|
|
|
Ucar rayonu Qazyan icmasında
«İcmadaxili Yolların Təmiri» mikrolayihəsinin açılış mərasimi keçirilmişdir
02 mart 2010-cu il,Ucar rayonu Qazyan icması02 mart 2010-cu il tarixdə Ucar rayonunun Qazyan icmasında «İcmadaxili yolların təmiri» mikrolayihəsinin ictimaiyyətə təqdim olunması mərasimi keçirildi. «İcmadaxili yolların təmiri» mikrolayihəsi BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və Tərəfdaşlarının maliyyə dəstəyi ilə «İcma Mikrolayihələrinin Idarə Edilməsi» layihəsi çərçivəsində həyata keçirilmişdir.
Uğurla icra olunmuş layihənin nəticəsində 2700 metr yol ballast və qırmadaşla təmir olunmuşdur.
Açılış mərasimində BP-nin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Ilham Əliyev, «Ümid-98» HSDM-nin sahə işçisi R.Aslanov, Inzibati işçi V.Imanov, Qazyan kənd bələdiyyə sədri M.Abbasov, icra nümayəndəsi H.Əliyev, icma qrup lideri M.Hüseynov, icma qrup üzvləri və icma fəalları iştirak etmişlər.
Layihənin ümumi
büdcəsi 20 726.30 AzN təşkil edir.
Layihənin həyata keçirilməsi nəticəsində
5500 nəfər əhali faydalanmışdır.
|
|
Tovuz rayonu Aşağı Mülkülü
icmasında «İcmadaxili Yolların Təmiri» mikrolayihəsinin razılaşma
müqaviləsi imzalanmışdır
21 yanvar 2010-cu
il,Tovuz rayonu Aşağı Mülkülü
icması
BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkəti və tərəfdaşlarının maliyyə
dəstəyi ilə «Ümid-98» HSDM, Bilik Maarifçilik Cəmiyyəti Gəncə
Regional təşkilatı və Azərbaycan Maarifçi Gənclər təskilatı
tərəfindən icra olunan «İcma Mikrolayihələrinin İdarə Edilməsi»
layihəsi çərçivəsində 21 yanvar 2010-cu il tarixdə «İcmadaxili
Yolların Təmiri» mikrolayihəsinin icrası ilə əlaqədar Tovuz rayonun
Aşağı Mülkülü icmasında razılaşma müqaviləsinin imzalanması mərasimi
keçirilmişdir.
Tədbirdə BP,
«Ümid-98» HSDM nümayəndələri, «Perlit» MMC-nin sədri, kənd
bələdiyyəsinin sədri, icma qrupunun üzvləri və icma fəalları iştirak
etmişlər.
Aşağı Mülkülü
icmasında icrası nəzərdə tutulan mikrolayihənin ümumi dəyəri 21
758.00 AZN təşkil edir.
|
|
Samux rayon Qədili icmasında «Suvarma Arxlarının Təmizlənməsi» mikrolayihəsinin açılış mərasimi keçirilmişdir
16
dekabr 2009-cu il,Samux
rayonu Qədili icması
16 dekabr 2009-cu il tarixdə Samux rayon Qədili icmasında «Suvarma
arxlarının təmizlənməsi» mikrolayihəsinin ictimaiyyətə təqdim
olunması mərasimi keçirilmişdir. «Suvarma arxlarının təmizlənməsi»
mikrolayihəsi BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və
Tərəfdaşlarının maliyyə dəstəyi ilə «İcma Mikrolayihələrinin idarə
edilməsi» layihəsi çərçivəsində həyata keçirilmişdir.
Uğurla icra olunmuş layihənin
nəticəsində ümumi uzunluğu 11,4 km olan suvarma arxları
təmizlənmişdir.Layihənin ümumi büdcəsi 15 755.00 AzN təşkil edir. Bu
vəsaitin
11 868,00 AzN donor, 2 877,00 AzN icma və 862,00 AzN
bələdiyyə tərəfindən nağd şəklində ödənilmişdir. Layihənin həyata
keçirilməsi nəticəsində 380 nəfər əhali faydalanmışdır.
|
|
Şəmkir rayonun Keçili icmasında «Mərkəzi Asfalt Yolun təmiri» mikrolayihəsinin açılış mərasimi keçirilmişdir
09
dekabr 2009-cu il, Şəmkir rayonu Keçili
cması
09 dekabr 2009-cu il tarixdə Şəmkir rayonunun Keçili icmasında «Mərkəzi Asfalt Yolun təmiri» mikrolayihəsinin ictimaiyyətə təqdim olunması mərasimi keçirilmişdir. «Mərkəzi Asfalt Yolun təmiri» mikrolayihəsi BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və Tərəfdaşlarının maliyyə dəstəyi ilə «İcma Mikrolayihələrinin idarə edilməsi» layihəsi çərçivəsində həyata keçirilmişdir.
Uğurla icra olunmuş layihənin nəticəsində ümumi uzunluğu 3900 metr olan icmadaxili asfalt yolun 2800 m2 sahəsi təmir olunmuşdur.
Layihənin ümumi büdcəsi 21 095,20 AzN təşkil edir. Bu vəsaitin 15 789,20 AzN donor, 4 416,00 AzN icma və 890,00 AzN bələdiyyə tərəfindən nağd şəklində ödənilmişdir. Layihənin həyata keçirilməsi nəticəsində birbaşa 6247 nəfər, dolayısı ilə 5000 nəfər əhali faydalanmışdır.
|
|
Kürdəmir rayonunda «İqtisadi imkanların genişləndirilməsi və icma peşəkarlığının inkişafı» layihəsinin təqdimatı, MMC-lərin hazırki vəziyyəti və gələcək planları mövzusunda seminar keçirilmişdir
12 noyabr 2009-cu il,Kürdəmir
rayonu
12 noyabr 2009-cu il tarixdə BP və onun
tərəfdaşlarının maliyyə dəstəyi ilə bu ilin oktyabr ayından başlanmış
«İqtisadi imkanların genişləndirilməsi və icma peşəkarlığının inkişafı»
layihəsinin təqdimatı, Kürdəmir, Ucar və Ağdaş rayonlarının icmalarında
quraşdırılmış 11 su təmizləyici qurğunu idarə edən 8 MMC-nin hazırki
vəziyyəti və gələcək planları üzrə seminar keçirilmişdir.
Seminarda «Umid» HSDM-nin Proqram Direktoru, BP-nin icmalarda ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsləri (CLO), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı ekologiya şöbəsinin sədr müavini, Su Təmizləyici Qurğuları idarə edən MMC rəhbərləri, 14 hədəf icma liderləri və bələdiyyələr iştirak etmişlər.
|
|
Şəmkir rayonu Dəllər Cəyir icmasında «Məktəbdə Yeni Qazanxana və İstilik
Sisteminin Quraşdırılması» mikrolayihəsi üzrə razılaşma
müqaviləsi imzalanmışdır
11 noyabr 2009-cu il, Şəmkir rayonu Dəllər Cəyir icması
BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkəti və tərəfdaşlarının maliyyə dəstəyi ilə «Ümid» HSDM, Bilik Maarifçilik Cəmiyyəti Gəncə Regional təşkilatı və Azərbaycan Maarifçi Gənclər təskilatı tərəfindən icra olunan «İcma Mikrolayihələrinin İdarə
Edilməsi» layihəsi çərçivəsində 11 noyabr 2009-cu il tarixdə «Məktəbdə Yeni Qazanxana və İstilik Sisteminin Quraşdırılması» mikrolayihəsinin icrası ilə əlaqədar Şəmkir rayonu Dəllər Cəyir icmasında razılaşma müqaviləsinin imzalanması mərasimi keçirilmişdir. Tədbirdə «Ümid» HSDM, İcraçı təşkilat,
Şəmkir rayon Təhsil Şöbəsi və yerli İnzibati Ərazi Vahidliyinin nümayəndələri, bələdiyyə sədri, İcma Qrupu üzvləri və icma fəalları iştirak etmişlər.
|
|
Kürdəmir
şəhərində «İçməli suyun keyfiyyətinin və sanitariya
vasitələrinin yaxşılaşdırılması» mövzusunda dəyirmi masa
keçirilmişdir
04 iyun 2009-cu il, Kürdəmir şəhəri
4 iyun 2009-cu il tarixində BMT-nin İctimai İnformasiya
Departamentinin Azərbaycandakı nümayəndəliyi BMT-nin İnkişaf
Proqramı, BMT-nin Uşaq Fondu (YUNİSEF), Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli QHT Forumu ilə sıx
əməkdaşlıq çərçivəsində Kürdəmir rayonunda «İçməli suyun
keyfiyyətinin və sanitariya vasitələrinin yaxşılaşdırılması» adlı
dəyirmi masa təşkil edilmişdir.
Tədbiri BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi,
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi,
BMT-nin İnkişaf proqramının İctimai Əlaqələr və İnnformasiya şöbəsi,
Azərbaycan DövlətNeft Şirkətinin ekologiya üzrə əməkdaşları açıq
elan etmişlər.
|
|
Peşə
bacarıqları əldə etmiş gənclər
Sahibkarlıq, CV-lərin hazırlanması və intervyu
mövzusunda təlimlərə cəlb olunmuşlar
23-24 aprel 2009-cu
il, Bayıl qəsəbəsi,
Bakı şəhəri
23 aprel
2009–cu il tarixində Usta Yanında Şagird Hazırlığı metodu ilə Qaradağ rayonu
Sahil, Səngəçal, Ümid, 20-ci sahə, Bayıl qəsəbələrindən və Zığ
platformasındakı icmalardan peşə bacarıqlarına yiyələnmiş
20 gənc kursu başa vurmaları ilə bağlı
sertifikatla təmin edilmişlər.
23-24 aprel 2009-cu il tarixlərdə
müdavimlər Sahibkarlıq, CV-lərin hazırlanması və intervyu
mövzusunda təlimlərə cəlb olunmuşlar.
|
|
«Ümid» HSDM ABŞ BİA-nın İcma İnkişafı
Fəaliyyəti Proqramını başa çatdırmışdır
22
aprel, 2009-cu il, Quba şəhəri
«Ümid» HSDM və CHF İnternational
Azərbaycanın şimal-şərq regionunda öz fəaliyyətini başa
çatdırmışdır. Bu məqsədlə 22 aprel 2009-cu il tarixində saat
10.30-da Quba şəhəri Aynur İstirahət Mərkəzində Amerika Birləşmiş
Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (ABŞ BİA)İcma İnkişafı
Fəaliyyəti Proqramının bağlanması mərasimi keçirilmişdir.
Bu proqram Respublikanın şimal-şərq
regionlarında - Quba, Qusar, Xaçmaz və Dəvəçi rayonlarında icmaların
səfərbər olunması, yerli sosial-iqtisadi infrastruktur layihələrinin
həyata keçirilməsinə dəstək məqsədilə ABŞ BİA-nın (USAİD) maliyyə və
Beynəlxalq CHF Təşkilatının texniki dəstəyi ilə milli qeyri-hökumət
təşkilatı olan «Ümid» Humanitar və Sosial Dayaq Mərkəzi tərəfindən
2005-ci ildən etibarən icra olunurdu.
|
|
Peşə
bacarıqları əldə etmiş gənclərə "CV-lərin hazırlanması və intervyu"
mövzusunda təlim keçirilmişdir
24
fevral 2009-cu
il, Bayıl qəsəbəsi,
Bakı şəhəri
24 fevral
2009–cu il tarixində Usta Yanında Şagird Hazırlığı metodu ilə Qaradağ rayonu
Sahil, Səngəçal, Ümid, 20-ci sahə, Bayıl qəsəbələrindən və Zığ
platformasındakı icmalardan peşə bacarıqlarına yiyələnmək məqsədilə təşkil
olunmuş kurslara cəlb olunmuş 16 gənc kursu başa vurmaları ilə bağlı
sertifikatla təmin edilmişlər.
Usta Yanında Şagird Hazırlığı metodu ilə peşə təlimi
kursları BP Eksploreyşn (Kaspian Si) Ltd. Şirkəti və Tərəfdaşlarının maliyyə
dəstəyi ilə həyata keçirilən ilə «Bakı Dəhlizi Boyunca Gənclərin Məşğulluq
və İqtisadi İmkanların Genişləndirilməsi Təşəbbüsü» layihəsi çərçivəsində
təşkil olunmuşdur.
|
|
Yeni bərpa olunmuş Tibb məntəqəsi Şahnəzərli icma üzvlərinin
istifadəsinə verilmişdir
17 fevral 2008-ci
il, Şahnəzərli kəndi, Dəvəçi rayonu
17 fevral, 2009-cu il tarixdə Dəvəçi
rayonunun Şahnəzərli icmasının üzvləri bərpa olunmuş Tibbi Sağlamlıq
Mərkəzinin açılış mərasimini keçirmişlər. Bu yeni tibbi mərkəz
2000-ci ildə baş vermiş zəlzələ zamanı ciddi xəsarət almış köhnə
binanı əvəz edir.
Bu icma layihəsi
ABŞ BİA-nın malyyə dəstəyi ilə "Ümid" HSDM və CHF Təşkilatının birgə
əməkdaşlığı ilə həyata keçirilən "ABŞ BİA-nın İcma İnkişafı
Fəaliyyəti" Proqramı çərçivəsində ica edilmişdir.
|
|
Yerli
QHT-lərin nümayəndələri "İnstitusional və Təşkilati bacarıqların"
artırılması üzrə təlim kursunu başa vurdular
Gəncə
şəhəri,24
dekabr 2008-ci il
24 dekabr 2008-ci il tarixdə «Umid-98»
HSDM-nin Gəncə şəhərində fəaliyyət göstərən sahə ofisində «QHT-lərin
İnstitusional və təşkilati bacarıqlarının artırılması (Həyat Universiteti
modeli ilə)» layihəsinin yekunu ilə bağlı seminar keçirilmişdir.
«QHT-lərin İnstitusional və təşkilati bacarıqlarının artırılması (Həyat
Universiteti modeli ilə)» layihəsi Azərbaycan Respublikası Prezidenti
yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Respublikanın
qərb bölgəsində həyata keçirilmişdir.
|
|
Ulduz Icma Qrupları
və Bələdiyyə
nümayəndələrin bacarıqların artırılması üzrə keçirilən təlimləri başa vurdular
Gəncə
şəhəri,23
dekabr 2008-ci il
23 dekabr 2008 ci il tarixdə BP və
Tərəfdaşlarının maliyyə, Uşaqların Xilası təşkilatınlın texniki dəstəyi ilə
«Ümid» HSDM-nin həyata keçirdiyi İSP-III layihəsi çərçivəsində tədbir
keçirilmişdi.
Tədbirin məqsədi proqram çərçivəsində
aprel- iyul 2008 ci il tarixlərində Təşkilati inkişaf istiqamətində
təlimlərdə iştirak etmiş Ulduz İQ və Bələdiyyə nümayəndələrinin
sertifikatların təqdim olunması idi.
|
|
UYŞH
məzunları sertifikatla təmin olundu
Gəncə şəhəri, 27 noyabr 2008-ci il
27 noyabr 2008-ci il tarixdə Usta
Yanında Şagird Hazırlığı metodu ilə peşə bacarıqları əldə etmiş 15
gənc kursu bitirmələri ilə bağlı sertifikatla təmin olunmuşlar.
Usta Yanında Şagird Hazırlığı metodu ilə təşkil olunmuş kurslar BP
və Tərəfdaşlarının maliyyə və Uşaqların Xilası təşkilatının texniki
dəstəyi ilə "Ümid" Humanitar və Sosial Dayaq Mərkəzi tərəfindən
həyata keçirilən İctimai Sərmayə Proqramı-III çərçivəsində
reallaşmışdır.
|
|
Peşə bacarığı əldə etmiş gənclər öz
bizneslərini qurmaq üçün vəsaitlə təmin edilmişlər
Sumqayıt
şəhəri,28 noyabr 2008-ci il
28 noyabr 2008-ci ildə Usta Yanında Şagird
Hazırlığı metodu ilə peşə bacarıqlarına yiyələnmiş 5 gənc ilə Möhkəm
Başlanğıclı İqtisadi Layihələr üzrə müqavilələr imzalanmışdır. MBİL
qrantları vasitəsilə bu məzunların iş yeri əldə etmək və sahibkarlıq
fəaliyyəti ilə məşğul olmasına dəstək verilmişdir.
UYŞH kursları Möhkəm Başlanğıclı İqtisadi
Layihələr BMT QAK-ın dəstəyi ilə həyata keçirilən «Inkişaf üçün Təhsil,
Məcburi köçkünlərin Usta Yanında Şagird Hazırlanması metodu ilə peşə
bacarıqlarının artırılması, Azərbaycanda aztəminatlı məcburi köçkünlər üçün
maddi-texniki dəstək» layihəsi çərçivəsində Sumqayıt şəhərində təşkil
edilmişdir.
|
|
Respublikanın
şimal bölgələrində icmaların içməli su və elektrik enerjisi
problemləri həll olundu
11-12 noyabr 2008-ci il tarixlərində ABŞ
BİA-nın maliyyə dəstəyi, CHF İnternational
və "Ümid" HSDM-nin
tərəfdaşlığı ilə Şimal-Şərq regionunda həyata keçirilən İİF Proqramı
çərçivəsində Qusar rayonunun Böyük Muruq, Köhnə Xudat Qazmalar və
Quba rayonunun Davudoba icmalarında həyata keçirilmiş layihələrin
açılış mərasimləri keçirilmişdir. |
|
«Ümid» Humanitar və Sosial Dayaq
Mərkəzi dünya üzrə təşkil edilən «Enerji Qlobusu Mükafatı – 2007»
müsabiqəsində Dayanıqlıq üzrə Milli qalib setifikatı
ilə təltif edilmişdir
25-26 May 2008-ci il, Brüssel şəhəri, Belçika
«Ümid» Humanitar və Sosial Dayaq Mərkəzi Avropa Parlamentinin keçirdiyi
Dayanıqlıq üzrə Dünya Mükafatı-2007 («Enerji Qlobusu») müsabiqəsində iştirak
etmiş və beynəlxalq Juri tərəfindən Azərbaycan üzrə Milli qalib kimi
sertifikatla təltif edilmişdir.
«Ümid» HSDM-yə sertifikat «Beynəlxalq Enerji
Qlobusu»nun sədri Maneka Qandhi tərəfindən təqdim edilmişdir.
|
|
3 saylı Uşaq evində Xeyriyyə tədbiri
keçirilmişdir
Xətai rayonu, 3 saylı Uşaq evi,27
may 2008-ci il
«Ümid» Humanitar Sosial Dayaq Mərkəzi 27 may
2008-ci il tarixdə Xətai rayonu 3 saylı Uşaq evində Xeyriyyə Tədbiri həyata
keçirmişdir.
Tədbir BP və onun tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən «Bakı
Koridoru boyunca Gənclərin Məşğulluq və İqtisadi İmkanlarının
Genişləndirilməsi Təşəbbüsü» layihəsi çərçivəsində reallaşmışdır.
|
|
«Ümid» HSDM-nin həyata keçirdiyi
proqram YUNESKO-nun Regional Savadlanma Konfransında Savadlanma və Sağlamlıq
üzrə 2-ci paneldə təqdim edilmişdir
Bakı şəhəri, 14-16 may 2008-ci il
«Ümid» HSDM tərəfindən həyata keçirilən «İçməli su təchizatının
yaxşılaşdırılması» proqramı 14-16 may, 2008-ci il tarixdə Bakı şəhərində
keçirilən YUNESKO-nun Regional Savadlanma Konfransında Savadlanma və
Sağlamlıq üzrə 2-ci paneldə təqdim edilmək üçün seçilmişdir.
|
|
Təşkilati
Qiymətləndirmə Aləti mövzusunda ilk təlim keçirildi
Gəncə şəhəri, 30 Aprel, 2008-ci il
30 aprel 2008 ci il tarixdə Gəncə şəhərində İctimai Sərmayə
Proqramı-III çərçivəsində Təşkilati Qiymətləndirmə Alətinin tətbiqi
mövzusunda ilk təlim keçirilmişdir.
İctimai Sərmayə Proqramı-III BP və
Tərəfdaşlarının maliyyə dəstəyi ilə «Uşaqların Xilası Təşkilatı,
«Ümid» HSDM, «Bilik» Maarifçilik Cəmiyyəti Gəncə Regional Təşkilatı
və Maarifçi
Gənclər Təşkilatı tərəfindən həyata keçirilir.
|
|
Biznes
fəaliyyətinə başlayan gənclərin iştirakı ilə seminar təşkil olundu
Kürdəmir şəhəri, 29 Aprel
2008-ci il29 aprel 2008-ci
il tarixində Kürdəmir rayonunda Möhkəm Başlanğıclı İqtisadi
Layihələr (MBİL) üzrə biznes fəaliyyətinə başlayan gənclərin
iştirakı ilə seminar keçirilmişdir. Seminarın məqsədi gənclər
arasında təcrübə mübadiləsinin təşkili olunmuşdur.
Seminarda İctimai Sərmayə Proqramı və
Gələcək İcmalar Proqramı çərçivəsində təşkil olunan Usta Yanında
Şagird Hazırlığı kurslarının MBİL qrantları ilə mükafatlandırılan ən
müvəffəqiyyətli məzunları qazandqıları uğurları, rastlaşdıqlar
çətinliklər və onların həlli yollarını birgə müzakirə etmişlər.
|
|
Şimal-şərq regionlarında 7 icma layihəsi müvəffəqiyyətlə tamamlandı
«Ümid» Humanitar və Sosial Dayaq Mərkəzi
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə və Beynəlxalq CHF
Təşkilatının texniki dəstəyi ilə ABŞ BİA-nın İcma İnkişafı Fəaliyyəti
Proqramı çərçivəsində Quba, Xaçmaz, Dəvəçi və Qusar rayon icmalarında 7 icma
layihəsinin açılış mərasimlərini həyata keçirmişdir.
Bu layihələr İcma İnkişaf Şuraları tərəfindən prioritet kimi müəyyən olunmuş
və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etmişdir.
|
|
UYŞH
məzunları
sertifikatla və biznes fəaliyyətinə başlamaları üçün vəsaitlə təmin olundu
Bakı şəhəri,
11 aprel 2008-ci il
11aprel 2008-ci il tarixdə Qaradağ rayonun Sahil qəsəbəsində Usta Yanında
Şagird Hazırlığı metodu ilə peşə bacarıqları əldə etmiş 19 gənc kursu
bitirmələri haqqında sertifikatla təmin olunmuşlar.
Usta Yanında Şagird
Hazırlığı metodu ilə təşkil olunmuş kurslar BP və Tərəfdaşlarının maliyyə və
Uşaqların Xilası təşkilatının texniki dəstəyi ilə "Ümid" Humanitar və Sosial
Dayaq Mərkəzi tərəfindən həyata keçirilən Gələcək İcmalar Proqramı
çərçivəsində reallaşmışdır.
|
|
Kürdəmir və
Ucar rayonu icmaları içməli su ilə təmin olundu
Kürdəmir və Ucar rayonu, 9
aprel 2008-ci il9
aprel 2008-ci il tarixdə Kürdəmir rayonunun Atakişili və Çöhranlı, Ucar
rayonunun Alpout və Qarabörk icmalarında quraşdırılan Su Təmizləmə
Qurğularının istifadəyə verilməsi ilə bağlı mərasimlər keçirilmişdir.
Su Təmizləmə Qurğuları BP və Tərəfdaşlarının
maliyyə dəstəyi ilə «Ümid» Humanitar və Sosial Dayaq Mərkəzi tərəfindən icra
olunan «İçməli su təchizatının yaxşılaşdırılması- II mərhələ» layihəsi
çərçivəsində quraşdırılmışdır.
|
|
«Ümid» Humanitar və Sosial Dayaq
Mərkəzi Dünya üzrə keçirilən «Enerji Qlobusu Mükafatı – 2007» Dayanıqlıq
üzrə Dünya Mükafatına layiq görülmüşdür
109 ölkədən təqdim olunnmuş 853 layihə
içərisində «Ümid» HSDM-nin həyata keçirdiyi «Bakı-Tbilisi-Ceyhan boru kəməri
boyunca icmalarda içməli su təchizatının yaxşılaşdırılmasl» layihəsi
Azərbaycan üzrə milli qalib elan olunmuşdur.
Bakı-Tbilisi-Ceyhan boru kəməri boyunca icmalarda içməli su təchizatının
yaxşılaşdırılmasl» layihəsi BP və Tərəfdaşlarının maliyyə dəstəyi ilə
2005-ci ildən etibarən Kürdəmir, Ucar və Ağdaş rayonlarında həyata
keçirilmişdir.
|
|
17 mart 2008-ci ildə Hacıhüseynli
kəndində Novruz tədbiri təşkil olunmuşdur
Tədbirin başlanmasına 1 saata yaxın bir vaxt qalmasına baxmayaraq
Hacıhüseynli kəndinin «Mərkəzi meydanı» deyilən məkanda tam bir qələbəlik
idi.Uşaqdan böyüyə hamı bir bayram sevinci yaşayırdı. Bu gün onlar üçün
ikiqat bayram idi. Camaat arasında böyükdən kiçiyə hər kəs onların kəndində
layihələr həyata keçirən CHF və «Ümid» təşkilatlarının sakinlərin bu
sevinclərinə də şərik olmalarından, onların bu bayrama da əliboş
gəlmədiklərindən danışırdı.
|
|
UYŞH məzunları biznes təlimlərinə cəlb
olundu
Bakı şəhəri,
Sahil qəsəbəsi, 13-14 mart 2008-ci il
13-14 mart 2008-ci il tarixdə Qaradağ
rayonun Sahil qəsəbəsində Usta Yanında Şagird Hazırlığı metodu ilə
qadın bərbəri, qaynaq, avto- mühərrik təmiri, elektrik
mühərriklərinin təmiri, mobil telefon təmiri, kompyuterlərdə proqram
təminatı bacarıqları əldə etmiş 17 gəncin iştirakı ilə Biznes Təlimi
keçirilmişdir. |
|
Ulduz icmalar seçildi
Gəncə şəhəri,
13 mart 2008-ci il
13 mart 2008 ci il «Ümid» HSDM-nin Gəncə
ofisində görüş keçirilmişdir. Görüş BP və Tərəfdaşlarının maliyyə
dəstəyi ilə «Uşaqların Xilası Təşkilatı, «Ümid» HSDM, «Bilik»
Maarifçilik Cəmiyyəti Gəncə Regional Təşkilatı və «Gənc Maarifçilər»
Cəmiyyəti ilə birgə həyata keçirilən İcma Sərmayə Proqramı—III
layihəsi çərçivəsində reallaşmışdır.
|
|
Təzə Şilyan
kənd
icması içməli su ilə təmin olundu
Ucar rayonu, 27 fevral 2008-ci il
27
fevral
2008-ci
il tarixdə Ucar
rayonu Təzə Şilyan
kənd
icmasında Su Təmilzləmə
Qurğularının istifadəyə
verilməsi ilə bağlı mərasim keçirilmişdir.
Mərasim
BP və Tərəfdaşlarının maliyyə dəstəyi ilə «Ümid» Humanitar və Sosial Dayaq
Mərkəzi və Təzə Şilyan
kənd İcması tərəfindən icra olunan «İçməli
su təchizatının yaxşılaşdırılması-
II mərhələ« layihəsi çərçivəsində
həyata keçirilmişdir.
|
|
Peşə bacarığı əldə etmiş gənclər öz
bizneslərini qurmaq üçün vəsaitlə təmin edilmişlər
Bakı şəhəri,
22 fevral 2008-ci il
22 fevral 2008-ci ildə Usta Yanında Şagird
Hazırlığı metodu ilə peşə bacarıqlarına yiyələnmiş 3 gənclə Möhkəm
Başlanğıclı İqtisadi Layihələr üzrə müqavilələr imzalanmışdır. MBİL
qrantları vasitəsilə bu məzunların iş yeri əldə etmək və sahibkarlıq
fəaliyyəti ilə məşğul olmasına dəstək verilmişdir.
|
|
Məcburi köçkünlərin ibtidai təhsil
şəraitinın yaxşılaşdırılması davam etdirilir
Bakı şəhəri,
15 sentyabr, 2007-ci il
15 sentyabr 2007-ci il tarixdə Bakı şəhəri,
Binəqədi rayonunda məskunlaşmış Kəlbəcər rayonu 117 saylı orta məktəbdə
təmir olunmuş sinif otaqlarının açılış mərasimi qeyd olunmuşdur.
2007-ci ilin iyul ayından başlayaraq 3 məktəbdə - Füzuli rayonu 9 saylı və
Kəlbəcər rayonu 117 saylı orta məktəblərində 4 sinif otağı və 2 icma
otağında təmir-tikinti işləri aparılmış, Qubadlı rayonu Dəmirçilər kənd
məktəbində 11 sinif otağı və 1 icma otağının döşəmə və tavanları təmir
olunmuşdur.
|
|
Peşə bacarıqları əldə etmiş 16
məcburi köçkünə setifikat təqdim edildi
Sumqayıt şəhəri,
10 sentyabr,
2007-ci il 10
sentyabr 2007-ci il tarixdə Usta Yanında Şagird Hazırlığı metodu ilə
peşə bacarıqlarına yiyələnmiş 16 məcburi köçkün gəncə sertifikatlar
təqdim edilmişdir.
Gənclər 2007-ci il mart ayından başlayarq kişi və qadın bərbəri,
mühərrik təmiri, qənnadıcı, qadın dərzisi, qaynaqçı, mobil telefon
təmiri, avtoçilingər və foto-video çəkilişi üzrə təşkil olunmuş
kurslarda müvafiq bacarıqlar əldə etmişlər.
|
|
"Ümid" HSDM-nin növbəti ənənəvi
seminarı Masallı şəhərində keçirildi
Masallı
şəhəri, 06-07
iyul, 2007-ci il
«Ümid» Humanitar və
Sosial Dayaq Mərkəzi ənənvi olaraq növbəti yay semiınarını 06-07 iyul
2007-ci il tarixdə Masallı şəhərində keçirmişdir.
«Motivasiya və Təşkilati Mədəniyyət» mövzusunda keçirilən seminarın məqsədi
təşkilati inkişaf və təşkilatda olan demotivasiyanı aradan qaldırmaq
olmuşdur. |
|
Daha 2 icmada Alternativ enerji
qurğuları quraşdırıldı
Ağstafa, Tovuz rayonu, 28 iyun, 2007-ci il
28 iyun 2007-ci il tarixdə Ağstafa və Tovuz rayonlarında alternativ enerji
mənbələrindən istifadə üzrə icmalar tərəfindən həyata keçirilən nümayiş
layihələrinin açılış mərasimləri keçirilmişdir.
Nümayiş layihələri Bakı-Tbilisi-Ceyhan Co.(BTC
Co.) və Cənubi Qafqaz Boru Kəməri Co. (CQBK Co.) Şirkətlərinin dəstəyi ilə
həyata keçirilən "Ətraf mühit və enerji təşəbbüslərinin dəstəklənməsi"
layihəsi çərçivəsində reallaşmışdır. |
|
"Ətraf mühit, enerji və təhlükəsizlik"
mövzusunda keçirilmiş rəsm və məqalə müsabiqəsinin qalibləri
mükafatlandırılmışdır
Tovuz
şəhəri, 27
iyun, 2007-ci il
27 iyun 2007-ci il
tarixdə Tovuz rayonunda «Ətraf mühit, enerjidən istifadə və təhlükəsizlik»
mövzusunda rəsm və məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılma
mərasimi qeyd olunmuşdur.
Tovuz və Ağstafa rayonlarının əhatə edən 19 orta məktəbdən 134 məqalə və 286
rəsm təqdim olunmuşdur. Müsabiqəyə tədim olunmuş rəsm və məqalələr
qiymətləndirilmiş və 28 məktəbli müxtəlif qiymətli və həvəsləndirici
hədiyyələrlə mükafatlandırılmışdır.
|
|
İcmalar tərəfindən icra olunan
daha 2 nümayiş layihəsinin açılış mərasimi keçirilmişdir
Şəmkir rayonu, 31 may, 2007-ci il
31 may 2007-ci il tarixdə Şəmkir rayonun Dəllər Cəyir və Dəllər Daşbulaq
icmalarında alternativ enerji mənbələrindən istifadə və təhlükəsizlik üzrə
icmalar tərəfindən həyata keçirilən nümayiş layihələrinin açılış mərasimləri
keçirilmişdir.
Nümayiş layihələri
Bakı-Tbilisi-Ceyhan Co.(BTC Co.) və Cənubi Qafqaz Boru Kəməri Co. (CQBK Co.)
Şirkətlərinin dəstəyi ilə həyata keçirilən "Ətraf mühit və enerji
təşəbbüslərinin dəstəklənməsi" layihəsi çərçivəsində reallaşmışdır. |
|
Alternativ enerji mənbələrindən istifadə və
təhlükəsizliklə bağlı nümayiş layihələri başa çatdırılmışdır
Ucar, Yevlax, Goranboy rayonu, 30 may, 2007-ci il
30 may 2007-ci il tarixdə Ucar,
Yevlax və Goranboy rayonlarında alternativ enerji mənbələrindən istifadə və
təhlükəsizlik üzrə icmalar tərəfindən həyata keçirilən nümayiş layihələrinin
açılış mərasimləri keçirilmişdir.
Nümayiş layihələri
Bakı-Tbilisi-Ceyhan Co.(BTC Co.) və Cənubi Qafqaz Boru Kəməri Co. (CQBK Co.)
Şirkətlərinin dəstəyi ilə həyata keçirilən "Ətraf mühit və enerji
təşəbbüslərinin dəstəklənməsi" layihəsi çərçivəsində reallaşmışdır. |
|
«Ümid» HSDM-nin əməkdaşları «Ünsiyyətdə
əksmanipulyasiya texnologiyaları» mövzusunda təlimə cəlb olunmuşlar
«Ümid» HSDM-nin 13 nəfər işçi heyəti «Ünsiyyətdə
əksmanipulyasiya texnologiyaları» mövzusunda təlimə cəlb olunmuşlar.
Təlim-məşqlər «B&B» Şirkətinin təlimçiləri
tərəfindən həyata keçirilir. |
|
Zığ yolu ərazisində daha iki icma
layihəsinin icrası tamamlandı
Zığ yolu, Xətai rayonu, 03 may 2007-ci il
03 may, 2007-ci il tarixində BP Ekploreyşn (Şahdəniz) Ltd Şirkətinin İcma
Sərmayə Proqramı çərçivəsində maliyyələşdirdiyi «Zığ İcma İnkişafına
Təşəbbüs» layihəsi çərçivəsində "Ümid" Humanitar və Sosial Dayaq Mərkəzinin
və İcmaların həyata keçirdiyi layihələrin açılış mərasimi
keçirildi. |
|
Eyvazlılar və Səmədabad icmalarında
alternativ enerji mənbələrindən istifadə üzrə icra olunmuş mikro layihələrin
açılış mərasimləri keçirilmişdir
Yevlax şəhəri, 16 fevral, 2007-ci il
16 fevral 2007-ci il tarixdə
Yevlax rayonu Səmədabad və Goranboy
rayonunun Eyvazlılar icmalarında alternativ enerji mənbələrindən istifadə
üzrə icmalarda həyata keçirilən mikro layihələrin açılış mərasimləri həyata
keçirilmişdir.
Mikro layihələr Bakı-Tbilisi-Ceyhan Co.(BTC
Co.) və Cənubi Qafqaz Boru Kəməri Co. (CQBK Co.) Şirkətlərinin dəstəyi ilə
həyata keçirilən "Ətraf mühit və enerji təşəbbüslərinin dəstəklənməsi"
layihəsi çərçivəsində reallaşmışdır.
|
|
"Ətraf mühit, enerji və təhlükəsizlik"
mövzusunda keçirilmiş rəsm və məqalə müsabiqəsinin qalibləri
mükafatlandırılmışdır
Yevlax şəhəri, 16 fevral, 2007-ci il
16 fevral 2007-ci il tarixdə Yevlax şəhərində
"Ətraf mühit, enerji və təhlükəsizlik" mövzusunda keçirilmiş rəsm və məqalə
müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.
Ağdaş və Yevlax rayonunun 12 orta məktəbindən «Ətraf mühit», «Enerji» və
«Təhlükəsizlik» mövzularında 113 məqalə və 87 rəsm təqdim olunmuşdur.
Müsabiqəyə tədim olunmuş rəsm və məqalələr qiymətləndirilmiş və 30 məktəbli
müxtəlif qiymətli və həvəsləndirici hədiyyələrlə mükafatlandırılmışdır.
|
|
Karrar kənd
icmasında elektrik enerjisi almaq üçün günəş panelləri quraşdırılmışdır
Kürdəmir rayonu, Karrar kənd icmasında
quraşdırılmış su təmizləyici qurğunun üzərində Günəş Panelləri
quraşdırırlmışdır.
2 Günəş Panelindən və Batareyalardan ibarət olan bu Günəş Enerji Qurğusu 3,6
kvt gücündə enerji tutumuna malikdir. Qurğunun köməyi ilə su təmizləyici
qurğunun və su nasosunun enerji təchizatı təmin edilir. Bundan əlavə, ətraf
ərazinin işıqlandırılması üçün də bu qurğunun istehsal etdiyi enerjidən
istifadə olunur.
|
|
Daha iki icma Karrar
kənd və Bərgüşad İcmaları içməli su ilə təmin olundu
Kürdəmir və Ucar rayonu, 2
noyabr 2006-cı il
2 noyabr 2006-cı il tarixdə Kürdəmir rayonu Karrar kənd və Ucar rayonu
Bərgüşad kənd icmasında Suyun Saflaşdırılması Qurğularının istifadəyə
verilməsi ilə bağlı mərasim keçirilmişdir.
.
Mərasim Bakı-Tbilisi-Ceyhan (BTC Co.) və Cənubi Qafqaz Boru Kəməri (CQBK
Co.) Tərəfdaşlarının Maliyyə dəstəyi ilə «Ümid» Humanitar və Sosial Dayaq
Mərkəzi, Karrar kənd və Bərgüşad kənd İcması tərəfindən icra olunan «İçməli
su təchizatının yaxşılaşdırılması» layihəsi çərçivəsində həyata
keçirilmişdir. |
|
Sığınacaq axtaran 17 nəfər gənc peşə bacarıqları əldə etmişlər
Bakı şəhəri, "Ümid" HSDM-nin Sahə ofisi
27 oktyabr 2006-cı il tarixdə «Azərbaycanda sığınacaq
axtaranlara maddi-texniki dəstək və peşə təlimi» layihəsi çərçivəsində
Usta Yanında Şagird Hazıqlığı metodu ilə peşə bacarıqları əldə etmiş 17 nəfər gəncə
sertifikatlar təqdim edilmişdir.
|
|
Daha üç icma
layihəsinin icrası tamamlandı
Zığ şossesi,
Xətai rayonu, 10 oktyabr 2006-cı il
10 oktyabr, 2006-cı il tarixində BP Şahdəniz
şirkətinin İcma Sərmayə Proqramı çərçivəsində maliyyələşdirdiyi «Zığ İcma
İnkişafına Təşəbbüs» layihəsi çərçivəsində
"Ümid" Humanitar və Sosial Dayaq Mərkəzinin və
İcmaların Zığ icmalarında həyata keçirdiyi layihələrin açılışı keçirildi.
|
|
Yeni dərs ilinə yeni
siniflərdə
Sumqayıt şəhəri,
15 sentyabr 2006-cı il
Bilik günü 15 sentyabr 2006-cı ildə Sumqayıt şəhərində məskunlaşmış
Qubadlı rayon B.Əsgərov adına Xələc kənd məktəbində də təntənəli şəkildə
qeyd olundu.
Açılış mərasimində BMT QAK-ın nümayəndəsi, Nazirlər Kabineti Aparatının
Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq
təşkilatlarla iş şöbəsinin əməkdaşı, Qubadlı rayon İcra Hakimiyyətinin
başçısı, Sumqayıt şəhəri İcra Hakimiyyətinin nümayəndəsi və Qubadlı rayon
Təhsil şöbəsinin müdiri, müəllimlər və icma üzvləri iştirak etmişlər.
|
|
Ali məktəbə daxil
olmuş gənclər üçün dəyirmi masa keçirilmişdir
Zığ yolu, Xətai rayonu,
14 sentyabr 2006-cı il
14 sentyabr 2006-cı ildə tarixində Zığ İcma İnformasiya layihəsi
çərçivəsində "Ümid" Humanitar
və Sosial Dayaq Mərkəzi Zığ ərazisində yerləşən
116, 63 və 7 saylı Zəngilan orta məktəblərində 2005-2006 tədris ilində
təhsil almış və ali məktəblərə daxil olmuş 120-dək məzunla görüş
keçirmişdi.
|
|
Qubada Regional Konfrans keçirilmişdir
26 iyul, 2006-cı il,Quba şəhəri, Cənnət
Bağı
26 iyul 2006-cı il tarixdə Beynəlxalq CHF və
«Ümid» HSDM Quba şəhərində konfrans keçirmişdir.
Konfransın keçirilməsində məqsəd icmalararası
əlaqələin qurulması,
İcma İnkişaf Şuraları, Bələdiyyə və yerli İcra
Orqanları ilə əməkdaşlığı gücləndirmək
və artıq layihə həyata keçirmiş icmaların öz
təcrübələrini bölüşməsi
olmuşdur.
|
|
Qulabənd icması
içməli su ilə təmin olundu
Ucar rayonu, Qulabənd kəndi, 4 iyul 2006-cı il
4 iyul 2006-cı il tarixdə Ucar rayonu, Qulabənd icmasında Suyun
Saflaşdırılması Qurğularının istifadəyə verilməsi ilə bağlı mərasim
keçirilmişdir.
Mərasim Bakı-Tbilisi-Ceyhan (BTC Co.) və
Cənubi Qafqaz Boru Kəməri (CQBK Co.) Tərəfdaşlarının Maliyyə dəstəyi ilə
«Ümid» Humanitar və Sosial Dayaq Mərkəzi və Qulabənd İcması tərəfindən
icra olunan «İçməli su təhizatının yaxşılaşdırılması» layihəsi
çərçivəsində həyata keçirilmişdir.
|
|
Gələcəyin sənətkarı inkişaf yolunda
Gəncə şəhəri, 3 iyul 2006-cı il
3 iyul 2006 cı il
tarixdə Gəncə şəhəri İncəsənət mərkəzində «Uşaqların Xilası» və «Ümid»
HSDM-nn birgə layihəsi olan «Gələcəyin sənətkarı inkişaf yolunda» adlı
sərgi keçirilmişdir.
Sərginin məqsədi BTC-
İctimai Sərmayə Proqramı çərçivəsində həyata keçirilən Usta Yanında Şagird
Hazırlığı komponenti üzrə kursları başa çatdırmış şagirdlərrn əl işlərinin
nümayiş etdirilməsi olmuşdur.
|
|
Ümid HSDM "İşgüzar Etika və
Ünsiyyət" mövzusunda Quba şəhərində seminar keçirmişdir
Quba, 09-10 İyun 2006
«Ümid» HSDM 09-10
İyun 2006-cı il tarixdə Quba şəhərində «İşgüzar etika və Ünsiyyət»
mövzusunda növbəti yay seminarını keçirmişdir.
Seminar təşkilatın həm maddi və həm də insan resurslarının iş keyfiyyətini
artırmaq və təşkilatın imicini layiq olduğu səviyyədə təmsil edilməsi və
qorunması, həmçinin komandalar arasında işgüzar və səmərəli münasibətlərin
qurulması məqsədini daşımışdır.
|
|
"Uşaqdan
uşağa dəstək" adlı Xeyriyyə Kampaniyası
SOS Uşaq Kəndi, Gəncə, 7 İyun 2006
Uşaqların Xilası
Təşkilatı və «Ümid» Humanitar Sosial Dayaq Mərkəzi 7 iyun
2006-cı il tarixdə SOS Gəncə Uşaq Kəndində «Uşaqdan uşağa dəstək» adı
altında Xeyriyyə Tədbiri həyata keçirmişdir.
Tədbirdə İcma Sərmayə
Proqramı çərçivəsində Usta Yanında Şagird Hazırlığı metodu ilə peşə
bacarıqlarına yiyələnmiş 9 nəfər gənc və onlara peşə öyrədən 5 nəfər usta
SOS Gəncə Uşaq Kəndində yaşayan 16 uşağa və 5 ana və xalaya bərbər xidməti
göstərdilər.
|
|
Sığınacaq axtaran 5 nəfər gənc
kompüterdə işləmək bacarığı əldə etmişlər
Bakı, "Ümid"
HSDM-nin sahə ofisi
24 may 2006-cı il tarixdə «Azərbaycanda
sığınacaq axtaranlara maddi-texniki dəstək və peşə təlimi» layihəsi
çərçivəsində kompüter kurslarını müvəffəqiyyətlə başa vurmuş 5 nəfər
gəncə sertifikatlar təqdim edilmişdir.
Çeçenistan vətəndaşları olan bu gənclər
mart ayından başlayaraq həftədə 3 gün təlimlərdə itirak etməklə
yanaşı mütəmadi olaraq sərbəst şəkildə internet xidmətlərindən
istifadə edirdilər.
|
|
Ümid HSDM
Milli QHT-lərin bacarıqlarını artırmaqda davam edir
Bakı Biznes Mərkəzi, Bakı, Azərbaycan,
25 aprel 2006-cı il
«Ümid» Humanitar və
Sosial Dayaq Mərkəzi USAİD-nin (ABŞ BİA) maliyyə və World Learning
(Dünyanı Öyrənmək) Təşkilatının texniki dəstəyi ilə «Milli QHT-lərin
Bacarıqlarının artırılması» layihəsinin icrasına başlamışdır.
25 aprel 2006-cı il tarixdə layihə çərçivəsində Bakı Biznes Mərkəzində
"Menecment və Nəzarət Vərdişləri" mövzusunda ilk təlim keçirilmişdir.
Təlimdə İMC (Beynəlxalq Tibb Korpusu) ilə əməkdaşlıq edən 7 QHT-nı təmsil
edən 14 nümayəndə iştirak etmişdir.
|
|
Zığ icmaları
Novruz Bayramını qeyd etdilər
Zığ, Xətai rayonu,
Bakı, Azərbaycan, 14 mart, 2006
Tarixi
çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə
qeyd olunur.Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq
deməkdir. Elə bu məqsədlə də 14 mart 2006-cı il tarixdə axır çərşənbə
günündə Xətai rayonu Zığ yolu ərazisindəki icmaların iştirakı ilə Novruz
şənliyi təşkil olunmuşdu.
|
|
Suyun saflaşdırılması texnologiyasının
qurulması məqsədilə ilk
özül qoyma mərasimi keçirilmişdir
Qulabənd kəndi, Ucar, 15
mart 2006
15 mart 2006-cı il tarixdə Ucar rayonu,
Qulabənd icmasında suyun saflaşdırılması texnologiyasının qurulması
məqsədilə ilk özül qoyma mərasimi keçirilmişdir.
İcma nümayəndələri, BTC-nin və Azərbaycan Kənd İnvestisiya
Layihəsnin nümayəndlərinin, qonşu icma nümayəndələrinin iştirakı ilə
həyata keçirilən tədbir BTC Co. və CQB Co. Tərəfdaşlarının maliyyə
dəstəyi ilə icra olunan «İcmalarda içməli su təchizatının
yaxşılaşdırılması» layihəsi çərçivəsində keçirilmişdir.
|
|
Kürdəmir rayonunda ümumi kənd
yığıncağı keçirilmişdir
Sığırlı kəndi, Kürdəmir rayonu, 05
Dekabr 2005
05 dekabr 2005-ci ildə Kürdəmir rayonu Sığırlı kəndində Kənd
Qiymətləndirməsi tədbirləri silsiləsindən ümumi kənd yığıncağı
keçirilmişdir. Yığıncaq Bakı-Tbilisi-Ceyhan (BTC) Co. və Cənubi Qafqaz
Boru Kəməri (CQB) tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən
«BTC kəməri boyu icmalarda içməli su təchizatının yaxşılaşdırılması»
layihəsi çərçivəsində reallaşdırılmışdır.
|
|
Enerji Avtobusunun
növbəti nümayişi Samux rayonunda keçirilmişdir
Samux, Azərbaycan,
19-22 Sentyabr, 2005
Enerji avtobusunun növbəti nümayişi 19-22
sentyabr 2005-ci il tarixdə Samux rayonunun bir neçə icmalarda
keçirilmişdir. Nümayiş «İcmaların Enerjidən Effektiv İstifadəsi və
Alternativ Enerji Mənbələrinə Çıxışın Yaxşılaşdırılması üzrə
Maarifləndirmə» layihəsi çərçıvəsində həyata keçirilmişdir. Layihə BP,
ATƏT, Beynəlxalq Maliyyə Korporasiyası və Avrasiya Fondu tərəfindən
maliyyələşdirillir.
|
|
Ümid HSDM QHT-lərin bacarıqlarını artırmaqda davam edir
Bakı, Azərbaycan, Sentyabr,
2005
ABŞ BİA-nın və Dünyanı Öyrənmək Təşkliatının
maliyyə dəstəyi ilə həyata keçirilən "Reproduktiv Sağlamlıq (RS) və Ailə
Planlaşdırması (AP) QHT-ləri üçün Təşkilati İdarəetmə" layihəsi
çərçivəsində daha 2 təlim – Layihə təklifi/hesabat yazılışı və Maliyyə
İdarəetməsi mövzularında təlimlər keçirilmişdir.
|
|
Sumqayıt şəhərində fəaliyyət göstərən 4 məcburi
köçkün məktəbi təmir və bərpa olunmuşdur
Sumqayıt
şəhəri, Azərbaycan,
15 Sentyabr 2005-ci il
2005-ci ildə BMT
QAK-ın maliyyə dəstəyi ilə, yerli QHT - «Ümid» Humanitar və Sosial Dayaq
Mərkəzi tərəfindən həyata keçirilən «İnkişaf üçün Təhsil» layihəsi
çərçivəsində Sumqayıt şəhərində fəaliyyət göstərən 4 məcburi köçkün
məktəbində təmir-bərpa işləri aparılmış və müvafiq tədris avadanlıqları
ilə təchiz edilmişdir.
|
|
Ümid HSDM
QHT-lərin bacarıqlarını artırır
Delfin Otel, Bakı, Azərbaycan,
01 Sentyabr 2005-ci il
Avqust ayının 29-dan
sentyabr ayının 1-dək Delfin Oteldə 4 günlük İdarəetmə təlimi
keçirilmişdir.
Təlim ABŞ BİA-nın və Dünyanı Öyrənmək Təşkliatının maliyyə dəstəyi ilə
həyata keçirilən "Reproduktiv Sağlamlıq (RS) və Ailə Planlaşdırması (AP)
QHT-ləri üçün Təşkilati İdarəetmə" layihəsi çərçivəsində keçirilmişdir.
Layihənin məqsədi Reproduktiv Sağlamlıq (RS) və Ailə Planlaşdırması (AP)
QHT-ləri üçün Təşkilati İdarəetmə layihəsini icra edən yerli QHT-lərin
təşkilati və institusional bacarıqlarının inkişaf etdirilməsidir.
|
|
16 nəfər kompüter kurslarını başa vurmuşdur
Zığ şossesi, Xətai rayonu, Bakı, Azərbaycan,
01 Sentyabr 2005-ci il
01 sentyabr 2005-ci il tarixdə Zığ şossesi ərazisində yaşayan 16 nəfər
kompüter kurslarnı başa vurmuşdur.
Kurslar BP ŞahDənizin maliyyə dəstəyi ilə Ümid tәrәfindәn icra olunan Zığ
İcma İnkişafına Təşəbbüs layihəsinin Təşəbbüslərin dəstəklənməsi
komponenti çərçivəsində həyata keçirilmişdir.
|
|
"Uzunmüddətli
layihələrdə çevik siyasət" mövzusunda Cənnət Bağında seminar keçirilmişdir
Xızı rayonu, Cənnət Bağı, Azərbaycan,
24-25 iyun 2005-ci il
Layihələrin həyata keçirilmə
mexanizminin qiymətləndirilməsi və təkmilləşdirilməsi məqsədilə
24-25 iyun 2005-ci ildə Cənnət bağında «Ümid» HSDM həyata keçirdiyi
uzunmüddətli layihələrdə çevik siyasət» mövzusunda seminar
keçirmişdir. |
|
16 saylı yataqxanada açılış
mərasimi
Zığ şossesi, Xətai rayonu,Bakı, Azərbaycan,
28 may 2005-ci il
28 may, 2005-ci il-də Nargilə icması
ərazisində yerləşən 16 saylı yataqxananın qarşısı qələbəlik idi.
Təxminən 35 nəfərdən ibarət toplantı
«Nargilə» icmasında həyata keçirilmiş «16 saylı ytaqxanada elektrik
sisteminin əsaslı təmiri» layihəsinin yekunu ilə bağlı aşılış
mərasiminə həsr olunmuşdu. |
|
«Həqiqət» icması üzvlərinin 28
may sevincinə daha bir sevinc qatıldı...
Zığ şossesi, Xətai rayonu,Bakı, Azərbaycan,
28 may 2005-ci il
2005-ci il mayın 28-də Xətai rayonu,
Zığ şossesində daha bir layihənin- «Qaz sisteminin bərpası»
layihəsinin açılış məraisimi keçirildi. Layihə «Ümid» Humanitar və
Sosial Dayaq Mərkəzinin dəstəyi ilə «Həqiqət» icması tərəfindən
həyata keçirilmişdir. |
|
Gənc istedadaların əl
işlərindən ibarət sərgi keçirildi
Zığ şossesi, Xətai rayonu,Bakı, Azərbaycan, 08
aprel 2005-ci il
8 aprel, 2005-ci ildə Ümid HSDM-nin Bakı
şəhər Xətai rayonu H.Z.Tağıyev adına Toxuculuq Kombinatının Mədəniyyət
Klubunda yerləşən Zığ İcma Resurs Mərkəzində Zığ ərazisində məskunlaşan
istedadlı gənclərin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.
|
|
Yapon nümayəndə heyəti məcburi köçkün
şagirdlərə "Arzu çantaları" adlı hədiyyə boğçaları təqdim etmişlər
Sumqayıt, Azərbaycan, 30
mart 2005-ci il
30 mart 2005-ci ildə Ümid HSDM Sumqayıt
şəhərində məskunlaşan Füzuli 7 saylı məktəbində Yaponiyanın RİSSHO
KOCEİ-KAI təşkilatı və «Həyat» QHT nümayəndələrinin iştirakı ilə tədbir
keçirmişdir.
|
|
Daha bir mikro layihənin
həyata keçirilməsi üçün icma ilə müqavilə bağlandı
Zığ şossesi, Xətai rayonu, Bakı, Azərbaycan,
29
mart 2005-ci il
29 mart 2005-ci ildə Ümid
HSDM və Xətai rayonu, Zığ şossesində fəaliyyət göstərən Toxucu İcması
arasında Mini parkın salınması mikro layihəsi üzrə müqavilə
imzalanmışdır. Layihə BP Şah Dənizin maliyyə dəstəyi ilə Ümid tərəfindən
icra olunan Zığ İcma Inkişafına Təşəbbüs layihəsi çərçivəsində
həyata keçiriləcək.
|
|
Enerji Avtobusunun növbəti sınaq nümayişi Sumqayıt şəhərində
keçirilmişdir
Sumqayıt, Azərbaycan,
28 mart 2005-ci il
Enerji avtobusunun növbəti sınaq
nümayişi 28 mart 2005-ci il tarixdə Sumqayıt şəhəri Kimyaçılar
qəsəbəsində keçirilmişdir.
Nümayişdə Kimyaçılar icmasının
üzvləri ilə yanaşı Cəbrayıl rayon 5 saylı orta məktəbdə fəaliyyət
göstərən Müəllim Valideyn Assosiasiyasının (MVA) üzvlərini əhatə
edən 108 nəfər iştirak etmişdir.
|
|
315 saylı Uşaq Bağçasında
aparılan təmir işləri başa çatdırılmışdır
Zığ şossesi, Xətai rayonu,
Bakı, Azərbaycan,
24
mart 2005-ci il
24 mart 2005-ci ildə Ümid Humanitar və Sosial Dayaq Mərkəzi Su,
kanalizasiya sistemi və mətbəx, camaşırxana və qab yuyulan yerin təmiri
layihəsinin başa çatdırılması ilə əlaqədar Xətai rayonu, Zığ şossesi 315
saylı uşaq bağçasında açılış mərasimi keçirmişdir.
|
|
Enerji Avtobusunun Növbəti sınaq nümayişi Ümid
qəsəbəsində həyata keçirilmişdir
Ümid
qəsəbəsi, Bakı, Azərbaycan, 01
mart 2005-ci il
Layihənin
işinin təkmilləşdirilməsi məqsədilə 1 mart 2005-ci ildə BP-nin
məsləhəti ilə Qaradağ rayonu Ümid qəsəbəsinə Enerji avtobusunun
təqdimatı və növbəti sınaq nümayişi həyata keçirilmişdir. |
|
9 saylı
binanın liftləri nəhayət bərpa edildi...
Zığ, Xətai rayonu,
Bakı, Azərbaycan, 25 fevral, 2005
25 fevral 2005-ci ildə BP/Şahdəniz şirkətinin maliyyə dəstəyi ilə Ümid
Humanitar və Sosial Dayaq Mərkəzi tərəfindən icra olunan Zığ İcmanın
İnkişafına Təşəbbüs layihəsi çərçivəsində «Doğru Yol» icmasının həyata
keçirdiyi 9 saylı yataqxananın liftlərinin əsaslı təmiri layihəsinin
yekununa həsr olunmuş mərasim keçirilmişdir.
|
|
Icmaların
Enerjidən Effektiv Istifadə və Alternativ Enerji Mənbələrinə Çıxışın
yaxşılaşdırılması üzrə maarifləndirmə layihəsi bir çox Beynəlxalq və
yerli təşkilatların marağına səbəb olmuşdur
Bakı,
Azərbaycan, 04 fevral 2005-ci il
04 fevral
2005-ci il tarixdə BP Şirkətinin məsləhəti ilə Enerji Avtobusunun
növbəti sınaq nümayişi keçirilmişdir. Tədbirdə BP Şirkəti, Avrasiya
Fondu, Azərenerji Şirkəti, Energetika İnstitutu və Kredit
təşkilatlarının nümayəndələrindən ibarət 12 nəfər iştirak etmişdir.
|
|
İcmalarda Enerji
Avtobusunun ilk sınaq nümayişi Xətai r-nu Z.Tağıyev adına Toxuculuq
Kombinatının ətraf ərazisində təşkil edilmişdir
Bakı, Azərbaycan, 12 yanvar 2005-ci il
İcmaların Enerjidən Effektiv İstifadə və
Alternativ Enerji Mənbələrinə Çıxış üzrə Maarifləndirilməsi layihəsi
çərçivəsində Enerji Avtobusunun icmalarda ilk sınaq nümayişi Ümid
HSDM tərəfindən 12 yanvar 2005-ci il tarixdə təşkil edilmişdir.
İlkin iki nümayişin iştirakçıları Ümid HSDM-nin və BP şirkətinin
əməkdaşları olmuşlar. |
|
Yaponiya Səfirliyinin dəstəyi ilə daha
bir məcburi köçkün məktəbi bərpa olunmuşdur
27 dekabr 2004-cü il tarixdə «Ümid»
Humanitar və Sosial Dayaq Mərkəzi Yaponiya Hökümətinin «Ot kökləri və
İnsan Təhlükəsizliyi» qrant proqramı çərçivəsində Sumqayıt şəhəri 1 saylı
dəmir-beton zavodunun inzibati binasında məskunlaşan məcburi köçkünlərin
təhsil və yaşayış şəraitinin yaxşılaşdırılması layihəsinin başa
çatdırılması ilə əlaqədar Qubadlı rayon Fərcan məktəbində açılış mərasimi
keçirmişdir.
|
|
"Zığ İcmanın İnkişafına
Təşəbbüs Layihəsi" çərçivəsində "Humanizm yalnız insana məxsusdur"
mikro-layihəsinin başa çatması ilə əlaqədar olaraq Dəyirmi Masa
keçirilmişdir.
Zığ İRM, Bakı, Azərbaycan; 18
sentyabr, 2004
BP
şirkətinin maliyyə dəstəyi ilə "Ümid" HSDM tərəfindən həyata
keçirilən
Zığ İcmanın İnkişafına Təşəbbüs layihəsi çərçivəsində İcma
Maarifləndirmə Layihələri zəncirində birinci ideya SOS-Uşaq Kəndində
yaşayan uşaqlara bərbər xidmətinin göstərilməsi ideyası olmuşdur.
Müvafiq tərəflərlə müvafiq danışıqların aparılmasından sonra, təklif
və biznes plan hazırlanmış və plana müvafiq olaraq layihə həyata
keçirilməyə başlamışdır.
|
|
YAİİDP:MİM üzrə növbəti İctimai Görüş
Sumqayıtda təşkil edilmişdir
Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə
Dövlət Proqramı üzrə İctimai Maarifləndirmə və Yayım Proqramı
çərçivəsində 2004-cü il üçün nəzərdə tutulmuş növbəti İctimai Görüş
16-17 sentyabr, 2004-cü ildə Sumqayıtda təşkil edilmişdir.
|
|
YAİİDP/MİM üzrə növbəti İctimai Görüş 01-02 iyul,
2004-cü ildə Şamaxıda təşkil olunmuşdur
Yoxsulluğun
Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının İctimai
Maarifləndirmə və Yayım Proqramı çərçivəsində növbəti İctimai Görüş
01-02 iyul, 2004-cü ildə Şamaxı rayonunda təşkil olunmuşdur.
|
|
YAİİDP çərçivəsində növbəti İctimai Görüş
10-11 iyun, 2004-cü ildə Qubada təşkil olunmuşdur
İctimai Maarifləndirmə
və Yayım Proqramı üzrə növbəti İctimai Görüş 10-11 iyun, 2004-cü
ildə Guba rayonunda təşkil olunmuşdur.
|
|
YAİİDP üzrə növbəti İctimai Görüş 5-6 may, 2004-cü ildə Mİngəçevirdə təşkil olunmuşdur
Yoxsulluğun Azaldılması
və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının İctimai Maarifləndirmə
və Yayım Proqramı çərçivəsində növbəti İctimai Görüş 5-6 may,
2004-cü ildə Mingəçevirdə təşkil olunmuşdur.
|
|
YAİİDP çərçivəsində növbəti İctimai Görüş 15-16 aprel, 2004-cü ildə Naxçıvanda təşkil olunmuşdur
Yoxsulluğun Azaldılması
və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının İctimai Maarifləndirmə
və Yayım Proqramı çərçivəsində növbəti İctimai Görüş 15-16 aprel,
2004-cü ildə Naxçıvanda təşkil olunmuşdur.
|
|
|
|