalq Juri tərəfindən Azərbaycan üzrə Milli qalib kimi sertifikatla təltif edilmişdir.
 
2007-ci il üzrə dünya üzrə mükafat almaq üçün 109 ölkədən təqdim edilmiş 853 layihədən 15 ən unikal təşəbbüs Brüsseldə Avropa Parlamentinə təqdim edilmişdir. Hər millətdən ən yaxşı layihə Milli Enerji Qlobusu Mükafatı ilə təltif edilmişdir.
«Ümid» HSDM «Bakı-Tbilisi-Ceyhan boru kəməri boyunca yerləşən icmalarda içməli su təchizatının yaxşılaşdırılması» layihəsi ilə Su kateqoriyası üzrə milli qalib elan edilmişdir. Bu kateqoriya layihələrinə içməli su təchizatı, məişət suyu, suvarma, su yollarının mühafizəsi, çirkab suların daşınması, kənarlaşdırılması və emalı kimi sahələri əhatə edən layihələr daxil idi. 
Brüsseldə keçirilən Mükafatlandırma Tədbiri layihələri ətraf mühitin qorunmasını və dünya resurslarının idarə olunmasında dayanıqlıq üzrə vacib məsələləri hədəf alan qaliblərin tanınması üçün unikal imkan oldu. Bu tədbir həmçinin 9 il ərzində dünyanın ən qabaqcıl ətraf mühit mükafatını formalaşdıran «Enerji Qlobusu» müsabiqəsinə müraciət edilməsi üçün əvəzsiz çağırış və həvəsləndirmə vasitəsi olmuşdur. 
 
İcma İnkişafı Prosesində Həyat Universitei Konsepsiyası tətbiq edilməyə başladı
İcma İnkişafı Prosesi, kənardan istiqamət verilməklə, öz-özünə formalaşan və idarə olunan təbii bir tədris prosesidir. Bu prosesin ilkin mənbədən dəstək almaqla «öyrət və baxaraq öyrən» prinsipi əsasında mərhələli şəkildə həyata keçirilən bir istiqaməti «Həyat Universiteti» adlandırılır. Bu «Universitet»də öyrənmə prosesi icmanın ehtiyacları və müvəffəqiyyətləri üzərində qurulur. 
«Ümid» HSDM bu konsepsiyanı Uşaqların Xilası Təşkilatının dəstəyi ilə Respublikanın qərb bölgəsində həyata keçirdiyi «İctimai Sərmayə Proqramı» çərçivəsində tətbiq etməyə başladı.
Həyat Universiteti konsepsiyasında «Ümid» HSDM-nin rolu əsasən mentorluqdan ibarət olur. Bu mentorluq xidmətlərinə bilik və bacarıqların başqalarına verilməsi, faydalı vərdişlərin mənimsənilməsi baxımından inkişaf üçün nəzərdə tutulan dəyirmi masalar, təlim və məsləhətlər, layihələr üzrə təşkil olunan seminar və konfranslar daxildir. Mentorinq bir proses kimi icmalarda inkişaf üzrə müdaxilənin (təlim, məsləhət və s.) davamı olaraq onun təsirinin effektivliyini təmin etmək üçün həyata keçirilir. «Ümid» HSDM tərəfindən göstərilən mentorluq xidmətlərinin sayəsində bəhrələnmiş icmalar növbəti mərhələdə əldə etdikləri bilik və bacarıqları İnkiaf etməkdə olan icmalara ötürürlər. 
 
Daha 5 kənd təmiz içməli su ilə təmin olundu
2007-ci ildə Ümid HSDM tərəfindən BTC CQBK boyu icmalarda içməli su təchizatının yaxşılaşdırılması və əhalinin içməli suya olan ehtiyacının ödənilməsi məqsədi ilə həyata keçirilən «İcmalarda içməli su təchizatının yaxşılaşdırılması» layihəsinin birinci mərhələsi uğurla başa çatdırılmış və həmin layihənin davamı olmaqla ikinci mərhələni həyata keçirməyə başladı.
«BTC/CQB kəmər boyu icmalarda içməli su təchizatının yaxşılaşdırılması» layihəsinin II mərhələsində 5 yeni icmada su təmizləyici qurğuların qurulması həyata keçirilmiş, qurğuları idarə edən idarəetmə strukturları yaradılmış, müvafiq təşkilatların nümayəndələrinin və əhalinin iştirakı ilə açılıış mərasimləri təşkil olunmuş və icmaların içməli suya olan təlabatı təmin edilmişdir. Yeni icmalarda quraşdırılmış sutəmizləyici qurğuların səmərəli, şəffaf, dayanıqlı istismarını və suyun satışını təmin etmək məqsədi ilə Şəlalə QAŞ və Bulaq AÇ adlı iki yeni MMC yaradılmışdır.
 
İcma üzvləri və məktəblilər arasında alternativ enerji mənbələri barədə maarifləndirmə işi aparıldı
«Enerji avtobusu» vasitəsilə Bakı-Tbilisi-Ceyhan boru kəməri boyunca yerləşən icmalarda alternativ enerji mənbələri barədə ətraflı məlumatların verilməsini təmin etmək və icmalara enerji çözümləri tapmaqda icmalara kömək etmək məqsədilə maarifləndirmə tədbirləri həyata keçirilirdi. Maarifləndirmə tədbirlərində səyyar sərgi xarakteri daşıyan Enerji avtobusu vasitəsilə istehlakçılara maketlərin və alternativ enerji texnologiyalarının işlək modellərinin, izolyasiya materiallarının, həmçinin müvafiq sxemlərin nümayiş etdirilməsi ilə enerjidən təhlükəsiz və qənaətli istifadə üzrə məlumatlar verilirdi.
Bunlarla yanaşı Enerji avtobusunun xaricində yerləşdirilıən geniş ekranlı monitorda Bakı-Tbilisi-Ceyhan Boru kəməri, Xəzər Enerji Mərkəzinin məqsəd və vəzifələri və BP Şirkətinin dəstəyi ilə icmalarda həyata keçirilən layihələr barədə, habelə Ətraf mühit, ekologiya, məişət tullantılarının idarə olunması və alternativ enerji qurğularına dair filmlər nümayiş etdirilirdi. 
Orta məktəb şagirdləri arasında da Ətraf mühit/Ekologiya, Alternativ enerji və Təhlükəsizlik mövzularında təlim və müsabiqə şəklində maarifləndirmə işi aparılırdı. Yevlax, Ağdaş, Tovuz və Ağstafa rayonundan 35 məktəbdə 8-15 yaşlı 479 şagirdin iştirakı ilə "Ətraf mühit, Ekologiya, Enerjidən səmərəli istifadə və Təhlükəsizlik" mövzusunda rəsm və məqalə müsabiqəsi keçirildi. Müsabiqə iştirakçıları müsabiqəyə 267 məqalə (hekayə) və 281 rəsm təqdim etmişdilər. Təqdim edilən məqalə və rəsmlər arasından 7 rəsm və 6 məqalə əsas qalib, 33 rəsm və 14 məqalə həvəsləndirici mükafata layiq görülmüşdür. Qalib rəsm və məqalələr "Şəkər Villası" qəzetində dərc edilmiş və Şəkər Villası qəzeti vasitəsilə şagirdlər məqalələr yazmağa, ekologiyanın, enerjinin, təhlükəsizliyin cari vəziyyətini əks etdirən şəkillər təqdim etməyə həvəsləndirilmişlər. 
 
2007-ci ildə «Ümid» HSDM 10 kənddə alternativ enerji qurğuları quraşdırmışdır
Enerjidən effektiv və təhlükəsiz istifadə, həmçinin, yerli ehtiyatlardan istifadə etmək məqsədilə Bakı-Tbilisi-Ceyhan boru kəməri boyunca yerləşən icmalarda (Ucar, Kürdəmir, Goranboy, Ağstafa, Tovuz, Şəmkir və Yevlax) Foto Voltik modlei, Günəş Kollektoru və Bioqaz qurğusu quraşdırılmışdır. 
Bu layihələrin fokusu insanların ucuz və altenativ enerji texnologiyalarına çıxışını yaxşılaşdırmaq və bu yolla onların öz-özlərinə yardım etməsinə dəstək vermək idi.
 
14 Gəncin Möhkəm Başlanğıclı İqtisadi Layihələr vasitəsilə məşğulluğu təmin olundu
2007-ci Ümid HSDM-nin həyata keçirdiyi Məşğulluq və İqtisadi İmkanların genişləndirilməsi Təşəbbüsü layihələri çərçivəsində Usta Yanında Şagird Hazırlığı metodu ilə təşkil olunan Peşə Təlimi kurslarının ən uğurlu 14 məzunu sahibkarlıq fəaliyyətinə başlamaları üçün vəsaitlə təmin edilmişlər.

2006

20 icma üzvü İcma Məktəbinin məzunu oldu
Hər növbəti ildə daha fərqli fəaliyyət sahəsi, daha çox inkişaf etmiş icmalar və daha çox vərdiş əldə etmiş icma üzvləri…
Əslində Ümid HSDM üçün maraqlı icmaların sayı yox, onların əldə etdikləri bacarıq və vərdişlərin praktikliyi, əhəmiyyətlilik dərəcəsi və faydalananların bu vərdişlərdən yararlanaraq sakini olduğu icmalarda mövcud problemləri sezə bilmək və müvafiq olaraq aradan qaldırmaq vərdişlərinin formalaşmasıdır. Və təbii ki, insanların bacarıqları artdıqca, müvafiq sahədə səriştə topladıqca Ümid HSDM yanaşmasında və fəaliyyətində təkmilləşmələr aparır. İşini təkmilləşdirir ki, adına xilaf çıxmasın...insanların ümidlərini doğrultsun.
2006-cı il Ümid HSDM-nin İcma İnkişafının institutlaşdırılması baxımından əhəmiyyətli il olmuşdur. Bu sahədə Ümid HSDM-nin təcrübəli ekspertlərinin həyata keçirdiyi «İcma Məktəbi» Konsepsiyası xüsusilə maraq doğurur.
Ümid HSDM ilk dəfə olaraq Azərbaycanda «İcma Məktəbini» yaratmışdır. Azərbaycanın müxtəlif coğrafi relyeflərində fərqli sosial statuslu hədəf qrupları ilə işləyən İcma Mütəxəssislərinin, həmçinin Mərkəzə yeni cəlb edilən əməkdaşların və könüllülərinin iştirakçısı olduğu bu Məktəb ayda bir dəfə verilən seminarları və müzakirələri ilə işini effektiv qurmuşdur. Ötən il İcma Məktəbində «İcma İnkişafı prosesi», «İcma Mütəxəssisinin davranış qaydaları», «İcma Töhfəsinin Sənədləşmə İşləri», «İcma məktəbinin fəaliyyəti, çətinliklər və inkişaf istiqamətləri» mövzularında fikir mübadiləsi aparılmışdır. 
 
İcma bacarıqlarının təkmilləşdirilməsi üçün yeni bir metod tətbiq etdik
İcma inkişafı istiqamətində 2006-cı ilin nailiyyətlərindən biri də Təşkilatlanmanın Qiymətləndirilməsi Alətinin tətbiqidir. Təşkilatımız, işlədiyi ərazilərdə hədəf faydalananların ilkin təşkilati ehtiyaclarını və bacarıqlarını qiymətləndirmək üçün tətbiq etdiyi Təşkilati Qiymətləndirmə Alətinin (TQA) Azərbaycan kontekstində daha effektiv işləməsi üçün aparılan qiymətləndirmələr zamanı qarşıya çıxan suallar və icmaların spesifikasiyası nəzərə almaqla təkmilləşdirmişdir. Blok suallara ayrılmaqla beş bölmədən (Daxili İdarəetmə, İctimai Maraqların müdafiəsi, Ümumi İdarəetmə, Maliyyənin idarə Olunması, Bacarıqların artırılması) ibarət olan TQA nəticəsində hədəf qruplarının layihə müdaxiləsindən əvvəlki səviyyəsi müəyyən edilir və müvafiq olaraq inkişaf planı hazırlanır. Və bu plan əsasında hədəf qrupu ilə iş aparılır. 
 
6 kəndin təhlükəsiz, saf suya çıxışını yaxşılaşdırdıq
İcmaların inkişafı ilə yanaşı, hədəf ərazilərində mövcud problemlərin daha təfərrüatlı şəkildə öyrənilməsi, onların aradan qaldırılması üçün yerli maddi və insan resurslarının qiymətləndirilməsi, problemlərin həlli yollarının araşdırılması və s. məqsədilə Ümid HSDM BTC/CQB boyu icmalarda özü üçün kifayət qədər məsuliyyətli və inanılmaz dərəcədə böyük bir öhdəliyi üzərinə götürməkdən çəkinmədi. Azərbaycanın sosial və iqtisadi infrastrukturuna hansısa sahədə yardımçı olmaq, vətəndaş cəmiyyətini mövcud problemlərin aradan qaldırılmasının mümkünlüyünə inandırmaq arzusu Ümid HSDM-ni kəmərboyu ərazilərdə araşdırma və tədqiqat işlərinə başlamağa ruhlandırdı. 50 kənd icmasında içməli su eyhtiyatları elmi-tədqiqat üsulu ilə araşdırıldı və nəticə etibarilə «Ümid» HSDM 6 icmada müasir su təmizləyici qurğuların quraşdırılması ilə əhalinin təhlükəsiz suya çıxışının təmin olunmasına müvəffəq olmuşdur. Eyni zamanda icmalarda quraşdırılmış suyun saflaşdırılması texnologiyalarının davamlılığını təmin etmək məqsədilə hər bir icmada Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradılmış və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirildi. Qurğuların gündəlik fəaliyyətlərini idarə etmək, suyun satışının təşkili və suyun satışından əldə edilən gəlirlərin qəbulu və xərclənməsinin şəffaflığını təmin etmək üçün hər bir İcma Fəaliyyət Qrupları tərəfindən MMC-lərin rəhbərləri seçildi.
 
Gənclərə peşə bacarıqları əldə etməsinə dəstək verdik
Müdrik şərq mədəniyyəti kökləri üzərində inkişaf etmiş, Azərbaycanda illərin sınağından çıxmış usta yanında şəyirdlik prinsipi əsasında Ümid HSDM-nin həyata keçirdiyi kurslar artıq bir neçə ildir ki, özünü həm professional və həm də iqtisadi baxımdan doğruldur. 
2002-ci ildən əsası qoyulmuş UYŞH komponenti vasitəsilə motivasiyalı gənclər tətbiqi və nəzəri iş vərdişləri ilə təmin edilir, habelə ustalar və sahibkarların biznes potensialı gücləndirilir. 
Usta Yanında Şagird Hazırlığı kursları əsasən ciddi bazar araşdırmalarından sonra hədəf əhalinin əsas ehtiyacı olan sahələr üzrə təşkil edilir. Dərzilik, qənnadı sənəti, avtomobil təmiri, çilingərlik, qaynaqçı, xalçaçılıq, avto-mühərrik təmiri, kosmetoloq, qadın və kişi bərbəri və s. kimi zəruri peşələr üzrə əsl sənət məktəbi olan UYŞH kurslarına cəlb edilən müəllimlər hazırladıqları tədris planı əsasında məşğələlərini keçir, mütəmadi nəzarət və monitorinq müşahidələri ilə şagirdlərin inkişaf perspektivlərini qiymətləndirir və şagirdlərlə növbəti tədbirləri müəyyənləşdirirlər. Peşə bacarıqları əldə etmiş və öz biznesini qurmaq qabiliyyətinə malik icma nümayəndələrinə dəstək verilməsi hədəf ərazisində yeni iş imkanlarının və iş yerlərinin yaradılmasına təkan verir. 
2006-cı il ərzində də Respublikanın müxtəlif bölgələrində UYŞH komponenti üzrə 102 gənc arzu etdiyi bacarıqlara yiyələnmişdir.
 
Təkcə 2006-cı ildə 27 gəncə öz biznesini qurmasına dəstək verdik
UYŞH metodunu Ümid HSDM tərəfindən təkmilləşdirilmiş digər elementi ən uğurlu məzunları Möhkəm Başlanğıclı İqtisadi Layihələr vasitəsilə mükafatlandırmaq olmuşdur. Bu tip təkmilləşdirmənin əsas təsiri icma və valideynləri yerli biznesin inkişafına sərmayə yatırmağa stimullaşdırmaqdan ibarətdir. 

2006-cı ildə Ümid HSDM daha bir koalisiyaya - «Qlobal Yoxsulluğa Qarşı Mübarizə» koalisiyasına qoşulmuşdur. 

2005

Ümid HSDM 2005-ci ildə öz fəaliyyətini təkmilləşdirmiş və fəaliyyət istiqamətlərinə yeni iki istiqamət - QHT-in İnstitusional bacarıqlarının artırılması və elmi araşdırmaları əlavə etmişdir.
ABŞ BİA-nin elan etdiyi uzun müddətli qrantlardan birinin ABŞ BİA-nın İcma İnkişaf Fəaliyyəti layihəsi üzrə həyata keçirilən tenderdə qalib təşkilatın partnyoru kimi yeganə YQHT-dir. Ümid HSDM artıq beynəlxalq təşkilatlarla sub-qrant kimi deyil partnyor kimi işləyir və onlarla rəqabət aparmaq qabiliyyətinə malikdir. Bu Ümid HSDM-nin həyata keçirdiyi layihələrin keyfiyyətində, məqsəd və vəzifələrində, həmçinin uzun müddətli olmasında özünü göstərir. 
Ümumiyyətlə 2005-ci il ərzində Ümid HSDM Azərbaycanda fəaliyyət göstərən 3 əsas donor strukturunun (Biznes, BMT və ABŞ Dövlət departamenti) hər biri ilə əməkdaşlıq etmiş və layihələr həyata keçirmişdir: 
1. Biznes strukturu: BP- BTC/CQBK- Uşaqların Xilası, Şahdəniz-ZİİT, TİMOL-ZİİM, BP- EA 
2. BMT - BMT QAK- İnkişaf üçün təhsil, Sığınacaq axtaran şəxslərin UYŞH, Təchizat işərinə dəstək. 
3. ABŞ BİA- DÖ/İnstitusional bacarıqların artırılması
Ümid HSDM Azərbaycanda təlim və inkişaf üzrə fəaliyyət göstərən təşkilat kimi tanınır və biz öz təşkilatımızı həmçinin öyrənən təşkilat kimi təsəvvür edirik.
Ümid HSDM 2005-ci il ərzində Maarifləndirmə və təhsil, İqtisadi imkanların genişləndirilməsi, İcma və təşkilatı bacarıqların artırılması, İcma layihələrini idarə olunması və elmi-tədqiqat istiqamətləri üzrə fəalyyət göstərmişdir. 
2005-ci il ərzində Ümid HSDM şəhər və kənd əraziləri daxil olmaqla cəmi 120 icma ilə əməkdaşlıq etmişdir, bu icmalardan 23-də icma fondu dayanıqlı şəkildə inkişaf etdirilir. 
2005-ci ildə Ümid HSDM CRİNGO-nun (Cənubi Qafqazda qaçqın və məcburi köçkünlərlə işləyən QHT-in şəbəkəsi) maliyyə agenti seçilmiş və Mədən Sənayesində Şəffaflıq üzrə MQHT-in koalisiyasına daxil olmuşdur.
Beləliklə Ümid HSDM-nin daxil olduğu regional və yerli şəbəkələrin sayı 4-ə çatmışdır. 
 
2004

2004-cü il Ümid HSDM-nin fəaliyyətinə aşağıdakı müvəffəqiyyətlərlə daxil olmuşdur.
Ilk dəfə olaraq 14 beynəlxalq təşkilatla birgə BP/Şahdəniz İctimai Sərmayə Proqramının təşkil etdiyi tenderə dəvət olunmuş, onun qaliblərindən biri olmuş, uzunmüddətli 0.5 milyon ABD-dən çox olan layihənin icrasına başlamışdır;
Daxili monitorinq sistemi yaratmış, ayrı-ayrı layihələrin daxili monitorinqini aparılmış, layihələrin idarəolunmasında yaxşı təcürbənin ötürülməsi sistemini formalaşdırmışdır;
Təşkilatı strukturu təkmilləşdirilmiş, informasiya, təchizat, maliyyə və insan resurslarının üzrə təlimatını hazırlamışdır;
Özünün Baş Ofisini qurmuş və fəaliyyət üçün İqtisadi İnkişaf Nazirliyindən icarəyə uzunmüddətli yer götürməyə nail olmuşdur.
Ümumiyyətlə 2004-cü il ərzində Ümid HSDM Azərbaycanda fəaliyyət göstərən 3 əsas donor strukturunun (Biznes, BMT və ABŞ Dövlət departamenti) hər biri ilə əməkdaşlıq etmiş və layihələr həyata keçirmişdir:
1. Biznes strukturu: BP, BTC- İctimai Sərmayə Proqramı, Şahdəniz, TİMOL
2. BMT - BMT QAK, BMT-nin Uşaq Fondu
3. ABŞ BİA, Dünyanı Öyrənmək
Ümid HSDM-nin fəaliyyətinin əsasını icma yanaşması tutur və 2004-ci il ərzində Ümid HSDM Maarifləndirmə və təhsil, İqtisadi imkanların genişləndirilməsi, İcmaları bacarıqların artırılması, İcma layihələrini idarə olunması istiqamətləri üzrə fəalyyət göstərmişdir. 
«Şəkər Villası» ilə əməkdaşlıq - BP şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilmiş «Azərbaycanın Şimal Bölgəsində İcmaların Davamlı İnkişafına Dəstək» layihəsi çərçivəsində dəstəklənmiş icmalarda fəaliyyət göstərən məktəb şagirdlərinə faydalı informasiya dəstəyi göstərmək məqsədilə «Şəkər Villası» həftəlik qəzetinin və onun aylıq icmalı olan «Planet» qəzetinin məktəblilərə paylanması həyata keçirilmişdir.
Bu qəzetlərdə yeniyetmə və gənclərə həsr olunmuş yazılar dərc olunmuş, məktəbli gənclərin redaksiyaya göndərdikləri məqalələr qəzetlərdə öz əksini tapmışdır. Qəzetin müxbiri mütəmadi olaraq icmalara səfər etmiş, layihənin qəzet vasitəsilə işıqlandırılmasına dəstək vermişdir. «Şimalda nə var, nə yox», «Şimala səfərim davam edir» rubrikalarında regionda layihənin ayrı-ayrı komponentləri barədə məzmunlu məqalələr dərc olunmuşdur.
2004-cü il ərzində sosial infrastrukturun inkişafı, icmaların təhsil və səhiyyə şəraitinin yaxşılaşdırılması məqədilə 31 layihə həyata keçirilmiş, bu layihələrdə icma töhfəsinin payı 73 777 000 AZM və ya 14 915 ABŞ dolları həcmində olmuşdur.
Layihələrin icrası nəticəsində 468 515 nəfər birbaşa faydalanların həyat, təhsil və səhiyyə şəraiti yaxşılaşdırlmışdır. 
2004-cü il ərzində Ümid HSDM üzv olduğu regional CRİNGO (Cənubi Qafqazda qaçqın və məcburi köçkünlərlə işləyən QHT-in şəbəkəsi) və Milli Azərbaycan QHT FORUM-un aktiv üzvü kimi fəaliyyətini davam etdirmişdir.
 
2003

2003-cü ilin mart ayında Aclıq Əleyhinə Hərəkat təşkilatı tərəfindən Ağcabədi və Beyləqan rayonlarında həyata keçirilən "Ərzaq Təhlükəsizliyi" layihəsinin keyfiyyət və kəmiyyət təsirini ölçmək üçün, Ümid HSDM layihənin əhaliyə təsirini qiymətləndirmişdir.
Ümid HSDM Şimal Neft İxrac Boru Kəməri boyunca yerləşən icmalara kömək etmək məqsədi ilə ABƏŞ-in maliyyə dəstəyi ilə Sitalçay qəsəbəsinə içməli su kəməri çəkmişdir və yerli QHT olan "Həyat" təşkilatı ilə birgə əməkdaşlıq şəraitində Azərbaycnın şimal rayonlarında səfərbər olunmuş icmaların dayanıqlı inkişafını təmin etmək üçün layihə həyata keçirmişdir. Bu layihənin həyata keçirilməsi məqsədilə, Xaçmaz rayonunda Ümid HSDM-nin növbəti sahə ofisi açıldı.
Ümid HSDM 2003-cü ilin aprel ayında MK qəsəbələrində "BMT-nin Uşaq Fondu və Təhsil Nazirliyi tərəfindən yaradılmış Uşaq İnkişaf Mərkəzinin bacarıqlarının artırılması" layihəsini həyata keçirməyə başlamışdır.
Layihənin əsas məqsədi müharibənin fəsadlarının aradan qaldırılması və psixoloji qayğı, təhsil, icmanın iştirakı və Uşaqlara Dəstək Proqramı vasitəsilə MK uşaqlarına özlərinin tam potensiallarını əldə etməyə kömək etmək üçün onlara qayğı göstərməkdən ibarətdir.
Ümid HSDM təkcə MK gənclərə deyil, həmçinin sığınacaq axtaran şəxslərə də peşə təlimləri vermişdir. Bu, onların cəmiyyətin aktiv üzvləri olmaq ehtiyaclarının reallaşmasına kömək edir.
Ümid HSDM ABŞ təşkilatı olan CHF-in maliyyə dəstəyi ilə həyata keçirilən "Sosial Sərmayə Təşəbbüsü" layihəsi çərçivəsində Azərbaycanın mərkəzi və cənub rayonlarında icma inkişafı fəaliyyətlərini həyata keçirmişdir.
"Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı"nın (YAİİDP) həyata keçirilməsində vətəndaş cəmiyyətinin iştirakını aktivləşdirmək üçün, Ümid HSDM ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyəsi və Dünyanı Öyrənmək (DÖ) təşkilatının dəstəyi ilə "İctimai Maarifləndirmə və Yayım Proqramı"nın həyata keçirilməsinə başlamışdır.
Bu proqram Azərbaycanın 7 regionunda (Quba, Naxçıvan, Şəki, Masallı, Şamaxı, Gəncə və Əli Bayramlı) İctimai Görüşlərin təşkil olunması vasitəsilə həyata keçirilir.
Bakı-Tbilisi-Ceyhan boru kəməri boyunca yerləşən icmalarda sosial infrastruktur layihələrin həyata keçirilməsi və icmaların səfərbər olunması vasitəsilə inkişaf etdirilməsi məqsədilə BTC Co.-nun donorluğu ilə İctimai Sərmayə Proqramı həyata keçirilməyə başlamışdır. Ümid HSDM "Uşaqları Qoruyaq" təşkilatının donorluğu ilə boru kəmərinin qərb hissəsində yerləşən yeddi regionda icma inkişafı istiqamətində iş aparır.
 
2002

Ümid HSDM Sumqayıtda və ətraf məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə yerləşən MK məktəblərində təmir və tikinti işləri aparmış və MK uşaqların təhsil şəraitini yaxşılaşdırmaq üçün BMT QAK-nın dəstəyi ilə Müəllim-Valideyn Assosiasiyaları yaratmışdır.
Bundan başqa, Ümid HSDM MK gənclərin peşə bacarıqlarına yiyələnməsinə, iş yerləri tapmasına və öz bizneslərini qurmasına kömək etmək məqsədi ilə Sumqayıt şəhərində yaşayan MK gənclərə usta yanında şagird hazırlanması metodu ilə peşə təlimləri verilmişdir. Bu məqsədlə Ümid HSDM, Sumqayıtın 15 icmasında 15-27 yaşlı 294 gənc arasında sorğular keçirmişdir.
2002-ci ilin iyul ayında, Ümid HSDM DQŞ və Avropa İttifaqı Humanitar İdarəsinin dəstəyi ilə "Qafqazda Sülh və Stabillik" (FRESTA) proqramı çərçivəsində "Sumqayıtda İƏT-ların Bacarıqlarının Artırılması" layihəsini həyata keçirməyə başlamışdır. İki partnyor QHT - Ümid HSDM (Azərbaycan) və BMT Assosiasiyası (Gürcüstan) layihədə iştirak etmişlər.
BMT-nin Uşaq Fondu 1996-cı ildə həyata keçirdiyi "Erkən Uşaqlıq Dövründə Qayğı və İnkişaf" proqramının nailiyyətlərini və zəif cəhətlərini müəyyənləşdirmək və layihənin gələcəkdə genişləndirilməsi üzrə təkliflərin verilməsi üçün layihənin təsirinin qiymətləndirilməsi və ölçülməsi məqsədilə 2002-ci ilin may ayında tender elan etmişdir. Ümid HSDM bu tenderdə qalib gəlmiş və layihəni qiymətləndirmişdir.
2002-ci ilin sonunda, Ümid HSDM "Sumqayıtda İcmaların İnkişafı" və "Dəvəçi rayonu Ağalıq və Daşlıyataq kəndlərində təhsil şəraitinin yaxşılaşdırılması" layihələri üzrə dünyanın ən böyük neft şirkəti olan BP təşkilatı ilə əməkdaşlığa başlamışdır.
 
2001

Ümid HSDM-nin yerli QHT-lərlə əlaqələrini və idarəetmə bacarıqlarını nəzərə alaraq, o, BMT QAK-ın Humanitar Yardım Anbarının İdarə olunmasına cəlb olunmuş və bu sahədə yerli QHT-lərin fəaliyyətlərini koordinasiya edir. Ümid HSDM CHF/SST proqramı çərçivəsində "İcmanın uzun müddətli fəaliyyət planı" və "Dayanıqlıq və İdarəetmə" mövzularında təlimlərin verilməsinə cəlb olunmuşdur. Ümid HSDM DQŞ-nin partnyoru kimi BMT QAK-ın Gəlir Yaradılması Proqramının həyata keçirilməsinə cəlb olunmuşdur. Ümid HSDM-nin sorğuların aparılması üzrə təcrübəsi əsas götürülərək, Beyləqan rayonunda sorğuların keçirilməsinə cəlb olunmuşdur. Ümid HSDM DQŞ-nin icmalar vasitəsilə borc verməsi təcrübəsini öyrənmiş və bu proqramı İmişlidə tətbiq etmişdir. Ümid HSDM regionda öz ofisini açmışdır. Ümid HSDM BMT QAK və BMT-nin Uşaq Fondu ilə birgə "Təhsil" layihəsinin həyata keçirilməsinə cəlb olunmuşdur.
Ümid HSDM Bakı, Sumqayıt və İmişlidə yaxşı təchiz olunmuş ofislərə malik idi. Staf beynəlxalq seminarlar və konfranslara dəvət olunmuş və hökumət tədbirlərində (MDB Konfransı, Kasıbçılığın azaldılması üzrə İşçi Qrup) QHT nümayəndəsi kimi iştirak etmişdir.
 
2000

Ümid HSDM BMT QAK-la Təhsil proqramı üzrə bir illik müqavilə imzalamışdır. DQŞ-yə "Gəlir Yaradılması" proqramı üzrə metodologiyanı təkmilləşdirmək tövsiyyə olunmuş və "Yığım və Kredit" proqramı həyata keçirilməyə başlamışdır. "Gəlir Yaradılması" və "İcmanın İnkişafı" üzrə ilk uzun-müddətli müqavilələr imzalanmışdır. Ümid HSDM QRTM-dən biznes təlimlərinin təşkil olunması üzrə layihə udmuşdur.
CHF Azərbaycanda fəaliyyətə başlamış, yerli QHT-lər içərisindən özünə partnyor axtarmağa başlamış və nəhayət, Ümid HSDM-ni seçmişdir. Ümid HSDM İMİİP-na cəlb olunmuş və kənd ərazilərində iş təcrübəsi qazanmaq imkanı əldə etdi. Hər şeydən əvvəl, Ümid HSDM 4 növ sorğunun keçirilməsinə cəlb olunmuşdur. Ümid HSDM-in 4 işçisi sorğuların keçirilməsi üzrə təlimlərə cəlb olunmuş və onlardan üçü birbaşa sorğuların keçirilməsində iştirak etmişlər. Ümid HSDM-in bacarıqlarının artırılması bu proqramın komponentlərindən biri olmuşdur. İlk dəfə olaraq, Ümid HSDM-nin strategiyası hazırlanmış, Ümid HSDM-nin Biznes Planı hazırlanmış, Ümid HSDM-nin 5 komponenti təhlil olunmuş və boşluqlar müəyyənləşdirilmişdir. Bu komponentlərin inkişaf etdirilməsi məqsədilə, Tədbirlər Planı hazırlanmış və həyata keçirilmişdir. Ümid HSDM-nin Hesabat vermə sistemi, uçotun aparılması (elektron proqram quraşdırılmışdır), daxili təşkilati qaydalar, mühasibatlıq və maliyyə qaydaları təkmilləşdirilmişdir. ÜMİD Norveç və Böyük Britaniya Səfirliklərindən, həmçinin İSAR-dan kiçik qrant proqramları udmuş və onları müvəffəqiyyətlə yerinə yetirmişdir.
  
1999

Ümid HSDM DQŞ-nin Gəlir Yaradılması Proqramının ilkin mərhələsində iştirak etmişdir. DQŞ-nin Sumqayıtda həyata keçirilən Gəlir Yaradılması proqramı üzrə bacarıqları iyul ayında Ümid HSDM-ə ötürülmüşdür. Ümid HSDM Abşeron və Sumqayıtda müstəqil olaraq Gəlir Yaradılması layihələrinin həyata keçirilməsinə başladı. BMT QAK QHT-lərin Bacarıqlarının Artırılması Proqramı üzrə yeni tender elan etdi və Ümid HSDM bu tenderdə iştirak etdi. BMT QAK tenderdə iştirak edən 5 QHT içərisindən Ümid HSDM-i özünə partnyor seçdi. Ümid HSDM QRTM-dən "Bacarıqların Artırılması" layihəsini udmuş və onu müvəffəqiyyətlə yerinə yetirmişdir. QRTM Ümid HSDM-in hesabat sisteminin təkmilləşdirilməsində öz köməyini göstərmişdir. Ümid HSDM yeni istiqamətdə - İcmanın İnkişafı istiqamətində fəaliyyətə başlamışdır. DQŞ Ümid HSDM-i dəstəkləmiş və Ümid HSDM Sumqayıtda ilk Qadın İcma Mərkəzini yaratmışdır. Layihə donor və yerli təşkilatlar tərəfindən dəstəklənmiş və Ümid HSDM İcmanın İnkişafını özünün üçüncü fəaliyyət istiqaməti kimi təsdiq etmişdir.

1998

BMT-nin QHT-lər üçün Resurs və Təlim Mərkəzi ilə məsləhətlər təşkil olunmuşdur. Ümid HSDM-nin strukturu formalaşdırılmış və işçi heyəti QRTM tərəfindən verilmiş təlimlərdə iştirak etmişdir. DQŞ Ümid HSDM-nin bacarıqlarının artırılması üzrə iş aparmışdır. Ümid HSDM dövlət tərəfindən qeydiyyata alınmışdır. Ümid HSDM-nin təşkilat kimi formalaşmasında DQŞ və QRTM-nin xüsusi rolu olmuşdur. DQŞ ilə ilk uzun-müddətli müqavilə imzalanmışdır və DQŞ Ümid HSDM-ni ilkin avadanlıq və ləvazimatlarla təmin etmişdir. Ümid HSDM BMT QAK-a QHT-lərin Bacarıqlarının Artırılması Proqramı üzrə layihə təklifi ilə müraciət etmiş və layihəsi dəstəklənən 5 təşkilatdan biri olmuşdur. ÜMİD özünün ikinci fəaliyyət istiqamətini müəyyənləşdirmişdir - "Təhsil". Ümid HSDM Sumqayıtda öz ofisini açmış və bu layihə üzrə texniki imkanlar artırılmışdır.

1997

Ümid HSDM-min təşəbbüs qrupu formalaşdırılmış, ilk layihə DQŞ-yə təqdim olunmuşdur. Ümid HSDM oktyabr ayında ilk müqaviləsini imzalamış və öz bacarıqlarını inkişaf etdirmişdir. DQŞ ÜMİD-in bacarıqlarının artırılması üçün təlimlər təşkil etmişdir. Beynəlxalq və yerli QHT-lərlə, həmçinin BMT-nin QHT-lər üçün Resurs və Təlim Mərkəzi (QRTM) ilə məsləhətlər təşkil olunmuşdur.